Məhkəmə qərarları › İş №3(003)-450/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-450/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-450/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1998-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsilsiz, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, İsmayıllı şəhəri, N.Gəncəvi kçəsi, ev 2-də qeyiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında 13 fevral 2023cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs, Eyyubov Emin Hicran oğlu və X5 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisinə yerləşən “Real” marketdən tütün məmulatları, ərzaq və spirtli içkiləri oğurlayaraq zərərçəkmiş şəxs X1 90 (doxsan) manat ziyan vurmuşlar. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində fərdi evdə ailə üzvlərilə birlikdə yaşayır. 07 fevral 2023-cü il tarixdə o, tanışı Ümid adlı şəxslə Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisinə yerləşən kafedə yeyib-içmişdir. Həmin vaxt oraya əvəllər tanıdığı Emin adlı şəxs gələrək onunla birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getməyi xahiş etmişdir. Onlar Eminə məxsus “Kia” markalı avtomobilə əyləşərək Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə gəlmişlər. 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə o, tanışları Ümid və Eminlə birlikdə Xəzər rayonu, Мərdəkan qəsəbəsi ərazisində yolun kənarında yerləşən mağazaya daxil olaraq tütün məmulatları, ərzaq və spirtli içkiləri oğurlamışlar. Törətdiyi əmələ görə peşmandır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan qərardan görünür ki, Şəxs barəsində hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 28, 40, 43, 114- 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1998-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsilsiz, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, İsmayıllı şəhəri, N.Gəncəvi kçəsi, ev 2-də qeyiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar