Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-463/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Azər Qarayevin iştirakları ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Xəzər RPİ 2-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 67A-da qonşusu X3 döyərək ona xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Azər Qarayev tərəfindən 03 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Azər Qarayev göstərdi ki, Şəxs DİN 102 “Xidməti-Zəng” mərkəzinə müraciət edərək qonşusu X5 tərəfindən döyülərək xəsarət almasını bildirmişdir. Aparılmış araşdırma zamanı hər iki şəxsdə bədən xəsarətləri müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində 03 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, X3 vurmamışdır. X1 ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, Şəxs vurmamışdır. Hazırda Vüsalə ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, barışmalarını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 1555 nömrəli 28 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Şəxs bədənində aşkar edilmiş xəsarətlər – qarnın sol yarısının qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 7-8 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Şəxs bədənində aşkar edilmiş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna edilmir. İş materiallarında olan Xəzər RPİ 2-ci PŞ-nin təhqiqatçısı, Oruc Mirzəyev tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi və onların münaqişəli qonşu kimi qeydiyyata götürülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslə barışdığına görə o, inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-463/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-463/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver