Məhkəmə qərarları › İş №3(003)-454/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-454/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-454/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 332.4-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixində təxminən saat 20:30 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 21070 markalı 99-5Ј-722 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Natəvan küçəsi ilə hərəkət edib yolayrıcında həmin küçənin Babayev küçəsi ilə kəsişməsinə çatıb manevr etməmişdən əvvəl Babayev küçəsi ilə, yəni baş yolla hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək sola, yəni Babayev küçəsinə doğru manevr etmiş və nəticədə Babayev küçəsi, baş yolla hərəkətdə olan X2 idarə etdiyi VAZ 21074 markalı **- NL-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin vaxt arxadan Babayev küçəsi ilə hərəkətdə olan X3 idarə etdiyi VAZ 21074 markalı **-UF-*** qeydiyyat nişanlı avtomobili isə Ramil Məmmədovun avtomobilinin arxa hissəsinə dəymişdir. Hadisə zamanı X7 və Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X4 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixində təxminən saat 20:30 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 21070 markalı **-SU-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Zirə qəsəbəsi, Natəvan küçəsi ilə hərəkət etmiş, yolayrıcına çatıb yolayrıcında soldan gələn ağ rəngli avtomobilin uzaqdan gəlməsini görərək hərəkətini davam edərək sola doğru manevr etməyə başlamışdır. Həmin vaxt qəflətən sol tərəfdən həmin VAZ 21074 markalı avtomobilin yanından surətlə ağ rəngli avtomobil çıxaraq onun avtomobilinin ön sol hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobildə tək olmuş və xəsarət almışdır. İdarə etdiyi avtomobili təxminən 2008-ci ildə X6 2000 manata almış, avtomobil ona məxsusdur. Elvira Zuyevanın ona verdiyi etibarnamənin müddəti bitmişdir. E.Zuyeva hazırda Rusiya Federasiyasında yaşadığından o, avtomobili öz adını rəsmiləşdirəbilməmişdir Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materillarında olan 1/363 nömrəli, 24 yanvar 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/364 nömrəli, 24 yanvar 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/365 nömrəli, 24 yanvar 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X2 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan X8 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində Xəzər rayonu, Zirə qəsəbəsində baş vermiş YNH-si zamanı dəymiş maddi ziyan sürücü Şəxs tərəfindən tam ödənildiyindən onun heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 27 yanvar 2023-cü il tarixli, 77 saylı rəyində görünür ki, 1.R.N.Məmmədovun bədəni üzərində hər iki dizin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və saglamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 31 yanvar 2023-cü il tarixli, 76 saylı rəyində görünür ki, Şəxs bədəni üzərində sağ qaşın, sağ əlin səthi kəsilmiş yaraları, sağ iç topuğun sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlərdən sağ qaşın, sağ əlin səthi kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası), sağ iç topuğun sıyrığı iə küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və saglamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə toplanmış material Xəzər DYPŞ-nin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi yüngülləşdirən yol nəqliyyat hatisəsi zamanı X5 dəymiş zərərin ödənilməsidir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar