Məhkəmə qərarları › İş №3(003)-441/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-441/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-441/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 499.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən ABŞ “Oceaneering İnternational İNC” şirkəti tərəfindən həmin şirkətin Azərbaycan Respublikasındakı filialına göndərilən ümumi gömrük dəyəri 2964299,12 manat olan yük xx.xx.2017-ci il tarixdə **********1986 nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. Yükün ümumilikdə 1826496,22 manat gömrük dəyərində olan hissəsi **********6570, **********9561, **********3433 sorğu nömrəli gömrük bəyannamələri əsasında təkrar ixrac olunmuşdur. Yükün qalan 1137802,90 manat dəyərində olan hissəsinin isə müvəqqəti idxal müddəti ən sonda xx.xx.2021-ci il tarixə qədər uzadılmışdır. Yükün xx.xx.2021-ci il tarixinə qədər geriyə qaytarılması barədə öhdəlik götürülmüşdür. Lakin göstərilən **********1986 saylı GB ilə müvəqqəti idxal olunan yükün geriyə qaytarılması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xx.xx.2021ci il tarixli qeydiyyalı ərizə ilə müraciət olunmuşdur. Bununla da Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********1986 saylı GB ilə müvəqqəti olaraq idxal olunmuş mallar xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisindən geriyə qaytarılmasına təminat verildiyi və bu təminatın yerinə yetirilməsi müddəti 15 (on beş) gündən 1 (bir) ayadək müddətdə gecikdirildiyi müəyyən edilmişdir. Bu barədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (bir iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar