Məhkəmə qərarları › İş №3(003)-455/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-455/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-455/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X7, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi Valeriia Dereviankinanın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X9 bildirdi ki, Şəxs, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Binə qəsəbəsində Atçılıq yeni yaşayış massivində birgə yaşadığı keçmiş arvadı Valeriya Dereviankina və qızı Lalə Abasova ilə mübahisə edərək qızı Lalənin vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf etməyərək izahatında bildirmişdir ki, o, qızını vurmamışdır. Bu barədə deyilənlər şər və böhtandır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə atası evə gələrək azyaşlı qardaşını şənliyə aparmaq istədiyini bildirmiş, bu zaman anası etiraz etmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və atası azyaşlı qardaşını zorla aparmaq istəyən zaman o, özünə qabağa verdiyindən atası onu yumruqla göz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və müvafiq qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Valeriia Dereviankina ifadəsində bildirmişdir ki, o, Şəxs ilə əvvəllər rəsmi nikahda olmuşlar, lakin sonradan ayrılmışlar. Bir müddətdən sonra isə Azər onlarla yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Azər evə gələrək azyaşlı oğlan uşağını şənliyə aparmaq istəmişdir. Həmin zaman onlar etiraz etmişlər. Bundan sonra Azər onlarla mübahisə yaratmış və qızı Lalənin gözün altından vuraraq xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və müvafiq qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 2-ci PŞ-nəə göndərilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Binə qəsəbəsində Atçılıq yeni yaşayış massivində qızı Lalənin vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxs tərəfindən verilmiş 6 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X4 bədəni üzərinə aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyyənin, sağ almacıq nahiyyəsinin, sol bazunun qançırları, sağ gözün bayır bucağının qansızması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X13” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, L.A.Abbasovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən törənməsi istisna olunmur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətanı törətməsini, yəni zərərçəkmiş şəxs Lalə Abasovanın vurmasını etiraf etməsədə, işin hallarından görünür ki, xx.xx.2023cü il tarixdə birgə yaşadıqları Binə qəsəbəsində yerləşən evdə aralarında mübahisə olmuş və həmin tarixdə zərərçəkmiş şəxs Lalə Abasova göz nahiyyəsindən xəsarət almışdır (bu hal ekspert rəyi ilə təsdiq olunur). Məhkəmə iclasında zərərçəkmiş şəxsin izahatından, şahid ifadəsindən görünür ki, Şəxs yaranmış mübahisə zamanı qızı, yetkinlik yaşına çatmayan Lalə Abasovanı vuraraq xəsarət yetirmişdir. Bu hal həmçinin iş materialları ilə də təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törədilməsini məhkəmə, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar