Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-420/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ə.Məmmədov xx.xx.2020-ci il tarixdən etibarnamə əsasında Chevrolet markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 2020-ci ilin may ayından oktyabr ayına kimi hər 20 gündən bir İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərini pozduğu onun barəsində 7 dəfə elektron qaydada inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Həmin qərarlar əsasında təyin edilmiş cərimlərin məbləği 80 manata qədər yüksəlmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Baş Polis İdarəsi DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, avtomobili müvəqqəti saxlanılma duracağına yerləşdirilmiş, özü isə həmin cərimənin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Şikayətçi Xəzər rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin qərarı ilə şikayət geri qaytarılaraq hər bir inzibati qərardan ayrıayrılıqda şikayət verilməsi ona izah olunmuşdur. Daha sonra ölkə ərazisində pandemiya şəraiti olduğuna görə və xx xxxxxx 2021-ci il tarixə kimi məhkəmələrin fəaliyyəti dayandığına görə o, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə şikayət ilə müraciət edə bilmişdir. Şikayətçi qeyd etmişdir ki, onun barəsində tərtib edilmiş yeddi protokoldan yalnız üçünü poçt vasitəsilə əldə etmişdir. Qalan protokolların təqdim edilməsi ilə bağlı Baş X5 İdarəsinəmüraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi və inzibati xəta haqqında qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarınln surətindən görünür ki, X3 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib, 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən şikayətçi X2 ünvanlanmış məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar şikayətçi tərəfindən rəsmi olaraq xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş qərara əsasən o, 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti poçt vasitəsilə Ə.Məmmədova göndərilmiş və xx.xx.2020-ci il tarixdə rəsmi olaraq Ə.Məmmədov tərəfindən qəbul edilmişdir. Şikayətçi öz şikayət ərizəsində ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar məhkəmələrin fəaliyyətinin xx.xx.2021-ci il tarixədək dayandırılması səbəbilə məhkəməyə gec müraciət ediyini qeyd etmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi şikayətçi ləğv edilməsini xahiş etdiyi inzibati xəta haqqında qərarı xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə rəsmi olaraq qəbul etmişdir. Şikayətçi ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar məhkəmələrin fəaliyyətinin xx.xx.2021-ci il tarixədək dayandırıldığını qeyd edərək bu səbəbdən xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət ediyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Lakin göründüyü kimi şikayətçi nəinki qərarı aldığı gündən hesablanmaqla hətta onun öz ərizəsində gec müraciət etməsinə səbəb kimi göstərdiyi hal (məhkəmələrin fəaliyyətinin dayandırması) aradan qalxdıqdan sonra hesablanmaqla belə qanunvericilik ilə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-420/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-420/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver