Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-422/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 12:42 radələrində idarə etdiyi “Mercedes Benz C240” markalı **-DK-*** nömrəli avtomaşınla Suraxanı rayonun Bülbülə qəsəbəsində hərəkətdə olarkən Bakı şəhər X8 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı polis kiçik serjantı saxlama işarəsi verməklə onu saxlamışdır. Məlum Pandemiya xəstəliyi ilə əlaqədar olaraq polis əməkdaşının tələbi ilə şəxsiyyət vəsiqəsi təqdim etmiş, polis əməkdaşı şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra bildirmişdir ki, portalda icazə almadan şəhərdə gəzdiyiniz üçün cərimə olunursuz. O, polis əməkdaşına bildirmişdir ki, o heç vaxt icazəsiz bayıra çıxmır. İcazə almağı ilə əlaqədar istifadəsində olan ***-***-**-** nömrəli telefona mesaj gəldikdən sonra şəhərə çımışdır. Polis əməkdaşı onun dediklərinə əhəmiyyət verməyərək həmin günü yəni xx.xx.2021-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edərək ona verdikdən sonra tərtib olunan protokolla əlaqədar qərar çıxarılaraq ünvanına göndəriləcəyini bildirmişdir. O, israrla icazə alması ilə əlaqədar telefonuna gələn mesafa baxmağını tələb etmiş, polis əməkdaşı da mesaja baxdıqdan sonra bildirmişdir ki, gecdir, protokolu tərtib etmişdir. Onun bu haqsızlığını görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuş, ona bildirmişlər ki, gedin, məhkəməyə müraciət edin. Qanun keşiyində duran polis nəfərinin bu özbaşınalığını və haqsızlığını görərək barəsində tərtib olunan inzibati xəta haqqında protokolun ləğvi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə ona izah olunmuşdur ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməlidir. Odur ki, barəsində tərtib olunan qərarı aldıqdan sonra yenidən məhkəməyə müraciət edir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana - Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir; İş materiallarına əlavə edilmiş telefonun mesaj görüntüsündən görünür ki, X4 2AZE0994074 saylı şəxsiyyət vəsiqəsinin seriyası ilə icazə almış, lakin aze09940749 saylı şəxsiyyət vəsiqəsinin seriyasına uyğun 3 saat müddətinə yaşayış yerinin tərk edilməsi barədə cavab gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, X3 məxsus 2AZE0994074 saylı şəxsiyyət vəsiqəsinin seriyasına uyğun deyil, başqa aze09940749 saylı şəxsiyyət vəsiqəsinin seriyasına uyğun cavab gəlmişdir. Belə olan halda, həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində olan Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-422/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-422/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver