Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-465/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 və Uçotunun Təşkili Baş İdarəsinin Operativ vergi idarəsinin 4-cü şöbəsinin dövlət vergi müfəttişi X8, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, evli, "xxxx" MMC-nin təsisçisi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxslərdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 və Uçotunun Təşkili Baş İdarəsinin Operativ vergi idarəsinin 4-cü şöbəsinin dövlət vergi müfəttişi X15 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş X16 tədbiri zamanı obyektə daxil olmuşlar. Obyektə daxil olandan sonra alış zamanı onlara kassa çeki təqdim olunmamışdır. RKP deyilən və notebooka bağlanmış printerdən çap olunmuş xırda bir çek tərtib olunmuş və çekdə də 4.5 manat dəyərində “Nivea” əl kremi qeyd olunmuşdur. Bundan sonra obyektə daxil olmuş, xidməti vəsiqəsini xanım satıcıya təqdim etmiş, satıcı ondan müdiriyyətin gözlənilməsini xahiş etmiş, gözləmə səlahiyyətləri olmamasına baxmayaraq, xanımın xahişini yerə salmayıb humanistlik göstərərək gözləyə biləcəklərini bildirmişlər. Xanım Şəxs ilə əlaqə saxlamış, o da 10-15 dəqiqə sonra gəlmişdir. Bu müddət ərzində nə kassaya, nə də ki, notebooka yaxınlaşmamış və qapıda gözləmişdir. Şəxs gələndən sonra xidməti vəsiqəsini göstərərək özünü təqdim etmiş, sonuncu isə vəsiqəyə əl ataraq “ver baxım” demiş, o isə rəsmi iş vəsiqəsi olduğu üçün əlində tutaraq ona göstərmişdir. Bundan sonra Kassaya Şəxs iştirakı ilə baxış keçirilmiş, sadəcə həmin zaman printer açıq saxlanılmış, onunla bu barədə bir qədər sönbət etdikdən sonra kassanın fiskal yaddaşına baxış keçirərəkən baxış zamanı 4.50 manat dəyərində malın həqiqətən kassanın fiskal yaddaşına vurulmadığını görmüş, xamın da həmin vaxt etiraf edərək çeki kasssaya vurduğunu, lakin zibil qabına atdığını bildirmişdir. Onlar isə çeki zibil qabından götürülərək təqdim ediməsini istəmədikləri üçün çekin surətini çıxartmışlar. Bundan sonra onlar Şəxs Notebooka baxış keçirilməsini təklif etmişlər. Belə ki, qərara əsasən onların baxış keçirtmək səlahiyyətləri vardır. Orxan isə notebookun onun şəxsi əmkakı olduğunu bildirib etiraz etmiş, kompüteri yığışdırmağa çalışmış, onlar isə Şəxs onlar tərəfindən alış edilərkən onlara həmin kompüterdən çıxmış çekin təqdim edildiyini, yəni həmin kompüterin sahibkarlıq fəaliyyətində istifadə edildiyini bildirmişlər. Ondan yenidən həmin kompüterə baxış keçirilməsinə şərait yaratmağını xahiş etmişlər, lakin sonuncu baxış keçirilməsinə şərait yaratmamışdır. Həmin anda stolun üzərində 002 seriyalı, 15.80 manat dəyərində satış həyata keçirilmiş çek olduğunu görmüşlər. Orxan Hətəmolidən və xanım kassırdən həmin çek barədə soruşmuş, onlar isə belə bir satışlarının olmasını, sadəcə tanış salon olduğunu, bəyənmədiyini, geri qaytardığını və geri qaytarıldıqdan da sonra məbləğin geri ödənildiyini bildirmişlər. Bu hal onlara əsas vermişdir ki, öz etirafları əsasında kassada araşdırsanlar ki, bu məbləğ həqiqətən kassaya mədaxil olunub və ya olunmayıb. Kassaya isə həmin gün yalnız 4.50 manat dəyərində bir çek mədaxil olunmuşdu. 15.80 manat dəyərində olan həmin çek isə kassaya mədaxil olunmamışdı. Vergi qanunvericiliyinı görə çek kassaya mədaxil olunmalı, geri qaytarıldığı təqdirdə isə geri qaytarma çeki olmalıdır. Onlar çekin bərpa olunmasını Şəxs təklif etmişlər, sonuncu isə həmin çeki bərpa etməyəcəklərini bildirmiş və bərpa etməyə maneçilik törətmişdir. Buna görə də sonuncu barəsində 602.4-cü maddə ilə protokol tərtib etmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, xidməti vəsiqəni Şəxs verməmiş, ancaq əlində tutmuş, sonuncu da vəsiqə ilə tanış olmuşdur. Əgər vəsiqəni yaxşı oxuya bilmədiyini desəydi, ona daha ətraflı göstərə bilərdi. Kassaya yaxınlaşan zaman qərar maşında olmuşdur. X20 yoxlama qərarını maşından gətirib göstərmişdir. Yanlarında olan videokameralar göz önündə olmuşdur. Video görüntü aparılan zaman xəbərdarlıq olunmasını xatırlamır. 4.50 manat dəyərində malı onunla birgə olan əməkdaş olmuşdur. Malın onlar tərəfindən alınmasına qadağan edici heç bir hal yoxdur. Onlar X16 həyata keçirirlər. 2 çekin satışının olub-olmaması araşdırılmalı idi. 2 çekdən biri stolun üstündə idi, digəri isə yox idi. Onların kompüteridən fayılların götürülməsi qərarı yox idi. Ancaq baxış keçirmək üçün orda olmuşlar. Qərarda da baxış keçirə biləcəkləri qeyd olunmuşdur. Prptokol yerində tərtib olunmuş, lakin sonuncu heç bir sənədə imza etməyəcəyini bildirmişdir. Şəxs heç bir sənəd təqdim etməmişdir. O, sənədin surətini götürməkdən imtina etmiş, ona poçtla göndərəcəklərini xəbərdar etmişdirlər. Bu məsələ ilə bağlı vəkilnən telefon danışığı olmuşdur. “X” hesabatını çıxarmışlar, sonra kassanı təqdim etmişlər ki, həmin məbləği bərpa etsin. Şəxs isə həmin satışı həyata keçirtmədiyini bildirmişdir. Halbuki, yoxlamanın əvvəlində etiraf etmiş, yoxlamanın ortasında məhsulun satılmadığını və axırda isə malın dəyərini dəqiqləşdirmək istədiyini bildirmişdir. Özü təhrif olunmuş məlumatlar bildirmişdir. Həmin məbləği kassaya vurmayacağını bildirdi. NKA-ya məbləğin bərpa edilməsini təklif edirlər, razıdırsa edir, razı deyilsə imtina edir. Kassa aparatına həmin məbləğin bərpa edilməsinə hüquqları yoxdur və bərpa da etməmişdirlər. Müəssisənin təssisçisi olaraq Şəxs özünü təqdim etmişdir. Prinet kompüteri bağlı olmuş, ona görə kompüteri tələb etsələrdə, təqdim etməkdən imtina etmişdir. Şəxs Operativ nəzarətin həyata keçirilməsinə maneçilik törətmiş, buna görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Belə ki, çeki nəzarət kassa aparatına daxil edilməsinə imkan verməmiş və kompüterin yaddaşına baxış keçirilməsinə imkan verməmişdir. Əvvəlki məhkəmə iclasında X16 və Uçotun Təşkili Baş İdarəsinin baş vergi xidməti müşaviri X9 izahatında göstərdi ki, kənarda dayanıb müşahidə etmişlər. Çekin vurulmamasını müəyyən etmişlər. Onlara şərait yaratmamışdırlar ki, yoxlama aparsınlar. Şəxs kompüteri sökmüş, kompüterin yaddaşına baxılmasına şərait yaratmamışdır. kompüterə baxıb ana məbləği sistemə bərpa edirlər. Onlardan əvvəl satılan malın çekini sistemə bərpa etmək istəsələr də, Şəxs yenə maneçilik törətmişdir. Onunla birlikdə tədbirdə X15 da iştirak etmişdir. Yerində akt tərtib edilmiş, sonra protokol tərtib edilmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, yoxlama qərarı ona elan edilmişdir. Bütün hər şey video qeydiyyata alınmışdır. Video qeydiyyat barədə şəxsə məlumat verilmişdir. Çəkilişi aparırlar ki, onlara da problemlər yaranmasın. 2 ədəd kamera quraşdırılmış, izah edilmişdir ki, görüntü aparılır. Malı özü almış, ancaq sistemə yüklənməmişdir. Yoxlamaq məqsədi ilə mal almışdır. Müştəri qismində mal almaq hüququ vardır. Kompüterə baxış keçirilməsi məqsədləri qərarda göstərilmişdir. Kompüterə baxış keçirmək səlahiyyətləri vardır. 15,80 manatlıq malın çeki sistemə vurulmamışdır. Satıcı onlara guya malı müştəri geri qaytarıb, ona görə çek sistemə vurulmamışdır deyə bildirmişdir. Şəxs çeki stolun üstündən götürüb cibinə qoymuş və onlara verməmişdir. Nəzarət kassa aparatını onlara təqdim etməmiş, kompüteri sökmüş, onlara kompüterə baxmağa imkan verməmişdir. Maneçilik törətdiyinə görə polis çağırmalı və yaxud akt tərtib edilib getməli idilər. Şəxs "xxxx" MMC-nin təsisçisi olsa belə onun barəsində protokol tərtib edilə bilər. Onlara maneçilik törədən Şəxs olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X5 bildirdi ki, inzibati xəta haqqında protokolu müdafiə edir. "xxxx" MMC-nin ünvanında operativ vergi yoxlamasının keçirilməsi barədə qərara əsasən, nağd hesablaşmanın düzgün aparılıb-aparılmaması əməkdaşlara tapşırılmış, lakin yoxlama zamanı vergi ödəyicisi hüquqi şəxsin təsiscisi Şəxs tərəfindən nəzarət kassa aparatından yayındırılmış məbləğin müəyyən edilməsi və yayındırılmış məbləğin kassa aparatına bərpa edilməsinə şərait yaradılmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması müəyyən olunmuş və əməkdaşlar tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırda şəxsin həmin protokol üzrə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Ona ünvanlanan suallara cavab olaraq, nəzarət keçirilən zaman yayındırılmış məbləğ aşkar edilmiş, yayındırmış məbləği kassa aparatına bərpa etmək istəyən zaman buna maneçilik törədilmişdir. Yoxlama "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30 ünvanında yerləşən obyektdə aparılmışdır. Yoxlamalar aparılan zaman əməkdaşlar qərar, çıxarış və xidməti vəsiqəsini təqdim edib, yoxlama aparılmasına şərait yaradılmasını xahiş etmişdirlər. Aparılmış yoxlamanın nəticəsi barədə akt tərtib edilmiş və yoxlama yekunlaşdırılmışdır. Yayındırılmış məbləğ kassa aparatına bərpa edilən zaman şərait yaradılmamış və bu barədə video çəkliş aparılmışdır. X14 çeki iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil xx.xx.2025-ci il tarixli yazılı etirazla müraciət etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, DVX-nin Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Şəxs barəmdə böhtan xarakterli əsassız olaraq tərtib edilmiş inzibati xəta haqqında protokola dair 3(003)-465/2025 nömrəli iş vardır. İnzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib edilməmiş və icraat onun məlumatı olmadan aparılmışdır. Buna baxmayaraq protokolda guya onun tanış olmaqdan imtina etməyinə dair yalan qeydlər də əlavə edilmişdir. Bu özü özlüyündə kobud prosessual qanun pozuntusudur. Vergi orqanı tərəfindən daha əvvəllər də, yəni xx.xx.2023-cü il tarixli **********9457 nömrəli qərarına əsasən müəssisədə X16 həyata keçirilmişdir. Yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli DVX No 035476 nörməli akt tərtib edilmiş və xx.xx.2024-cü il tarixli **********209 nömrəli "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən müəsissəyə 1000 manat məbləğində əsassız cərimə tətbiq edilmişdir. Həmin vaxt da vergi orqanı əməkdaşları qanunsuzluqlara yol vermiş, müştəriyə təqdim edilmiş eyni məbləği vergi ödəyicisinin razılığı və icazəsi olmadan özbaşına olaraq vergi əməkdaşı NKA-nın yaddaşına yenidən daxil etmiş və bununla da süni olaraq səbəb yaratmağa çalışmışdılar. Nəticədə, müəssisənin şikayəti əsasında bəhs edilən qanunsuz vergi qərarı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)8898/2024 nömrəli qərarı ilə ləğv edilmişdir. Bundan hiddətlənən bəzi vəzifəli şəxslər qərəzli və şəxsi ədavət əsasında müəssisənin barəsində yenidən yoxlama qərarı qəbul etmişlər. Qəbul edilmiş yoxlama qərarının və onun nəticəsində tərtib edilmiş aktın qanunsuzluğuna dair məsələlər inzibati mübahisələrə baxan məhkəmənin baxış predmetidir və inzibati xəta haqqında iş üzrə məhkəmə bu hallara baxa bilməz. Lakin iş üzrə hüquqi əhəmiyyətli halların nəzərə alınması inzibati xəta haqqında iş üzrə ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün zəruridir. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərdən göründüyü kimi vergi orqanı tərəfindən müəssisədə operativ vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2025ci il tarixli, **********7982 nömrəli qərar qəbul etmişdir. Aydın olduğu kimi yoxlayıcı şəxslər yoxlama başlamamışdan və sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi sahəyə daxil olmamamışdan əvvəl sahibkara yoxlama qərarının surətini, xidməti vəsiqələrini və reyestrdən çıxarışı təqdim etməlidirlər. Lakin hazırki halda vergi orqanının yoxlama aparan vəzifəli şəxsləri nəinki bu qaydaya riayət etməmiş, həm də tələb olunan sənədləri təqdim etməkdən aşkar surətdə imtina etmişdilər. Belə ki, satıcı epilepsiya xəstəliyi olan xanım olduğu üçün tez həyəcanlanır və özünü itirir, buna görə də o, yoxlama adı ilə yaxınlaşan şəxs barədə məlumat vermək üçün müəssisənin direktoru ilə əlaqə yaratmışdır. Direktor iş görüşməsində olduğuna görə o, təsisçini mağazaya dəvət etmişdir. Təsisçi yoxlayıcılara yaxınlaşdıqdan sonra müəssisənin vəkili ilə (Vəkil) əlaqə saxlamış və yoxlama barədə vəkilə məlumat vermişdir. Daha sonra vəkilin təlimatına uyğun olaraq o, yoxlayıcılardan qanunvericiliklə nəzərdə tutulan sənədləri (yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqələr) tələb etmişdir. Lakin yoxlayıcılar onun səlahiyyətli nümayəndə (direktor və ya etibamaməyə malik işçi) olmadığını və sadəcə təsisçi olduğunu bildirərək tələb olunan sənədləri ona təqdim etməkdən imtina etmişdirlər. Bu səbəbdən məsələ ilə bağlı tərəflər arasında süni olaraq gərginlik yaradılmışdır. Bu zaman vəkil təsisçinin telefonu vasitəsilə yoxlayıcılar ilə danışmış, həmin sənədlərin təqdim edilməli olduğunu onların bir daha diqqətinə çatdırmışdır. Yoxlayıcılar yenə də təsisçinin səlahiyyətli şəxs olmadığını bildirərək sənədləri ona təqdim etməkdən təkrarən imtina etmişdirlər. Bu zaman vəkil yoxlayıcılara AR VM-nin 50.4-cü maddəsinin tələbini, o cümlədən yoxlamanın vergi ödəyicilərinin faktiki iş vaxtında aparılmalı olduğunu bildirərək iş vaxtının hələ də bitmədiyini, bu səbəbdən ya direktoru ya da etibarnaməyə malik olan vəkili gözləmələrini ondan xahış etmişdir. Lakin onlar bu tələbdən də imtina etmiş, mağazadakılara qarşı ancaq qanunsuz tələblər irəli sürmüşdülər. Vəkil məhkəmə prosesində, direktor isə iş görüşündə olduğu üçün bu fürsətdən istifadə edən yoxlayıcılar qanunsuzluqlar törətməyə başlamış və qərəzli olaraq əsassız şər böhtan ataraq mağazanı tərk etmişdilər. Daha sonra onların məlumatı olmadan həm təsisçi barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli ınzıbatı xəta haqqında protokol tərtib etmiş, həm də müəssisə barəsində maliyyə sanksiyasının tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 047740 nömrəli akt tərtib edilmişdir. Yoxlayıcılar mağazada öz aralarında danışmaqla hər hansı sənədlər tərtib etsələr də, onün məzmunu barədə mağazadakı şəxsləri tanış etməmiş və surətlərini onlara təqdim etməmişdilər. Bu səbəbdən hazırki inzibati xətalara dair işə baxarkən qanunvericiliklə tələb edilən sənədlərin (yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqələr) vergi ödəyicisinə təqdim edilməsi halı ilk növbədə müəyyən edilməli və bu hal sübuta yetirilməlidir. Belə ki, bu sənədlərin təqdim edilməməsi yoxlanılan sahibkara bütün zəruri müdafiə tədbirlərini görməyə, o cümlədən yoxlayıcıların əraziyə buraxılmaması və onların göstərişlərinə tabe olmamağa əsas verir. Bunun üçün ilk növbədə vergi orqanı tələb olunan sənədlərin şəxsə təqdim edildiyinə və onun həmin sənədləri təhvil aldığına dair sənədləri məhkəməyə təqdim etməlidir. Lakin hazırki halda bu baş verməmişdir. Ona görə nəticəsindən asılı olmayaraq şəxsin etdiyi bütün hərəkətlər qanuni olmuşdur və hər hansı inzibati xəta hadisəsi yoxdur. Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2412-105532/2025 nömrəli məktubda və xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibatı xəta haqqında protokolda şəxsin barəsində protokolun tərtib edilməsinə səbəb olaraq - dövriyyədən yayındırılmış məbləğin magazada quraşıdırılmış X14 fiskal yaddaşına daxil edilməsinə və malların uçotuna aid xüsusi qurğunun (notebookun) fiskal yaddaşına baxış keçirilməsinə maneənin göstərilməsi kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən işə baxılarkən vergi orqanının iddia etdiyi əməllərin sözügedən inzibati xətanının obyektinə daxil olubolmaması dəqiq müəyyən edilməlidir. Bununla bağlı ilk növbədə qeyd edək ki, yoxlamaya maneçilik törədən hər hansı bir hala, o cümlədən NKA-na və notebooka baxış keçirməsinə maneə olan heç bir hala yol verilməmişdir. İlk vaxtlar tərəflər arasında notebookla bağlı fikir ayrılığı yaransa da sonradan yoxlayıcı kompüterə baxış keçirmişdir. Belə ki, yoxlayıcılar mağazaya sərbəst daxil olmuş, sərbəst şəkildə hərəkət etmiş, notebooka baxış keçirmiş, NKA-ya baxış keçirmiş, hətta NKA-dan vergi işçiləri istədiyi məlumatları da çıxarmışdır. Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş NKA çekləri və hesabatları da bu halı tam təsdiq edir. Buna görə inzibati xəta haqqında protokolda qeyd edilənlər tamamilə yalandır. Digər tərəfdən mühüm məsələlərdən biri də vergi işçilərinin müəssisəyə məxsus NKA-na yalan məlumatlar əlavə etmək səlahiyyətinin olub-olmamasının araşdırılmasıdır. Belə ki, NKA müəssisənin ödənişi əsasında əldə edilən və ona məxsus bir avadanlıqdır. Buna görə də əgər yoxlama zamanı alıcıya çek verilmədən satış həyata keçirilməsi faktı sübuta yetirilərsə, bu zaman vergi ödəyicisinə həmin yayındırılmış məbləğin NKA-na əlavə (bərpa) edilməsi təklif edilir və məhz vergi ödəyicisi tərəfindən bu tədbir həyata keçirilir. Lakin əgər satış olmamışdırsa, yalandan tələb irəli sürülürsə və ya digər səbəblərdən vergi ödəyicisi vergi orqanının qanunsuz hərəkətlərini qəbul etmirsə, bu zaman o, hər hansı hərəkətə məcbur edilə bilməz və ya vergi orqanı əməkdaşı özbaşına olaraq özü NKA-ya hər hansı yalan məlumatı əlavə edə bilməz. Belə ki, vergi orqanının hüquqlarını müəyyən edən AR VM-nin 23-cü maddəsində, nə də aparılan yoxlamalara dair AR VM-nin 50-ci maddəsində vergi orqanının əməkdaşına belə səlahiyyət və hüquq verilməmişdi. Başqa sözlə desək, vergi orqanının əməkdaşı öz səlahiyyətlərini aşkar surətdə aşan qanunsuz hərəkətlərə yol vermək istəmişdir. Həmin vaxt təsisçi yoxlayıcılara fiziki təmas etmədən sadəcə haqlı olaraq öz etirazını bildirmiş və onun bu etirazı AR VMnin 15.1.8-ci maddəsinin (vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək tələbinə tam uyğun olmuşdur. Beləliklə, vergi orqanı protokol tərtib edilməsinə səbəb olan əməl kimi NKA-ya yalan məlumatların daxil edilməsinə şərait yaradılmamasını qeyd etsə də, özünün belə bir səlahiyyətinin (yəni, vergi ödəyicisinin icazəsi olmadan özbaşına olaraq hər hansı məbləği ödəyiciyə məxsus NKAya daxil etmək) AR Vergi Məcəlləsinin hansı normasında nəzərdə tutulduğunu qeyd edə bilmir. Hazırki ki, halda yayındırılmış məbləğin olduğu iddia edilərsə bu zaman vergi ödəyicisinə bu məbləğin əlavə edilməsi sadəcə təklif edilə bilər. Əgər ödəyici bu tələbin qanunsuz olduğunu hesab edirsə, bu zaman belə tələbi icra etməkdən imtina edə bilər. Bu zaman yoxlamanın nəticəsinə dair tərtib edilən aktda bu barədə qeydlər əlavə edilə bilər ki, hansı ki, hazırda da yoxlamanın nəticəsində dair xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 047740 nömrəli akt tərtib edilmiş, həmin aktda müvafiq qeydlər əlavə edilmiş və müsəssisə barədə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu halın özü sübut edir ki, yoxlamaya hər hansı maneə yaradılmayıb və yoxlama müvəffəqiyyətlə başa çatdırılıb. Sadəcə vergi orqanı əlavə qanunsuz tələblər irəli sürüb və ödəyici bu tələblərlə razlaşmamışdır. Yaranmış süni gərginlik nəticəsində yoxlayıcılar məhz qisas almaq məqsədilə qərəzli və qanunsuz olaraq şəxs barəsində inzibati cərimə tətbiq etmək və bu yolla ona guya öz güclərini göstərmək istəyiblər. Yəni, məsələni şəxsiləşdiriblər və şəxsi ədavətə çeviriblər. Bu baxımdan inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur. Məhkəmə tərəfindən xüsusilə araşdırılmalı hallardan biri də vergi orqanı tərəfindən iddia edilən əməlin AR İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmaması və bu əməlin inzibati məsuliyyətə səbəb olmamasıdır. Belə ki, vergi orqanının iddiasını şərti olaraq real olduğunu qəbul edilsə belə, NKA-ya satış əlavə edilməsinə imkan verilməməsi və digər hallar AR İXM-nin 602.4-cü maddəsi ilə qadağan edilən əməllər sırasına daxil edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən araşdırlmalı olan hallardan biri də inzibati xətanın subyektinin, yəni şəxsin hər hansı xətaya görə inzibati məsuliyyətə cəlb edilməli olub-olmamasının dəqiq müəyyənləşdirilməsidir. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də aydın olduğu kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs sadəcə şirkətin təsisçisidir. Onun yoxlama zamanı müəssisəni təmsil etmək üçün hər hansı etibarnaməsi və səlahiyyəti olmamışdır. Belə olan halda təsisçi yalnız öz vəzifələrinin icrası ilə (məsələn: nizamnamə kapitalının ödənilməməsi İXM-nin 405-1-ci maddəsi, təsis sənədlərindəki dəyişikliyin qeydə alınması üçün müraciət edilməməsi İXM-nin 405-ci maddəsi, saxta müflis elan etmə AR İXMnin 406-cı maddə və s.) əlaqədar olaraq inzibati məsuliyyətə cəlb edilə bilər. Qanunla və nizamnamə ilə təsisçinin səlahiyyəti (vəzifəsi) olmayan məsələlər üzrə o, məsuliyyətə cəlb edilə bilməz. Təsisçinin və müəssisənin vəkilinin tələbinə uyğun olaraq yoxlayıcılar səlahiyyətli şəxsin gəlməsini gözləməli və onun iştirakı ilə yoxlamanı aparmalı idilər. Lakin yoxlayıcılar bu tələbi əsassız olaraq rədd etmiş və qanunsuz, şər böhtanla aidiyyəti olmayan şəxs barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib etmişdilər. Buna görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil xx.xx.2025-ci il tarixdə yazılı etirazla müraciət etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı etirazda və xx.xx.2025-ci il tarixli yazılı izahatda qeyd edildiyi kimi yoxlayıcılar yoxlamanın keçirilməsi barədə qərarın surətini, reyestrdən çıxarışı və xidməti vəsiqələrini Şəxs təqdim etməkdən imtina etmişdilər. Məhkəmə iclası zamanı X15 bu faktı etiraf edərək təsdiq etmişdir. Belə ki, o qeyd etmişdir ki, vəsiqə dövlət tərəfindən ona verilən sənəddir və bu səbəbdən onu Şəxs təqdim edə biməzdi. Yoxlama qərarına gəldikdə isə, o qeyd etmişdir ki, qərarı təqdim etməmişdi və onu Şəxs oxumuşdur. Yoxlamaların vahid reyestrindən çıxarışı isə nə oxumuş, nə də tanışlıq üçün təqdim etməmişdi. Çünki bəhs edilən normalara görə yoxlama qərarının əsli və ya surəti, reyestrdən çıxarışın əsli və xidməti vəsiqə Şəxs təqdim edilməli idi. Bu tələblər yerinə yetirilmədiyi üçün Şəxs yoxlamanın aparılmasına, hətta yoxlayıcıların obyektə daxil olmasına tam məhdudiyyət qoya bilərdi ki, o, tam hərəkət sərbəstliyinə malik idi. Bu hal isə inzibati xəta hesab edilə bilməz. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli DVX 047740 nömrəli yoxlama aktında yoxlayıcılar cəmiyyətin rəhbəri və səlahiyyətli nümayəndəsi olmadığına görə yoxlama qərarı və reyestrdən çıxarışın təqdim edilməsinin mümkün olmadığını aşkar surətdə qeyd etmişdilər. Yəni, yoxlayıcılar bir tərəfdən H.Orxanı səlahiyyətli nümayəndə kimi qəbul etmir, ona qərar, reyestrdən çıxarış və xidməti vəsiqəni təqdim etmir, tərtib edilmiş yoxlama sənədlərini onun iştirakı ilə tərtib etmirlər, digər tərəfdən onun barəsində səlahiyyətli şəxs olaraq inzibati xəta haqqında protokol tərtib edirlər. Bu ziddiyyətli məqam tərtib edilmiş inzibati xəta haqqında protokolun qanunsuz olduğunu br daha sübut edir. Məhkəmə iclası zamanı 15.80 manat məbləğində pulun NKA-ya mədaxil edilməməsi ilə bağlı hallara dair yoxlayıcılar suallara cavab vermişdir. Belə ki, X15 özlərinin müstəqil qaydada hər hansı məbləği NKA-ya mədaxil etmək hüquqularının olmadığını, mədaxil ilə bağlı Şəxs sadəcə təklif etdiyini, lakin onun buna etiraz etdiyini və həmin halı mübahisələndiridiyini, bununla belə NKA-nın onlardan alınmasına yönələn hər hansı hərəkət etmədiyini və faktiki olaraq NKA aparatının onların əlində olduğunu bildirmişdir. Yəni, NKA-ya hər hansı məbləğin faktiki mədaxilinə hər hansı maneə törədilməyib. Sadəcə yalan məbləğin NKA-ya mədaxil edilməsinə qəti etiraz edilib və bu halın qanunsuz olduğu bildirilib. Belə olan halda hər hansı inzibati xətanın baş verməsi istisnadır. Təhlükəsizlik kamera görüntüsünə əsasən həmin alqısatqının faktiki olaraq baş vermədiyi tam öz təsdiqini tapır. Bu bir daha yoxlayıcıların qanunsuz tələb irəli sürdüyünü təsdiq edir. Məhkəmə tərəfindən qiymətləndirilməli olan əsas hallardan biri də yoxlamanın faktiki olaraq hansı vaxtdan başlanılmasıdır. Belə ki, ilk dəfə yoxlayıcı X10 müştəri qismində mağazaya daxil olmuş və məhsul almışdı. Yoxlama həmin vaxtdan başlanılmış hesab edilir. Hazırki halda yoxlayıcının müştəri qismində mal almaq hüququ olmamışdır. Belə olan halda yoxlama yoxlayıcının müştəri qismində mağaza daxil olmasından sonra başlamışdır. Buna görə yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqə məhz həmin anda təqdim edilməli idi. Aydın olduğu kimi inzibati xəta haqqında protokolda xüsusi texniki vasitə olduğuna istinad edilsə də, həmin cihazın müvafiq sertifikatı məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı qanunvericiliyə əsasən həmin görüntülər vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə istifadə edilə bilər. Həmin görüntülərin inzibati xəta hadisəsinin sübut edilməsində istifadəsi qadağandı və bu görüntülər sübut kimi qəbul edilə bilməz. Lakin hazırki halda məhkəmə təqdim edilmiş xx.xx.2025-ci il tarxli MN ******* nömrəli inzibati xəta haqqında protokol iki vəzifəli şəxs tərəfindən tərtib edilib və imzalanmışdır. Bu da kobud qanun pozuntusudur. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, inzibati xəta haqqında protokol tamamilə əsassızdır və iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan hallar AR İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmur. Şəxs təsisçi olduğuna görə onun yoxlama ilə hər hansı vəzifəsi olmamış və buna görə o, AR İXM-nin 602.4-cü maddəsinin məqsədləri üçün inzibati xətanın subyekti ola bilməzdi. Yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqələr təqdim edilmədiyininə görə Şəxs hərəkət sərbəstliyinə malik idi. Ona qarşı irəli sürülümüş tələblər isə qanunsuz olduğuna görə onların icra edilməməsində təqsirləndirilə bilməzdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil xx.xx.2025-ci il tarixdə yazılı etirazla müraciət etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, bilərəkdən məhkəməyə montaj edilmiş, kəsilmiş natamam görüntü təqdim edilmişdir. Belə ki, faktiki olaraq yoxlama tədbiri xx.xx.2025-ci il tarixdə saat 12:53də başlamasına baxmayaraq təqdim edilmiş video isə saat 13:24-də başlayır. Bu isə iş üzrə əhəmiyyətli faktların gizlədilməsi məqsədi daşıyır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı etirazda, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli yazılı izahatlarda qeyd edildiyi kimi, yoxlayıcılar yoxlamanın keçirilməsi barədə qərarın surətini, reyestrdən çıxarışı və xidməti vəsiqələrini Şəxs təqdim etməkdən qanunsuz imtina etmişdilər. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı X15 bu faktı etiraf edərək təsdiq etmişdi. Belə ki, o qeyd etmişdir ki, vəsiqə dövlət tərəfindən ona verilən sənəddir və bu səbəbdən onu Şəxs təqdim edə biməzdi. Yoxlama qərarına gəldikdə isə, o qeyd etmişdir ki, qərarı təqdim etməmişdi və onu sadəcə şifahi qaydada Şəxs oxumuşdu. Yoxlamaların vahid reyestrindən çıxarışı isə nə oxumuş, nə də tanışlıq üçün təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş video görüntüdə (13:25-ci dəqiqə, 13:50-ci dəqiqə) yoxlama qərarının və ya onun surətinin Şəxs təqdim edilmədiyi, onun şəklini də çəkməyə icazə verilmədiyi və sadəcə şifahi qaydada üzündən oxunduğu aydın şəkildə öz əksini tapır. Hətta şifahi qaydada oxunan zaman da qərarın tam mətni səsləndirilmir. Belə ki, yoxlamanın təyin edilməsinə səbəb və əsasın nə olduğu bildirilmir. Şəxs qərarı əldə edə bilmədiyi və hüquqi biliyi olmadığı üçün bu hala qarşı yerində öz fikirini bildirmək imkanına malik olmur. Belə ki, X16 üzrə qərarların ləğv edilməsi üzrə AR Ali Məhkəməsinin 40-dan çox qəbul etdiyi qərarlarına əsasən formalaşdırmış vahid məhkəmə təcrübəsinə görə X16 tədbirləri üzrə qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxılarkən ilk növbədə operativ vergi yoxlaması barədə qərarın qəbul edilməsi üçün hüquqi əsas olub-olmaması araşdırılmalıdır. Çünki X16 həyata keçirmək vergi orqanının diskresion səlahiyyəti olsa da, bu hüququn həyata keçirilməsi üçün mütləq AR VM-nin 50.2-ci maddəsində qeyd edilən əsaslar mövcud olmalıdır. Hazırki iş üzrə vergi orqanının qəbul etdiyi xx.xx.2025-ci il tarixli **********7982 nömrəli X16nin keçirilməsi barədə qərarına əsasən müəssisədə yoxlamanın keçirilməsi üçün hüquqi əsas olaraq məhz AR VM-nin 50.2.2-ci maddəsinə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) istinad edilmişdir. Bununla yanaşı həmin qərarda yoxlamanın keçirilməsinə səbəb olaraq isə - vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması-barədə vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilmişdir. Nəticədə, bəhs edilən qərara əsasən müəssisədə nağd pul hesablaşmaların aparılması qaydalarına riayət edilməsi üzrə operativ vergi nəzarət tədbiri keçirilmişdir. Aydın olduğu kimi vergi orqanının xx.xx.2025-ci il tarixli, **********7982 nömrəli X16nin keçirilməsi barədə qərarı tamamilə qanunsuz qəbul edilmişdir. Bu səbəbdən həmin qərar qanunsuz qəbul edildiyinə görə onun nəticəsindən asılı olmayaraq ləğv edilməlidir. Belə ki, vergi orqanı vahid məhkəmə təcrübəsinə və vergi qanunvericiliyinə zidd olaraq hər hansı hüquqi əsas olmadan müəssisədə nağd pul hesablaşmaların aparılması qaydalarına riayət edilməsi üzrə X16 tədbiri həyata keçirmiş və bununla da diskresion hüququndan qanunsuz istifadə etmişdi. Bu səbəbdən həmin qərarın və yoxlamanın nəticəsinin ləğv edilməsi ilə bağlı yuxarı vergi orqanına inzibati şikayət verilmişdir. Hazırda həmin şikayətə baxılır. Şikayət təmin edilərsə, ümumiyyətlə yoxlama qərarının düzgün qəbul edilməməsi səbəbindən onun əsasında aparılan yoxlamanın nəticəsi də ləğv ediləcəkdir. Bu zaman hazırki inzibati xəta haqqında iş də öz hüquqi əhəmiyyətini itirəcək. Əgər yoxlama qərarı və reyestrdən çıxarış vaxtında təqdim edilsəydi, ümumiyyətlə həmin anda yoxlamanın ləğv edilməsi vergi orqanından tələb ediləcəkdi. Çünki yoxlama xx.xx.2025-xx.xx.2025-ci il tarixini əhatə etmişdir. Lakin yoxlayıcılar qərarı və ya onun surətini təqdim etməmişdilər. Bu hal ilə Şəxs və vəkil tanış ola bilməmişdir. Qanunvericiliyin bu tələbi yerinə yetirilməmişdir. Bu fakt həm məhkəmə iclasında çıxış zamanı, həm də videogörüntü zamanı öz təsdiqini tapır. Belə olan halda AR VM-nin 15.1.8-ci maddəsinə əsasən sahibkarın vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ vardı. Bu səbəbdən Şəxs həmin vəziyyətdə qanuni olaraq tam hərəkət sərbəstliyinə malik olmuş və bu ona qanunvericiliklə verilmiş təminat olmuşdur. Bu hal inzibati xəta hesab edilə bilməz. Təqdim edilmiş video görüntüdə (13:26-cı dəqiqə,13:27-ci dəqiqə, 13:37-ci dəqiqə) Şəxs etibarnaməsinin olmadığını və bu səbəbdən səlahiyyətli nümayəndənin gözləmələrini yoxlayıcılardan xahiş etmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı X15 Vəkil ilə telefon vasitəsilə əlaqə saxladığını, həmin telefon zəngi zamanı ona Şəxs etibarnaməsinin olmadığı barədə məlumat verildiyini və bu səbəbdən səlahiyyətli nümayəndənin gəlməsini gözləmək üçün ondan xahiş edildiyini etiraf etmişdir. Lakin o, vaxt olmadığı üçün səlahiyyətli nümayəndənin gəlməyini gözləmədiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixli **********7982 nömrəli X16nin keçirilməsi barədə qərara əsasən yoxlama xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında aparılırdı. Yəni, həm faktiki iş saatının davam etməsinə və yoxlamanın müddətinin bitməməsinə baxmayaraq yoxlayıcılar səlahiyyətli nümayəndənin gəlməsini gözləməli olduğu halda bundan qanunsuz olaraq imtina etmiş və əvəzində pozuntulara yol verməklə yoxlama sənədləri tərtib etmişdilər. Ümumiyyətlə yoxlamanın gedişi zamanı tərtib edilmiş heç bir sənəd, o cümlədən protokol Şəxs təqdim edilməmiş və ona imzalamaq üçün təklif edilməmişdir. Bu həm videogörüntülərlə, həm də tərtib edilmiş sənədlərdəki qeydlərlə təsdiq edilir. Başqa sözlə desək, yoxlayıcılar bir tərəfdən onun səlahiyyətli nümayəndə olmadığını bildirmişlər və heç bir sənədə onun adını daxil etməmişlər, digər tərəfdən isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini tələb etmişdilər. Bu absurd və qəbuledilməz bir haldır. İş materiallarına əlavə edilmiş yoxlama nəticəsində xx.xx.2025-ci il tarixli DVX 001392 nömrəli baxış protokolu tərtib edilərkən qanunsuzluğa yol verilmişdir. Buna baxmayaraq hazırki protokolda təsisçi Şəxs səlahiyyətli nümayəndə olaraq baxışın keçirilməsində iştirak edildiyi qeyd edilmişdir. Lakin protokolun sonunda ona bu protokolu imzalamaq və öz qeydlərini əlavə etmək hüququ verilməmiş, bunun əksinə onun səlahiyyətli nümayəndə olmadığı qeyd edilmişdir. Nəticədə, protokolu ancaq vergi əməkdaşları qanunsuz olaraq tərtib etmiş və imzalamamışdılar. Bununla yanaşı 15.80 manat məbləğində kodi markalı dırnaq boyasının satılması səbəbindən NKA-ya həmin məbləğin qanunsuz olaraq mədaxilinə cəhd edilməsi məhkəməyə təqdim edilmiş videogörüntü ilə tam təkzib olunur. Satılmayan malların NKA-ya daxil edilməsinə cəhd edilməsi qanunsuz hərəkətdir. İnzibati orqanın nümayəndəsi videodakı həmin malların satılan mallarla eyni olmadığını iddia etsə də, bu dəlil tam əsassızdır. Belə ki, çeklərdəki tarixlə ilə videogörüntülərdəki tarix və saat tam uyğunluq təşkil edir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli DVX 047740 nömrəli yoxlama aktında yoxlayıcılar həmin məhsulun məhz dırnaq boyası olduğunu təsdiq etmişdilər. Məhkəməyə təqdim edilmiş videogörüntüdə (13:41-ci dəqiqə, 14:19-cu dəqiqə) və xx.xx.2025-ci il tarixli DVX 047740 nömrəli yoxlama aktında yoxlayıcılar inzibati xəta haqqında protokolun tərtib edilmə səbəbi olaraq məhz yayındırılmış 15.80 manat məbləğin NKA-ya daxil edilməsinə məhdudiyyət qoyulması əməlini göstərmişdilər. Lakin sonradan məhkəmədə həm də fiskal yadda baxış keçirməyə mane olma hərəkətini göstərmişdilər. Birincisi, baxmayaraq ki, kompüter Şəxs şəxsi məqsədlər üçün istiqafə etdiyi cihaz olmuşdur, bununla belə o, X11 birlikdə kompüterə baxış keçiriməsinə imkan yaratmış və onu tanış etmişdir. Eyni zamanda daxili kassa aparatı ayrıca bir avadanlıqdı və onun özünün daxili yaddaşı var. Onu istənilən kompüterə birləşdirməklə onun yaddaşına baxış keçirmək olar. Belə olan halda O,Hətəmliyə məxsus şəxsi kompüterin tələb edilməsi absurdu. Lakin bu qaydanın təmin edilməməsi və əvəzində Şəxs şəxsi kompüterinin qanunsuz olaraq tələb edilməsi, onun vasitəsilə daxili kassa aparatına baxış keçirilməsi tamamilə qanunsuz bir hərəkətdi. Şəxs daxili kassa aparatına baxış keçirilməsinə və onun yaddaşının oxudulmasına mane olmamış, o yalnız öz şəxsi kompüterindən istifadəni haqlı olaraq qadağan etmişdir. Beləliklə, təqdim edilmiş videogörüntüyə və tərtib edilmiş yoxlama sənədlərinə əsasən yoxlayıcılar Şəxs səlahiyyətli nümayəndə olaraq qəbul etməkdən imtina etmiş və cəmiyyətin rəhbəri və səlahiyyətli nümayəndəsi olmadığına görə ona yoxlama qərarının surətini, vəsiqəni və reyestrdən çıxarışın təqdim edilməsinin mümkün olmadığını aşkar surətdə qeyd etmişdilər. Yəni, yoxlayıcılar bir tərəfdən H.Orxanı səlahiyyətli nümayəndə kimi qəbul etmir, ona qərar, reyestrdən çıxarış və xidməti vəsiqəni təqdim etmir, tərtib edilmiş yoxlama sənədlərini onun iştirakı ilə tərtib etmirlər, digər tərəfdən isə yoxlama zamanı sahibkarı təmsil edən səlahiyyətli vəzifəli şəxs olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edirlər. Bu ziddiyyətli məqam tərtib edilmiş inzibati xəta haqqında protokolun qanunsuz olduğunu br daha sübut edir. Şəxs AR İXM-nin 602.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın subyekti ola bilməz. Eyni zamanda hazırki halda həmin maddə ilə müəyyən edilmiş əməllərdən heç biri törədilməyib. Beləliklə, inzibati xəta haqqında protokol tamamilə əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən AR İXM-nin 75-ci maddəsinin tələbləri nəzərə alınmalı, yəni inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar dəqiq araşdırılmalıdır. Şəxs təsisçi olduğuna görə onun yoxlama ilə hər hansı vəzifəsi olmamış və buna görə o, AR İXM-nin 602.4-cü maddəsinin məqsədləri üçün inzibati xətanın subyekti ola bilməzdi. Yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqələr təqdim edilmədiyinə görə Şəxs hərəkət sərbəstliyinə malik idi. Ona qarşı irəli sürülümüş qanunsuz tələbləri isə onun icra etməmək hüququ var idi. Yoxlayıcılar hazırki halda səlahiyyətli nümayəndənin gəlməyini gözləməli və onun iştirakı ilə bütün sənədləri tərtib etməli, habelə yoxlama ilə bağlı yaranan tələblərini məhz səlahiyyətli nümayəndəyə qarşı irəli sürməli idilər. Bunun üçün kifayət qədər həm faktiki iş saatı, həm də yoxlamanın aparılması müddəti olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclaslarında yazılı izahatlarının məzmununa uyğun izahatlar verərək, inzibati xəta haqqında protokolun tamamilə əsassız olması, protokolun tərtib edilməsinə əsas olan halların AR İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmaması, hüquqlarını təmsil etdiyi şəxs Şəxs təsisçi olduğundan, onun inzibati xətanın subyekti olmamasını, yoxlama qərarı, reyestrdən çıxarış və xidməti vəsiqələrin təqdim edilməməsi, Şəxs qarşı irəli sürülümüş tələblərin isə qanunsuz olduğuna görə onların icra edilməməsində təqsirləndirilə bilməməsi əsaslarını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2025-ci il tarixli, KY252284877 nömrəli çıxarışın surətindən görünür ki, ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı ilə məşğul olan "xxxx" MMC-yə (VÖEN:**********) məxsus olan obyektə (ünvan:AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30) cari fəaliyyəti ilə bağlı dövr üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədi ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X16 yoxlamasının aparılması, yoxlamanın keçirilməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 və Uçotunun Təşkili Baş İdarəsinin Operativ vergi idarəsinin 4cü şöbəsinin dövlət vergi müfəttişləri- X11 və X7 həvalə olunması qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli X16 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları, baş vergi xidməti müşaviri X10 və 2-ci dərəcəli müfəttiş X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsinin “X16nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********7982 nömrəli qərarına əsasən ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı ilə məşğul olan "xxxx" MMC-yə (VÖEN:**********) məxsus olan obyektə (ünvan:AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30) araşdırılma ilə saat 12:43-də 15 ml “Kodi top coot” markalı dırnaq boyasının satışının həyata keçirildiyi və ödəmənin müqabilində müştəriyə NKA çekinin, yəni ödənişi təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən olundu. Aşkar edilmiş hüquq pozuntusu barədə xx.xx.2025-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt və cəmiyyətin sahibkarlıq fəaliyyətində istifadə etdiyi əraziyə (subyektə), habelə sənədlərə və əşyalara tərəflərindən keçirilmiş baxış nəticələrinə əsasən xx.xx.2025-ci il tarixli vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” protokol tərtib edildi. Keçirilmiş X16 zamanı cəmiyyətin təsisçisi Şəxs (fin:59HN6Z7) satış məqsədi üçün saxlanılan malların daxili uçotunun aparıldığı elektron qurğuya (notbuka) baxış keçirilməsinə, həmçinin obyektdə quraşdırılmış əhali ilə pul hesablaşmalarının aparılması zamanı istifadə edilən NKA-nın (malların (işlərin xidmətlərin) təqdim edilməsi zamanı hesablamaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və kompüter sistemləri) fiskal yaddaşına yayındırılmış məbləğin daxil edilməsinə maneə oldu. Beləliklə cəmiyyətin təsisçisi Şəxs obyektdə yerləşən müvafiq qurğuya baxış keçirilməsinə və yayındırılmış məbləğin NKA-nın fiskal yaddaşına daxil edilməsinə maneə olduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməsi və inzibati hüquq pozuntusu barədə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş, cəmiyyətin təsisçisi Şəxs hər hansı əsaslı səbəb göstərmədən tərtib edilmiş “inzibati xəta haqqında” protokolla tanış olmaqdan, protokola imza etməkdən və protokolun surətini almaqdan imtina etmişdir. Əlavə olaraq qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən qeyri-dövlət təşkilatlarında təşkilatisərəncamverici səlahiyyətə məxsus şəxslər vəzifəli şəxs hesab edilir. -“Vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 001392 nömrəli protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:20-də baxışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********7982 nömrəli qərar və baxışın keçirilməsi tapşırılmış vergi orqanının vəzifəli şəxslərinin xidməti vəsiqələri cəmiyyətin təsisçisi Şəxs təqdim olunmuşdur. X16nin həyata keçirilməsi prosesi zamanı cəmiyyətin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi əraziyə (obyektə), habelə sənədlərə və əşyalara baxış keçirilməsinə Şəxs tərəfindən təhrikedici hərəkətlər etməklə maneçilik törətmişdir. Yoxlama prosesinin gedişatı zamanı xüsusi texniki vasitələrlə foto və video çəkilişlər aparılmışdır. Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi X16 tədbirində iştirak etmədiyindən tərtib edilmiş protokola imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsinin “X16nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********7982 nömrəli qərarından görünür ki, ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı ilə məşğul olan "xxxx" MMC-yə (VÖEN:**********) məxsus olan obyektə (ünvan:AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30) xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025-ci il tarixi daxil olmaqla) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) ilə bağlı plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmış və yoxlamanın keçirilməsi baş vergi xidməti müşaviri X7 və 2-ci dərəcəli müfəttiş X15 həvalə olunmuşdur. -xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:20 radələrində "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30 ünvanında yerləşən obyektdə həyata keçirilən X16 zamanı Şəxs tərəfindən dövriyyədən yayındırılmış məbləğin NKA-nın fiskal yaddaşına daxil edilməsinə, həmçinin obyektdə satış məqsədi ilə saxlanılan malların satışının (hərəkətlərinin) uçotunun aparıldığı xüsusi qurğunun fiskal yaddaşına baxış keçirilməsinə maneçilik törətməsi səbəbindən Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -"xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 10 (on) manat olmaqla 1(bir) paydan ibarətdir. Cəmiyyətin təsisçisi Şəxsdur. Məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə inzibati xəta hadisəsinin baş verdiyi yerin video görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:26 radələrində baş vergi xidməti müşaviri X6 və 2-ci dərəcəli müfəttiş X15 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektə daxil olmaqla, 2-ci dərəcəli müfəttiş X3 yaxınlaşaraq, kassanın yanında dayanması, onun yanında Şəxs olması, sonradan videogörüntü apararaq vergi əməkdaşı X6 içəri daxil olması, 2-ci dərəcəli müfəttiş X15 tərəfindən “X16nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın elan edilməsi, X8 Şəxs həmçinin vəsiqələri ilə tanış olmasını bildirməsi, sonuncunun bunu təsdiq etməsi, sonuncunun təsisçi olmasını deməsi və etibarnamənin olmasını deməsi, sonra isə telefon danışığı aparması, həmin şəxsdən etibarnaməsinin olub-olmamasının soruşulması, sonra etibarnaməsinin olmamasını deməsi, vergi əməkdaşı X1 şəxsiyyət vəsiqəsini istəməsi, daha sonra stolun üstündə kassa nəzarət aparatına X15 tərəfindən baxış keçirilməsi, stolun üstündə olan qırmızı rəngli kompüterin təqdim edilməsinin istənilməsi, lakin Şəxs həmin kompüterin ona məxsus olması, kompüterin şəxsi malı olmasını deməsi, ona baxış keçirləməsinə icazə verməməsi və sonra kompüteri götürərək stolun alt hissəsinə qoyması, Şəxs vergi əməkdaşından digər şəxsə satılmış malın satış çekinin şəklini çəkmək adı ilə alması, sonra isə geri qaytarmaqdan imtina etməsi, daha sonra Şəxs vergi əməkdaşlarına həmin çek üzrə satılan malın dərhal geri qaytarılması, hər hansı məbləğdə pul alınmaması, malın satıldığı şəxsin dəvət edilə biləcəyini deməsi, aldığı çeki vergi əməkdaşına qaytarmaqdan imtina etməsi, vergi əməkdaşlarının həmin şəxsin dəvət edilməsinə ehtiyac olmamasını demələri, daha sonra vergi əməkdaşı X2 aparılması üçün yazı yazması, sonra isə digər vergi əməkdaşı X6 yaxınlaşaraq imza etməsi, sonda isə vergi əməkdaşı X15 tərəfindən Şəxs barəsində protokol tərtib edilməsi, protokolun nə üçün tərtib edilməsinin əsaslarının elan edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib ediləcəyi, protokolun ünvanına göndəriləcəyi izah edilməklə aparılmış videogörüntü vergi əməkdaşı tərəfindən sonlandırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2024-cü il təvəllüdlü Alina və xx.xx.2016-cı il təvəllüdlü Ayla adlı uşaqları vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: -20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir; -20.3-cü maddəsinə əsasən yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır; -20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır; -20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır; -20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:20 radələrində "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəs) 30 ünvanında yerləşən obyektdə baş vergi xidməti müşaviri X10 və 2-ci dərəcəli müfəttiş X15 tərəfindən həyata keçirilən X16 zamanı hüquqi şəxsin təsisçisi olmaqla vəzifəli şəxs olan Şəxs tərəfindən dövriyyədən yayındırılmış məbləğin NKA-nın fiskal yaddaşına daxil edilməsinə, həmçinin obyektdə satış məqsədi ilə saxlanılan malların satışının (hərəkətlərinin) uçotunun aparıldığı xüsusi qurğunun fiskal yaddaşına baxış keçirilməsinə mane olunmuşdur. Bu hal işin məhkəmə baxışı zamanı tədqiq edilmiş baş vergi xidməti müşaviri X10 və 2-ci dərəcəli müfəttiş X8 izahatları, videomateriallar və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən ödəniş çekinin nəzarət kassa aparatına daxil edilməsinə mane törətmək üçün həmin çek vergi müfəttişlərindən alınaraq sonradan təqdim etməməsi, həmçinin obyektdə satış məqsədi ilə saxlanılan malların satışının (hərəkətlərinin) uçotunun aparıldığı xüsusi qurğunun (notebook) fiskal yaddaşına baxış keçirilməsinə mane törədilməsi üçün həmin qurğu yığışdıraraq götürmüşdür. Şəxs və müdafiəçisi izahatlarında həmin qurğunun Şəxs şəxsi əmlakı olduğunu bildirsələr də, məhkəməyə təqdim olunmuş və araşdırılmış videomateriallardan görünür ki, həmin qurğu satıcı tərəfindən satışın həyata keçirilməsində, yəni məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilmiş, vergi əməkdaşları tərəfindən isə X16nin həyata keçirilməsi haqqında qərarın icrası qaydasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunubolunmamasının müəyyən edilməsi üçün həmin qurğuya baxış keçirilməsi zəruri olmuşdur. Lakin qeyd edildiyi kimi həmin qurğu Şəxs tərəfindən götürülərək baxış keçirilməsinə mane olunmuşdur. Bundan başqa məhkəmə müdafiə tərəfinin qərarın surətinin, reyestrdən çıxarışın və xidməti vəsiqələrin təqdim edilməməsi, buna görə də Şəxs hərəkət sərbəstliyinə malik olması barədə iddiaları ilə razılaşmır və hesab edir ki, həmin iddialar işin məhkəmə araşdırması zamanı tam olaraq təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılmış videomateriallardan da göründüyü kimi, vergi xidməti müfəttişi X15 tərəfindən obyektə daxil olunduqdan sonra yoxlamanın aparılması barədə qərar elan olunur, həmçinin Şəxs xidməti vəsiqələrin təqdim olunduğu bildirilir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs X8 və X6 vergi xidməti müfəttişləri olduğunu və müvafiq qərar əsasında yoxlamanın aparılmasını bilmiş, lakin heç bir qanuni əsas olmadan yoxlamanın aparılmasına yuxarıda qeyd olunmuş şəkildə mane olmuşdur. Əlavə olaraq məhkəmə "xxxx" MMC-nin təsisçisi Şəxs törədilmiş inzibati xətanın subyekti hesab edilə bilməyəcəyinə dair də müdafiə tərəfinin mövqeyi ilə razılaşmır və hesab edir ki, sonuncu hüquqi şəxsin təsisçisi olmaqla vəzifəli şəxsdir və sahibkar olaraq Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin subyekti olmaqla həmin maddə ilə məsuliyyətə cəlb edilib inzibati tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs himayəsində iki azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal(lar)ı müəyyən etmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-465/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-465/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver