Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-464/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı və xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarların ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı və xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, «Chevrolet Captiva» markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı inzibati xətalar onun tərəfindən törədilməmişdir. Onun bu yaşa qədərə sürücülük vəsiqəsi olmamış və o, avtomobil idarə edə bilmir. Həmin avtomobil dostları X6 tərəfindən etibarnamə əsasında idarə olunmuşdur və məsuliyyət onun üzərindədir. Son 1 ildə qohumlarının yas mərasimləri ilə bağlı D.Ə.Hüseynova Biləsuvar rayonunda olmuş və qeydiyyatda olduğu ünvanda olmamışdır.Onun heç bir inzibati qərardan xəbəri olmamışdır. Yasamal rayon DYPŞ-nin xx xxxx 2020-ci il tarixli xəbərdarlığından sonra Ədalət Məmmədov ərizə ilə Baş Dövlət X13 rəsmi şikayət ünvanlamış və şikayətinə xx xxxx 2020-ci il tarixli, ***-*******-3220 nömrəli cavab poçt vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə gəlmişdir. Həmin məktubda göstərilənləri nəzərə alaraq xx xxxxx 2020-ci ildən xx xxxxxx 2023-cü ilə qədər avtomobili idarə etmək üçün Ədalət Məmmədova yeni etibarnamə vermişdir. Onun adına tərtib edilmiş 4 ədəd protokolun biri sürücülük vəsiqəsinin olmadığı kimi qeydiyyata alınmış, digərləri isə sürücü kimi qeydiyyata alınmışdır. Həmin protokollar vaxtında X3 adına açılsa və ona bu barədə bildirsəydilər əlavə dəbbə pulu hesablanmazdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 etibarnamə əsasında nümayəndəsi X7 məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət ilə məhkəməyə müraciət etməmişdir.Məhkəmə şikayətçi tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, « X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş ƏN-İİİ seriyalı 538346 nömrəli, xx xxxxxxxx 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 «Chevrolet Captiva» markalı, **-ZL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməyi X5 xx xxxxxx 2023-cü il tarixə qədər etibar etmişdir. İş materiallarına əlavə olunmuş ƏN-V seriyalı 186082 nömrəli xx xxxxx 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 «Chevrolet Captiva» markalı, **-ZL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X5 xx xxxxxx 2023-cü il tarixədək etibar etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi şikayətçi onun barəsində müxtəlif vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlarının hər birinin ləğv edilməsi barədə ayrı-ayrılıqda deyil, qeyd edilən dörd qərarın ləğv edilməsi ilə bağlı bir şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X9 Məcəlləsinin 122.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 126.1-ci maddəsinə uyğun olaraq hər bir qərardan ayrı-ayrılıqda yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalı və şikayətçiyə hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrlıqda şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən, barəsində qərar çıxarımış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayən- dəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və yaxud nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, qərarların qəbulu və icra edilməsi, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-129, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı və xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarların ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-464/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-464/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver