Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-467/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Masallı rayonu, Kalinovka kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin tarixdə “Mersedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. O, avtomobilini yüksək sürətlə deyil, əksinə 60 km/saat sürətdən az sürətdə idarə etmişdir. Xanım istəsəydi avtomobilin əyləc sistemindən istifadə edərək, hadisənin qarşısını ala bilərdi. O, Ekspertiza Mərkəzində ekspertin qəbulunda olmuş və ekspertə izah etmişdir. Ekspert isə ekspertiza qərarında qeyd edilənlərə müvafiq araşdırma apararaq, rəyini hazırlamışdır. Hadisinin baş verdiyi ərazi magistiral yoldur, digər istiqamətə keçən zaman avtomobilini hərəkət etdirməli idi. Həmiçinin xanımın idarə etdiyi avtomobil dayanmış vəziyyətdə deyil hərəkətdə olmuş və hadisə də bu şəraitdə baş vermişdir. Təhqiqatçının komputerində hadisənin video görüntüləri var idi. Təhqiqatçının iştirakı ilə video görüntülərə baxış keçirmişdir. Lakin həmin video görüntülər ona təqdim edilmədiyindən, məhkəməyə təqdim edə bilmir. Hazırda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı özünü təqsirli bilmir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-ci il tarixdə səhər saat 07:55 radələrində idarə etdiyi “Chevrolet Kruz” markalı **-BY-*** dövlət qeydiyyat nişalı avtomobil ilə işə gedən zaman yolun boşalmasını gözləmiş və lakin digər avtomobil hərəkətində uyğunsuzluq olması səbəbindən həmin avtomobilin arxasında gələn Şəxs idarə etdiyi “Mersedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gələrək onun avtomobili ilə toqquşmuş, nəticədə avtomobili digər yolun yanında yerləşən mağazaya dəymişdir. Onun avtomobilin demək olar ki, avtomobili dayanmış vəziyyətdə olmuşdur. Hadisə dönmək istəyərkən baş vermişdir. Lakin digər avtomobilin sürücüsü avtomobili sürətlə idarə etmişdir. Hadisə nəticəsində xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun hərəkətlərində də İXM-nin 327.2-ci maddəsinin əlamətləri olduğuna görə cərimə olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mercedes Benz C180” markalı, 01BZ674 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1447 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarnın küt travması, yumşaq toxumaların əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/3499 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “1. Chevrolet Kruz” markalı **-BY-*** dövlət qeydiyyat nişalı avtomobil sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və Zərərçəkmiş şəxs həmin maddənin tələblərinə rəayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. 2. “Mersedes” markalı 01-82-674 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50cı maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və sürücü Şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il təvəllüdlü Paşa və xx.xx.2022-ci il təvəllüdlü Orxan adlı iki uşağı vardır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-ci il tarixdə təxminən saat 07:55 radələrində sürücü Şəxs idarə etdiyi “Mersedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, Binə qəsəbəsi istiqamətndən, Mərkəz-Şəhər istiqamətində gedən bir istiqamətli, iki zolaqlı yolun sağdan 1-ci zolağı ilə saatda 40-50 km sürətlə hərəkət edib, qarşıda olan yol ayrıcına yaxınlaşıb yol ayrıcını düzünə keçən zaman yolun əks istiqamətindən yol ayrəcəna dönmə maneviri edərək saatda 5 km sürətlə daxil olmuş sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Kruz” markalı **-BY-*** dövlət qeydiyyat nişalı avtomobilini görüb, toqquşmadan yayınmaq üçün sürücü Şəxs avtomobilin tormozundan istifadə edib, avtomobili sağ tərəfə yönəltsədə, yolun sağdan 1-ci zolağında “Mersedes” markalı avtomobilin qabaq tərəfi “Chevrolet Kruz” avtomobilin sağ qabaq qanadının yan tərəfiinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir və baş vermiş hadisə zamanı “Chevrolet Kruz” markalı **-BY-*** dövlət qeydiyyat nişalı avtomobil sürücü Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, sonuncu istər hadisənin baş vermə anını əks etdirən video görüntüləri məhkəməyə təqdim etməmiş, eyni zamanda onun tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar müvafiq qaydada mübahisələndirilməmişdir. Bundan başqa işin araşdırması zamanıda hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və sürücü Şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Bu hal iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/3499 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə təsdiq edilmişdir. Belə olan halda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-467/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-467/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver