Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-43/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Qərardan şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* saylı, 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında vətəndaş Şahid2 "xxxx" MMC-nin direktoru X3 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 oktyabr 2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla əlaqədar "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş hüquqi şəxs "xxxx" MMCnin direktoru X1 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərar 20 noyabr 2023-cü il tarixli, MN N2 ******* saylı protokola istinadən onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında Şahid2 Ramil oğlu "xxxx" MMC-nin direktoru tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 oktyabr 2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi nəticəsinə gəlinmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, 20 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokola istinad olunmaqla göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis idarəsi tərəfindən təqdim edilmiş məktub və Şahid1 və Şahid2 tərəfindən təqdim edilmiş izahatlar ilə təsdiq edilir. Həmin protokolda həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin baş mühasibi X6 da bildirmişdir ki, Şahid2 "xxxx" MMC ilə heç bir əmək münasibəti olmamışdır. "xxxx" MMC-nin baş mühasibi X6 izahatında Binəqədi rayon Polis İdarəsi tərəfindən Şahid2 "xxxx" MMC-də işlərə cəlb edilməsi ilə bağlı daxil olmuş məlumata cavab olaraq bildirmişdir ki, Şahid2 "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işlə bağlı şirkətə müraciəti olmamışdır. Şahid2 02 oktyabr 2023-cü il tarixdə **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 184700 №-li təhvil-qəbul aktı tərtib edilmiş qaimə ilə şirkətdən göbələk məhsulu alınmış və avtovağzal istiqamətinə gedərkən Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Şahid2 "xxxx" MMC-də çalışması və əmək müqaviləsi olmaması barədə X5 Xidmətinə məktub göndərmişlər. Halbuki, Şahid2 həmin tarixdə yalnız müştəri qismində şirkətdən qaimə-faktura əsasında məhsul götürmüşdür. İdarə etdiyi avtonəqliyyat vasitəsinində şirkətlə heç bir əlaqəsi yoxdur. Şirkətin satış məntəqəsinə gün ərzində onlarla müştəri və avtonəqliyyat vasitəsi gələ bilər. Bu isə həmin müştərilərin "xxxx" MMC-də işləməsi anlamına gəlmir. Bundan başqa "xxxx" MMCnin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub təqdim edərək bildirmişdir ki, Şahid2 "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işə qəbul ilə bağlı şirkətə müraciəti olmamışdır. Şahid2 ilə əlaqə yaradaraq məsələ ilə bağlı araşdırma aparılmış, müəyyən edilmişdir ki, Şahid2 X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə yazılı izahat verərək "xxxx" MMC ilə heç bir əlaqəsinin olmamasını bildirmişdir. Şahid2 ilə "xxxx" MMC arasında hər hansı əmək münasibətləri olmamış, yalnız aralarında alqı-satqı münasibətləri yaranmışdır. Qərarı tərtib edən orqan mübahisəni tam araşdırmamış və araşdırmaq niyyəti olmadan əməldə inzibati xəta olması nəticəsinə gələrək 4000 (dörd min) manat məbləğində cərimə tətbiq etmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən X5nə Şahid2 ilə əlaqədar toplanmış materiallar daxil olmuşdur. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində qeyri-qanuni fəaliyyət göstərilən zaman məlum olmuşdur ki, Şahid2 adı çəkilən MMC-yə məxsus “Hyundai” markalı **-MF-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə etmişdir. Araşdırma zamanı Şahid2 izahatında həmin MMC-də sürücü vəzifəsində işlədiyini, aylıq 500 manat əmək haqqı aldığını, lakin işəgötürənlə onun əmək müqaviləsi olmadığını bildirmişdir. Bununla əlaqədar olaraq Binəqədi RPİ toplanmış material üzrə Şahid2 izahatının surətini, həmçinin sonuncuya idarə etmək üçün verilmiş, MMC-yə məxsus “Hyundai” markalı **-MF-*** dövlət nömrə nişanlı avtomaşına dair etibarnamənin surəti məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 göstərmişdir ki, “Hyundai” markalı **-MF-*** dövlət nömrə nişanlı avtomaşını Şahid1 icarəyə götürmüş və avtomobilin icarəsi üçün aylıq 200 manat ödəniş etmişdir. Onun "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Hadisə baş verən günü saat 7-ə işləmişdən gecə saat 1-in yarısına kimi o, bölmədə saxlanılmışdır. Axırda ona təzyiq göstərmişlər ki, bu formada izahat yazmalıdır. Dəfələrlə polis bölməsində onun "xxxx" MMC ilə heç bir bağlılığı və aidiyyəti olmadığını bildirsə də, lakin bölmədə ona həmin formada izahat yazmasa oradan buraxılmayacağı bildirilmişdir. O da məcbur olub, onların dediyi kimi izahat yazmışdır. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq yük maşını ilə fərdi qaydada daşıma işləri ilə məşğul olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan gün maşınında olan göbələk məhsulunu "xxxx" MMC-dən qohumu Natiqin zəngi əsasında götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 göstərmişdir ki, Camal onun uzaq qohumudur, özü də şəhid ailəsidir. Onun özü isə "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Maşın onun şəxsən özünün maşınıdır. Etibarnaməni də o vermişdir. Kirayəyə verdiyi maşın üçün aylıq 200 manat pul almışdır. Maşını lizinqlə “Hyundai” servisdən almışdır. Əgər maşın "xxxx" MMC-yə aid olsa idi, onda maşının "xxxx" MMC-yə aid sənədi olardı. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan əvvəl də Camalı yük daşıtdırmaq üçün 7-8 dəfə çağırmış və bunun müqabilində ona xidmət haqqı ödəmişdir. Həmin vaxt "xxxx" MMC-nin maşınları müxtəlif yerlərdə olduğundan o, Camalı çağırmışdır. Camalın ondan MMC-yə işə düzəlməsi ilə bağlı müraciəti olmamışdır. O, başqa vaxtlarda da Camalı həyətindəki yüklərin daşınması ilə bağlı çağırmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və "xxxx" MMC-nin direktoru X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X7 tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında vətəndaş Şahid2 "xxxx" MMC-nin direktoru X3 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 oktyabr 2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir, bu səbəbdən "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən X5 Xidmətinə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli, 3-13-46/2- 39090/23 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində qeyri-qanuni fəaliyyət göstərilən zaman məlum olmuşdur ki, vətəndaş Şahid2 adıçəkilən MMC-yə məxsus “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Araşdırma zamanı Şahid2 izahatında həmin MMC-də sürücü vəzifəsində işlədiyini, aylıq 500 manat əmək haqqı aldığını, lakin işəgötürənlə onun əmək müqaviləsinin olmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhəri İdarəsinə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, MMC 20 oktyabr 2023-cü il tarixli, 3-17- 5/2-42041/2023 nömrəli məktuba cavab olaraq qeyd etmişdir ki, həmin məktubda adı keçən Şahid2 "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işə qəbul ilə bağlı şirkətə müraciət etməmişdir. İş materiallarında olan AE seriyalı 026226 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2021-ci il tarixdən Şahid1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 29 avqust 2023-cü il tarixli, ƏN-Vİ № 719830 saylı etibarnamənin surətindən görünür ki, Şahid1 “Hundai HD65” yük markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququnu 06 il 05 ay 01 gün müddətinə, yəni 30 yanvar 2030-cu il tarixədək Şahid2 etibar etmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş malların təhvil-qəbul aktının surətindən görünür ki, Camal adlı şəxs MMC-nin anbarından 1953 manat dəyərində göbələk məhsulunu təhvil almışdır. Məhkəmə qeyd edir ki, Əliyev X2 RPİ-yə verdiyi izahatında göbələyi “Veysəloğlu” şirkətinə daşıdığını, 02 oktyabr 2023-cü il tarixdə apardığı göbələyi Şahid1 sifarişi ilə avtovağzalda avtobusa təhvil verməli olduğunu, lakin həmin vaxt polislər tərəfindən saxlanıldığını bildirmişdir. Eyni zamanda "xxxx" MMC-də aylıq 500 manat əmək haqqı aldığını və əmək müqaviləsi olmadan işlədiyini qeyd etmişdir. Məhkəmə araşdırılması zamanı verdiyi izahatında Şahid2 “Hyundai” markalı **-MF- *** dövlət nömrə nişanlı avtomaşını Şahid1 icarəyə götürdüyünü və avtomobilin icarəsi üçün aylıq 200 manat ödəniş etdiyini bildirmişdir. O, "xxxx" MMC-də heç vaxt işləmədiyini qeyd etmişdir. Hadisə baş verən günü 7 saata yaxın polis bölməsində saxlanıldığını və ona təzyiq göstərildiyini bildirmişdir. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq yük maşını ilə fərdi qaydada daşıma işləri ilə məşğul olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan gün maşınında olan göbələk məhsulunu "xxxx" MMC-dən qohumu Natiqin zəngi əsasında götürdüyünü bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Natiqdən icarəyə götürdüyü yük avtomobili ilə kənddə pul müqabilində yük daşımışdır. Məhkəmə araşdırılması zamanı verdiyi izahatında Şahid1 Camal ilə uzaq qohum olduğunu və ona 200 manat müqabilində ona yük maşını icarəyə verdiyini bildirmişdir . Qeyd etmişdir ki, həmin yük maşını onun mülkiyyətindədir və isə "xxxx" MMC-nin mülkiyyətində heç vaxt olmamışdır. Həmçinin "xxxx" MMC-yə aid məhsulların daşınması zamanı MMC-yə məxsus boş yük avtomobili olmadığı vaxtlarda o, həmin malların daşınması üçün Camala müraciət etmiş və bunun qarşılığında ona müəyyən qədər pul ödəmişdir. Bu hal 7-8 dəfə baş vermişdir. Həmçinin "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı məktubda Şahid2 direktoru olduğu MMC ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid1 mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi işəgötürən tərəfindən fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yaranır. Hazırki iş materiallarından göründüyü kimi Şahid2 ilə işəgötürən yəni "xxxx" MMC-nin direktoru X3 arasında hər hansı əmək münasibətləri olmamışdır. Belə ki, həmin münasibətlər Şahid2 ilə Şahid1 arasında yaranmışdır. Şahid1 isə "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Yəni onun Şahid2 işə götürməklə bağlı hər hansı səlahiyyəti olmamışdır. O, yalnız öz avtomobilini Şahid2 yük daşımaq üçün icarəyə vermiş və həmin avtomobilin "xxxx" MMC-yə heç bir aidiyyatı olmamışdır. Şahid2 həmin avtomobil ilə bir neçə dəfə "xxxx" MMC-nin məhsullarını daşımış və bunun əvəzində xidmət haqqı almışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şahid2 hər dəfə göstərdiyi xidmət üçün pul aldığından onunla hər hansı əmək münasibətlərinin yaranmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndində əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, "xxxx" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-43/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-43/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver