Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-419/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayətçi Əli-zadə Rəsul Əliheydər oğlunun və Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Əli-zadə Rəsul Əliheydər oğlunun Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əli-zadə Rəsul Əliheydər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli MN 0935549nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əli-zadə Rəsul Əliheydər oğlu xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “xxxx” ASC-nin qarşısından dostları Azad və Aydınla birlikdə keçərkən Azad maskanı aşağı çəkərək siqaret çəkirmiş. Həmin vaxt nəqliyyat vasitəsində oturan Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları onlara yaxınlaşaraq Rəsulun ağzında maska olan halda dostu Azada maskanı çəkərək siqaret çəkməsini irad bildirərək onları Xəzər RPİ 1-ci PŞnə aparmışlar.Dəfələrlə maskasının taxılı olduğunu bildirməsinə baxmayaraq barələrində Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən protokol tərtib edilmişdir. Xəzər RPİ 1-ci PŞ-nin inzibati binasında Azad etdiyi əməli etiraf edərək protokolun tərtib edilməsinə etiraz etməmişdir, o isə maskasının üzündə olduğu halda onun barəsində tərtib edilmiş protokolla razılaşmamışdır. Karantin rejiminin qaydalarına həmişə riayət etmişdir. Bu halın özü də ona təəccüblü gəlmiş və bu barədə onlara, həmçinin, hadisədən sonra DİN 102 xidmətinə məlumat vermişdir. Qeyd olunanlar barədə polis leytenantı X2 da bildirmişdir. Məhkəmə iclasında Əli-zadə Rəsul Əliheydər oğluşikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “xxxx” ASC-nin qarşısından keçən üç nəfərdən ikisinin maskasının aşağı olmasını görüb onlara yaxınlaşıb, özünü təqdim edərək fərdi qoruyucu vasitə olan maskanın düzgün taxılmamasını irad bildirmişdir. Bundan sonra o, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün onları Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmiş və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasını bildirərək Əli-zadə Rəsul Əliheydər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Şikayət ərizəsini araşdırıb,inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şikayətçinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Əli-zadə Rəsul Əliheydər oğlu xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “xxxx” ASC-nin qarşısında fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 451 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əli-zadə Rəsul Əliheydər oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Əli-zadə Rəsul Əliheydər oğlunun təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əli-zadə Rəsul Əliheydər oğlu epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli-zadə Rəsul Əliheydər oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Əli-zadə Rəsul Əliheydər oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-419/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-419/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver