Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-469/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, mobil telefon, elektronik əşyalar, tütün məmulatları, parfumeriya və kosmetik vasitələrin qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi barədə Əməliyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyat məlumatına əsasən 18 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində J2 012 saylı Dubay-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Şəxs nəzarətə götürülmüşdür. Şəxs özü ilə gətirdiyi qara rəngli baqajı və qara rəngli əl çantası ilə “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə, gömrük nəzarətindən çıxmaq istəyərkən Əməliyyat Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq geri qaytarılmış, əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün əşyaları “Qırmızı Kanal” buraxılış sistemində yerləşən X-Ray aparatından keçirilmisdir. Rentgen qurğusunda mobil telefon, elektronik əşyalar tütün məmulatları parfümeriya və kosmetik vasitələrin təsviri əks olunduğu üçün yoxlama otağına dəvət olunmuş və ona məxsus baqaja video çəkilişdən istifadə etməklə yoxlama keçirilmişdir. Yoxlama başlamazdan əvvəl Şəxs sol əlində olan İMEİ kodları **********55446, **********38955, **********89862 olan 3 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonları təqdim etmişdir. Daha sonra keçirilən yoxlama zamanı Şəxs oğluna məxsus olan üzərində “Luowe ser” yazısı olan qara rəngli baqajın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, yazılı və elektron qaydada bəyan edilməyən açıq şəkildə 10 qutu “Philip Mores” markalı siqaretlər, 2 blok (20 qutu) “Marlboro White” markalı siqaretlər, 1 ədəd “Lalique Lamour 100 ML” markalı, 2 ədəd “X3 Collection 100 ML” markalı, 1 ədəd “Orlov Paris” markalı, 1 ədəd “Tiziana Terenzi” markalı, 1 ədəd “Chanel Chance 100 ML” markalı, 1 ədəd “Bleu de Chanel Paris 100 ML” markalı, 1 ədəd “Dirham Gold” markalı, 1 ədəd “Al Hub 80 ml” markalı, 1 ədəd “Al Lail 100 ml” markalı, 2 ədəd “X4 100 ml” markalı, 2 ədəd “X5 Trading” markalı və 1 ədəd “Eleganza L femme Arqus” markalı ətirlər, 3 ədəd üzərində "Victoria”s Secret Splash of Berry 250 ML” yazısı olan bədən baxım gelləri, 5 ədəd üzərində “Dirham wardi” yazısı olan, 1 ədəd üzərində “Dirham” yazısı olan və 2 ədəd üzərində “Lattafa” yazısı olan spreylər aşkar olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar olunan əşyalar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-0185/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati protokolu qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, o, Rusiya Federasiyası vətəndaşıdır və 18 avqust 2022-ci il tarixdə Dubay – Bakı aviareysi ilə gələn zaman özü ilə gətirdiyi qara rəngli baqajı götürdükdən sonra “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən çıxmaq istəyərkən əməliyyat şöbəsinin əməkdaşları tərəfindən geri qaytarılmışdır. Onu “Qırmızı Kanal” buraxılış sistemindən keçirmişdirlər. Yoxlama zamanı onun etirazına baxmayaraq baqajı gömrük işçiləri tərəfindən açılmışdır. Aşkar edilmiş 3 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar onun şəxsi istifadəsində olmuş, onları gömrük orqanına təqdim edərkən bu barədə onlara məlumat vermişdir. Ümumiyyətlə aşkar edilmiş bütün malları şəxsi istidəsi üçün almışdır. içərisində olan əşyalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 17 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid3 bildirmişdir ki, o, Rusiya vətəndaşıdır, Sona ilə birlikdə Dubaya müqavilə bağlamaq məqsədilə gediblər. Azərbaycana da işlə bağlı müqavilə bağlamaq məqsədilə gəliblər. Dubayda şəxsi istifadə məqsədilə hər biri ailə üzvləri üçün 03 ədəd telefon alıblar. Həmçinin ofis üçün qələm, karandaş və digər ləvazimatlar alıblar. Gömrükdən keçən zaman əgər baqajlarda qadağan olunmuş əşyalar və ya yaxud bəyan olunmamış yüklər olduğu təqdirdə baqajlara qırmızı lent vurulur. Lakin onların yük baqajlarına lent vurulmamışdır. Lent vurulmadığı üçün onlar sərbəst çıxıb getmək istəmişdirlər. Lakin getmək istəyən zaman orda olan Mehman adlı şəxs onlara yaxınlaşmışdır. Bu zaman onlar hələ nə qırmızı, nə də yaşıl dəhlizdən keçməmişdilər. Yəni həmin dəhlizlərə çatmamış onalrı saxlamışdırar. Onları saxlayan zaman yüklərini bir otağa aparıblar. Onları da həmin otağa aparıblar. Həmin əşyalarla bağlı sorğu-sual edilən zaman hər ikisi qeyd etmişdir ki, bu əşyalar Azərbaycan üçün alınmamışdır. Həmçinin onlar 2 gündən sonra Moskvaya uçmalı idilər və bunu təsdiq edən biletləri də var idi. Lakin onlara bildirilmişdir ki, onların yüklərə baxılmalıdır. Həmin zaman Mehman adlı şəxs öz şəxsi telefonu vasitəsilə yükləri çəkməyə başlamışdır. O, buna öz etirazını bildirdikdən sonra onun yükünü boşaltmağa başladılar. Onun yükünü boşaldıb baxandan sonra Sonanın yükünü boşaltmağa başladılar. O, bu zaman növbəti dəfə öz etirazını bildirmişdir. O, qeyd etmişdir ki, “bu yükdə Sona xanımın şəxsi əşyaları var, xanım işçinizi çağırın, o yükə baxış keçirsin”. Ondan sonra xanım işçi gəlmiş və Sonanın yükünü boşaltmağa başlamışdır. Həmin əşyaları, tökdülər, dağıtdılar və öz telefonları vasitəsilə kameraya çəkdilər. Onlara isə deyilib ki, idarəyə getmək lazımdır. Hər ikisi etiraz edərək bildiriblər ki, onlar ümumiyyətlə Azərbaycana daxil olmurlar. Əlavə olaraq qeyd ediblır ki, Azərbaycanın ərazisinə daxil olmurlar, bilelırini dəyişib bu gün Rusiyaya uçurlar. Onlara bunun mümkünsüz olduğu deyilərək, mütləq idarəyə getməli olduqları nəzərlərinə çatdırılıb. Onlar etiraz etmələrinə baxmayaraq sonradan məcburi şəkildə onları mülki maşına otuzdurub, idarəyə aparıblar. Neçə saat gözlədikdən sonra onlar idarədə idman formasında bir nəfər şəxs qarşılamışdır. Bundan sonra yenidən idarədə onların yüklərini yenidən boşaltmağa başlamışdırlar. Lakin Sonanın yüklərini boşaldan zaman o, yenidən etiraz edərək, xanım işçinin bu proesesi həyata keçirməli olduğunu qeyd etmişdir. Lakin etiraza məhəl qoymadan onun yüklərini boşaldıblar. Sonradan o, özünü pis hiss etmiş, və bu səbəbdən onu xəstəxanaya apararaq, reanimasiyaya yerləşdiriblər. Reanimasiyadan tez-tələsik onu çıxardıqdan sonra Sona ilə birlikdə otelə getməyə məcbur olublar. Onların pasportlarını da əllərindən almışdılar. Sonradan bu işin uzandığı üçün məcbur olub, bilet alıb Moskavaya uçmaq məqsədilə aeroporta getdikdə onlara ölkədən çıxışılarına qadağa qoyulduğu bildirilmişdir. 31 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid1 bildirmişdir ki, 18 avqust 2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirən zaman saat 15 radələrində əməliyyat işçisi Şahid2 ona yaxınlaşaraq J2 012 saylı Dubay-Bakı reysi ilə gələn və şəxsiyyəti sonradan məlum olan Rusiya Federasiyası vətəndaşı Şəxs məxsus çantanın yoxlanılmasını xahiş etmişdir. O da öz növbəsində bunu qəbul edərək Şəxs məxsus əşyalara yoxlama otağında yoxlama keçirmişdir. Şəxs əlində olan açıq və qutusuz vəziyyətdə olan 03 ədəd İphone markalı telefonu təqdim etmişdir. Yoxlama zamanı Şəxs baqajının içərisindən ətirlər, siqaretlər, gellər, spreylər aşkar edilərək götürülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 7/943 saylı rəyindən görünür ki adları və sayları cədvəl N1-də göstərilmiş Azərbaycan Respublikasının aksiz markası olmayan 20 qutu “Marlboro White” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 5/993 saylı rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsi”də göstərilən səbəblərə görə aşağıdakılar müəyyən olundu;
1. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plastik örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” markalı “A2638” modelli “**********55446” “imei” kodlu mobil smartfon aktivləşdirilib, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
2. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plast. örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” mark” “A2638” modelli “**********38955” “imei” kodlu mobil smartfon aktivləşdirilib, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
3. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plastik örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” marka “A2638” modelli “**********89862” “imei” kodlu mobil smartfon aktivləşdirilib, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 9/6099 saylı rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş 18 adda malların ümumilikdə 18 avqust 2022-ci il tarixə orta bazar qiyməti təxminən 7957 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqdaadları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarına əlavə edilmiş aviabiletin surətindən görünür ki, 25 avqust 2022-ci il tarixdə Şəxs adına Bakı-Moskva aviabileti rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs məhkəməyə ünvanladığı 07 aprel 2023-cü il tarixli ərizədən görünür ki, onunla birlikdə gələn şəxs Şahid3 barəsində də AR İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş və həmin inzibati işə baxılaraq üzrə Şahid3 barəsində olan inzibati iş üzrə icraata xitam verilmidir. Həmin qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, 18 avqust 2022-ci il tarixdə Dubay-Bakı aviareysi ilə Dubaydan Bakıya gəlmişdir. Həmin vaxt onun çantasında mobil telefon, elektronik əşyalar, tütün məmulatları, varfümeriya və kosmetik vasitələr olmuşdur. Ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, S.Əhməıdzadədə aşkar edilmiş mobil smartfonlar aktivləşdirilmiş və işlək vəziyyətdə olmuşdur. Aşkar olunmuş əşyaların satış məqsədi ilə gətirilməsinə dair heç bir sübut mövcud deyil. 28 avqust 2022-ci il tarixdə Bakı-Moskva aviareysi ilə Azərbaycan Respublikasını tərk etməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı malların (avtonəqliyyat vasitələri istisna olmaqla) müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir. Həmin Qərarın 2.6-ci bəndinə əsasən Bu Qaydaların 2.1.8-ci yarımbəndinə uyğun olaraq, fiziki şəxslər tərəfindən güzəştli qaydada gömrük ərazisinə müvəqqəti gətirilən mallar gömrük ərazisində qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisindən çıxarılmalı və ya sərbəst dövriyyəyə buraxılması üçün bəyan olunmalı, gömrük ərazisindən müvəqqəti aparılan mallar isə gömrük ərazisindən kənarda qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisinə qaytarılmalı və ya ixrac edilməsi üçün bəyan olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarının 2.5-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları" və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin “Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi” (Maddə 192) tələbləri pozulmuş, şəxsə gömrük ərazisinə müvəqqəti gətirdiyi əşyaların müvafiq olaraq güzəştli qaydada gömrük ərazisində və ya bu ərazidən kənarda qalma qaydası, müddəti və s.izah edilməmişdir. Göründüyü kimi işdən məlum olur ki, Şəxs adına 25 avqust 2022-ci il tarixdə **********705 saylı aviabilet (Moskva şəhərinə çatma tarixi 28 avqust 2022-ci il) rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 203,65 (iki yüz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində saxlanılan İMEİ kodları **********55446, **********38955, **********89862 olan 3 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 10 qutu “Philip Mores” markalı siqaretlər, 2 blok (20 qutu) “Marlboro White” markalı siqaretlər, 1 ədəd “Lalique Lamour 100 ML” markalı, 2 ədəd “X3 Collection 100 ML” markalı, 1 ədəd “Orlov Paris” markalı, 1 ədəd “Tiziana Terenzi” markalı, 1 ədəd “Chanel Chance 100 ML” markalı, 1 ədəd “Bleu de Chanel Paris 100 ML” markalı, 1 ədəd “Dirham Gold” markalı, 1 ədəd “Al Hub 80 ml” markalı, 1 ədəd “Al Lail 100 ml” markalı, 2 ədəd “X4 100 ml” markalı, 2 ədəd “X5 Trading” markalı və 1 ədəd “Eleganza L femme Arqus” markalı ətirlər, 3 ədəd üzərində "Victoria”s Secret Splash of Berry 250 ML” yazısı olan bədən baxım gelləri, 5 ədəd üzərində “Dirham wardi” yazısı olan, 1 ədəd üzərində “Dirham” yazısı olan və 2 ədəd üzərində “Lattafa” yazısı olan spreylər qanuni sahibi Şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 840, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 203,65 (iki yüz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində saxlanılan İMEİ kodları **********55446, **********38955, **********89862 olan 3 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 10 qutu “Philip Mores” markalı siqaretlər, 2 blok (20 qutu) “Marlboro White” markalı siqaretlər, 1 ədəd “Lalique Lamour 100 ML” markalı, 2 ədəd “X3 Collection 100 ML” markalı, 1 ədəd “Orlov Paris” markalı, 1 ədəd “Tiziana Terenzi” markalı, 1 ədəd “Chanel Chance 100 ML” markalı, 1 ədəd “Bleu de Chanel Paris 100 ML” markalı, 1 ədəd “Dirham Gold” markalı, 1 ədəd “Al Hub 80 ml” markalı, 1 ədəd “Al Lail 100 ml” markalı, 2 ədəd “X4 100 ml” markalı, 2 ədəd “X5 Trading” markalı və 1 ədəd “Eleganza L femme Arqus” markalı ətirlər, 3 ədəd üzərində "Victoria”s Secret Splash of Berry 250 ML” yazısı olan bədən baxım gelləri, 5 ədəd üzərində “Dirham wardi” yazısı olan, 1 ədəd üzərində “Dirham” yazısı olan və 2 ədəd üzərində “Lattafa” yazısı olan spreylər qanuni sahibi Şəxs qaytarılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli