Məhkəmə qərarları › İş №3(003)-457/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-457/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-457/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə X9 barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində “Mitsubishi Рајего” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 idarə etdiyi avtomobil ilə sürücü X4 idarə etdiyi “Mercedes” martkalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Mitsubishi Рајего” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətdə olduğu avtomobil ilə baş yola girişidə “Stop” nişanına məhəl vermədən köməkçi yoldan baş yola daxil olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 yol nişanın) tələblərinə uyğunsuzluq etmiş və baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Mersedes” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 yüngül dərəcəli bədən xəsarəti almış, eyni zamanda hadisə zamanı “Mercedes” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X7 və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasında gəlməmişlər və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 12 dekabr 2022-ci il tarixli, 1674 saylı rəyində görünür ki, 2009-cu il təvəllüdlü X3 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.E.E.Əlizadənin bədəni üzərində aşkar edilmiş xəsarət — döş qəfəsinin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun "X16" X13 müraciətindən az əvvəl оlmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 12 dekabr 2022-ci il tarixli, 1675 saylı rəyində görünür ki, 1984-cü il təvəllüdlü X4 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.N.N.Dadaşovun bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X16" X13 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 12 dekabr 2022-ci il tarixli, 1676 saylı rəyində görünür ki, 1974-cü il təvəllüdlü X2 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.E.Ə.Əliyevin bədəni üzərində aşkar edilmiş xəsarət — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağınını yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun "X16" X13 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ ibilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/7017 nömrəli, 11 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/2966 nömrəli, 11 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X2 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 yanvar 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş; 2.“Mercedes” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində cinayət işinin başlanamsı, həmçinin inzibati təsir tədbirinin görülməsi rədd edilmiş; 3.“Mitsubishi Рајего” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından sürücü X9 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X17 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən olunur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, hərəkət üçün təhlükə yaranan andan Mitsubishi Рајего markalı avtomobilin toqquşmaya kimi 6,3 metr məsafə qət etməsi reql hadisə mexanizminə uyğun deyildir. Təhqiqat tərəfindən göstərilən hərəkət üçün təhlükə yaranan andan Mitsubishi Рајего markalı avtomobilin toqquşmaya kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 320 markalı 99UA993 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.

2. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Mitsubishi Рајего markılı, 995R424 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqından Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş 26 yanvar 2023-cü il tarixli yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən olunur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, hərəkət üçün təhlükə yaranan andan Mitsubishi Рајего markalı avtomobilin toqquşmaya kimi 9 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Təhqiqat tərəfindən göstərilən hərəkət üçün təhlükə yaranan andan Mitsubishi Рајего markalı avtomobilin toqquşmaya kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 320 markalı 99UA993 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.

2. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Mitsubishi Paiero markalı 99SR424 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 “Yol hərəkəti haqqından Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənir qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, X5 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

X9 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar