Məhkəmə qərarları › İş №3(003)-458/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-458/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-458/2020 12.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı x1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM)499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs şirkətinin Azerbaycan Respublikasındakı filialı 28.04.2015-ci ii arixində netto çəkisi 339,56 kq, gömrük dəyəri 33017,16 manat olan “DC550.190 birpilləli batırılma nasosları” adlı yükü **********3899 nömrəli gömrük bəyannaməsi ilə 1 (bir) il müddətinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı YGB-nin 44-cü qrafasında yükün 28.04.2016-cı il tarixinə qədər geri qaytarılması barədə öhdəlik götürülmüşdür. Bundan sonra, bir neçə dəfə müvəqqəti idxalın müddəti uzadılmışdır. Sonuncu dəfə müvəqqəti idxal müddəti 28.04.2020-ci il tarixinə qədər uzadılmışdır. Lakin müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq yuxarıda qeyd olunan yük Şəxsşirkətinin Azərbaycan Respublikasındakl fılialı tərəfindən müəyyən olunmuş müddətdə geriyə ixrac olunmamışdır. Bu barədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru Məmmədov Rövşən Rəhman oğlu tərəfindən 12 may 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı x2 protokolun məzmununa uyğun izahat verdi və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının tənbeh edilməsini xahiş etdi. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavininin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 499.1.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar