Məhkəmə qərarları › İş №3(003)-432/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-432/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-432/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin xx.xx.2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə müvəkkili Akif Həsənov ona xx xxxxx 2020-ci il tarixdə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmiş və barəsində xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə 100 manat məbləğində inzibati cərimə tətbiq etmişdir.Şikayətçi qeyd edir ki, polis ona qarşı qanuna uyğun davranış göstərməmiş, onun tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Protokolda guya onun sanitariyagigiyena və karantin rejimini pozmağı əsas kimi göstərilmişdir. Lakin, şikayətçi konkret olaraq hansı əməli törətdiyi, bu əməlin sanitariya-gigiyena və karantin rejimi ilə bağlı hansı hüquq normasının tələblərini pozduğunu və bunun hansı sübutlarla təsdiq olunduğunu bilmir. Polis protokolda, yalnız, ümumi sözlərdən istifadə edərək bir cümlə ilə onun sanitariya-gigiyena və karantin rejimini pozmağı barədə əsası olmayn qeyd aparmışdır. Şikayətçi heç bir karantin qaydasını pozmadığını qeyd edərək, həkim olduğunu, həkimlik fəaliyyəti ilə məşğul olduğunu və bununla əlaqədar lisenziyasının olduğunu qeyd edir. Hərəkətlərində İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətləri yoxdur.Sahə müvəkkili prosessual normaları da pozmuşdur, inzibati xətaya dair protokolun və qərarın bir nüsxəsini ona verməmiş, ünvanına göndərməmişdir. Əksinə onu aldadıblar ki, protokol qeydə alınmayacaq və qərar qəbul olunmayacaq. Lakin, xx.xx.2020-ci il tarixdə Nizami rayon İcra və Probasiya Şöbəsindən onun ünvanına bildiriş daxil olduqdan sonra, o özünün barəsində tərtib olunmuş protokol üzrə qərar qəbul olunduğu barədə məlumatlanıb.Həmin protokolu ona xx.xx.2020-ci il tarixdə versələr də qərarı 1ci Polis Şöbəsindən hələ də ona rəsmi təqdim etməyiblər. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin nümayəndəsi iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə müvəkkili Akif Həsənov tərəfindən xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən o, 100 manat cərimə edilmişdir. Lakin iş materiallarında göründüyü kimi inzibati xəta haqqında protokol xx xxxxx 2020-ci il tarixdə tərtib olunduğu halda şəxsə inzibati tənbeh vermə haqqında qərar xx xxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Bu isə inzibati xəta haqqında materialı tərtib etmiş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə müvəkkili Akif Həsənov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması anlamına gəlir. Belə ki, mövcüd qanunvericiliyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Daha sonra isə digər prosesual hərəkətlər görülür. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar