Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-460/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lerik rayonunun Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 25030 manat tutularaq X3 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra tədbirləri davam etdirilir. Borclunun adına hər hansı danışar və daşınmaz əmlak aşkar edilməmiş, borcun ödənilməsindən yayındığına görə əvvəl bir dəfə inzibati qaydada həbs edilmişdir. İcra sənədi barədə məlumatı var, lakin hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədi barədə məlumatı var. Əvvəl polisdə işləmiş, tələbkarın şikayəti əsasında onu işdən çıxarmışlar. Tələbkara təklif edir ki, hər ay 200-300 manat ödəniş etsin, lakin tələbkar razılaşmamışdır. İcra sənədi verildiyi vaxtdan hal-hazıradək heç bir ödəniş etməmişdir. Ödəməməsinə səbəb isə tələbkar ayda 200-300 manat məbləğində pulun onun tərəfindən ödənilməsinə etiraz etməsidir. Həmçinin bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-902/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 25030 manat alınaraq X3 ödəməlidir. -Lerik Rayon Məhkəməsinin 2(048)-902/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 25000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25030 manat tutularaq X3 verilməlidir. İş üzrə müəyyən olunur ki, Şəxs icra sənədi üzrə ödəməli olduğu borcu ödəməmiş və həmin borcun ödənilməsinin ondan tələb olunmasına baxmayaraq o, həmin borcu ödəməkdən yayınmışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra məmuru tərəfindən icra şöbəsinə gəlməsi barədə çağırışlarından yayındığına görə barəsində bir neçə dəfə axtarış elan olunmuşdur. Həmçinin icra işindən görünür ki, Şəxs, əvvəllərdə icra sənədi üzrə tələbin ödənilməsindən yayındığına görə o, məhkəmə qərarı əsasında inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla da müəyyən olunur ki, Şəxs icra sənədi üzrə yaranmış borcunu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X5 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-460/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-460/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver