Məhkəmə qərarları › İş №3(003)-470/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-470/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-470/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 497-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Böyük Britaniyanın “AJW Group” şirkəti ilə bağlanan müqaviləyə əsasən ***-*******6 nömrəli aviaqaimə ilə xx.xx.2021-ci il tarixli 1431 nömrəli invoysa əsasən ümumi invoys dəyəri 15273,78 ABŞ dolları (gömrük dəyəri 25965,43 AZN) olan 1 yer, netto çəkisi 94,43 kq olan 8 adda “Helikopterin texniki xidmətində olunan qurğular” təmir məqsəd ilə ABŞ-a göndərilmişdir. Yük MMC-nin adından xx.xx.2022-ci il tarixli **********3108 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur və xx.xx.2023-cü il tarixədək müəyyən olunmuş müddətə qədər “xaricdə emal” xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmən yükün invoys dəyəri 2415 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********8275, invoys dəyəri 3825 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********0217 və invoys dəyəri 1645 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********1700 sorğu nömrəli gömrük bəyannamələri əsasında təkrar idxal edilmişdir. Lakin xaricdə emal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, yükün invoys dəyəri 7388,78 ABŞ dolları olan hissəsinin xaricdə emal müddətinin uzadılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.7-ci bəndinə uyğun müraciət edilməmiş və ya mallar növbəti gömrük prosedurunda yerləşdirilməmişdir. Şəxs MMC-nin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Böyük Britaniyanın “AJW Group” şirkəti ilə bağlanan müqaviləyə əsasən ***-*******6 nömrəli aviaqaimə ilə xx.xx.2021-ci il tarixli 1431 nömrəli invoysa əsasən ümumi invoys dəyəri 15273,78 ABŞ dolları (gömrük dəyəri 25965,43 AZN) olan 1 yer, netto çəkisi 94,43 kq olan 8 adda “Helikopterin texniki xidmətində olunan qurğular” təmir məqsədilə ABŞ-a göndərilmişdir. Yük MMC-nin adından xx.xx.2022-ci il tarixli **********3108 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur və xx.xx.2023-cü il tarixədək müəyyən olunmuş müddətə qədər “xaricdə emal” xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmin yükün invoys dəyəri 2415 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********8275, invoys dəyəri 3825 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********0217 və invoys dəyəri 1645 ABŞ dolları olan hissəsi xx.xx.2022-ci il tarixdə **********1700 sorğu nömrəli gömrük bəyannamələri əsasında təkrar idxal edilmişdir. Yükün invoys dəyəri 7388,78 ABŞ dolları olan qalan hissəsi təmir işləri başa çatmadığına görə Şəxs MMC tərəfindən təkrar idxal edilməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə 00800- 00068/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 göstərdi ki, 00800/00045 (ЕРМ********) saylı xx.xx.2023-cü il tarixli AR DGKHGBGİ protokola əsasən emal müddəti bitmiş malın invoys dəyəri 7388,78 ABŞ dolları kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********3108 saylı GB görünür ki, bəyan edilmiş malların ümumi dəyəri 15273,78 ABŞ dolları təşkil edir, işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********8275 saylı, xx.xx.2022-ci il tarixli **********0217 saylı, xx.xx.2022-ci il tarixli **********700 saylı yük gömrük bəyannamələrindən görünür ki, invoys dəyəri 12035,78 ABŞ dolları olan mallar təkrar idxal olunmuşdur. xx.xx.2022-ci il tarixli **********3108 saylı GB yalnız 1 ədəd MPS- 43, s/n 6906 invoys dəyəri 3238.00 ABŞ dolları (invois N-1431, xx.xx.2021 7-ci sətir) olan mal bir qədər gecikmə ilə Azərbaycan Respublikasına çatdırılmış və hal-hazırda gömrükdədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “ASG Helicopter Services" MMC bildirir ki, “AJW Group” şirkəti malın gec göndərilməsi barədə xəbərdar etməmiş, bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaların (bundan sonra məntdə - Qaydalar) 7.1-ci maddəsinin tələblərinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. "ASG Helicopter Services” MMC normativ aktda qeyd edilən son müddəti aşmamış, malın xaricdən gətirilməsindən yayınmamış, və bu məqsədi güdməmiş yükün vaxtında çatdırılmamasından xəbər tutan kimi dərhal 14/44- GS/ASGHS/LŞ saylı xx.xx.2023-cü il tarixli məktubla gömrük orqanına müraciət etmişdir. AR DGK HGBGİ 34/012/002710 saylı xx.xx.2023-cü il tarixli raportundan görünür ki, iş izrə icraat müəssisənin yuxarıda qeyd edilən məktubundan sonra başlanılmışdır. Yəni məktub baxılmamış saxlanılmışdır. Müəssisənin Qaydaların 7.7-c maddəsinin tələblərinin pozulması barədə gömrük orqanın fikri ilə əlaqədar bildirilmişdir ki, sözügedən bəndin icazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmaması, yəni gecikmə ilə əlaqədar xaricdə emal olunan malın müqqətaratı ilə bağlı müraciətə qadağa qoyulması tələbi ümumiyyətlə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra məntdə — GM) tələblərinə ziddir. GM 200.1-ci maddəsinin tələblərinə görə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. GM 200.4-cü maddəsinin tələblərinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. Beləliklə, GM 200.4-cü maddəsinin əsas tələbi ondan ibarətdir ki, təkrar idxal 2 illik müddətindən artıq olmasın. Buna görə Qaydaların 7.7.-ci bəndində olan icazə müddəti ötürülmüş, lakin 2 il həddində olan mal üzrə müraciətlərə ümumiyyətlə baxılmaması şərti GM qeyd edilən maddi normanın tələbinə ziddir. Beləliklə, “ASG Helicopter Services" MMC müddəti ötmüş, lakin 2 il müddət çərçivəsində olan mal üzrə müvafiq məktub göndərmiş və həmin mal Azərbaycan Respublikasına təkrar idxal olunmuşdur. Yalnız Qaydaların 7.7-ci bəndindəki qadağaya görə müvafiq rəsmiləşdirmə aparılmamışdır. Həmin hallar işin materialları ilə təsdiq edilmişdir. İnzibati xəta hadisəsi olmadığı üçün həmin İXM-nın 53.1.1-ci maddəsinin tələblərini əsasən başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş19 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə YGB-nin uzadılması ilə bağlı müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə **********3108 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 25965.43 AZN, netto çəki 94.43 kq) yük xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün bir hissəsi xx.xx.2022-ci il tarixdə **********8275, xx.xx.2022-ci il tarixdə **********0217 və xx.xx.2022-ci il tarixdə **********1700 sorğu nömrəli gömrük bəyannamələri əsasında təkrar idxal edilmişdir. Yükün qalan hissəsinin (malın kodu **********, malın adı helikopterin texniki xidmətlərində istifadə olunan dartılma gücünün təyinin üçün dinanometr (P/n MPS-43, S/n 6906)) xaricdə emal müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün 6 fevral 2014-cü il tarixli, 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7.7-ci bəndinə uyğun müraciət edilməmiş və ya müvafiq Qərara uyğun olaraq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********8275 saylı, xx.xx.2022ci il tarixli **********0217 saylı, xx.xx.2022-ci il tarixli **********700 saylı yük gömrük bəyannamələrindən görünür ki, invoys dəyəri 12035,78 ABŞ dolları olan mallar təkrar idxal olunmuşdur. xx.xx.2022-ci il tarixli **********3108 saylı GB yalnız 1 ədəd MPS-43, s/n 6906 invoys dəyəri 3238.00 ABŞ dolları (invois N-1431, xx.xx.2021 7-ci sətir) olan mal bir qədər gecikmə ilə Azərbaycan Respublikasına çatdırılmış və hal-hazırda gömrükdədir. Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs MMC tərəfindən malların emal edilməsi qaydasının pozulmasını hesab etmiş və sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtbi etmişdir. Məhkəmədə müəyyən olundu ki, bəyan edilmiş malların ümumi dəyəri 15273,78 ABŞ dolları təşkil etmiş, invoys dəyəri 12035,78 ABŞ dolları olan mallar təkrar idxal olunmuş, 3238.00 ABŞ dolları olan mal isə bir qədər gecikmə ilə Azərbaycan Respublikasına çatdırılmış və hal-hazırda gömrükdədir. “AJW Group” şirkəti malın gec göndərilməsi barədə xəbərdar etməmişdir. Bundan başqa, "ASG Helicopter Services” MMC normativ aktda qeyd edilən son müddəti aşmamış, malın xaricdən gətirilməsindən yayınmamış, yükün vaxtında çatdırılmamasından xəbər tutan kimi dərhal gömrük orqanına müraciət etmiş, lakin buna baxmayaraq Dövlət Gömrük Komitəsi HNBGİ iş izrə icraatı müəssisənin məktubundan sonra başlamış, yəni, MMC-nin məktubu baxılmamış saxlanılmışdır. “ASG Helicopter Services" MMC müddəti ötmüş, lakin 2 il müddət çərçivəsində olan mal üzrə müvafiq məktub göndərmiş və həmin mal Azərbaycan Respublikasına təkrar idxal olunmuş, lakin Qaydaların 7.7-ci bəndindəki qadağaya görə müvafiq rəsmiləşdirmə aparılmamışdır. Həmin hallar işin materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaların 7.1. Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Qaydaların 7.7-ci bəndinə əsasən İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. İşin halları ilə müəyyən olundu ki, . “AJW Group” şirkəti malın gec göndərilməsi barədə xəbərdar etməmişdir və bu səbəbdən də Şəxs MMC gömrük orqanına 19 yanvar 2023-cü il tarixdə icazə müddətinin daha 1 il müddətinə uzadılması ilə bağlı müraciət etmişdir. Göründüyü kimi göstərilən hal ASG Helicopter Services” MMC-nin iradəsindən asılı omayan səbəblərdən baş vermişdir. Bundan başqa işdə olan xx.xx.2022-ci il tarixli **********8275 saylı, xx.xx.2022-ci il tarixli **********0217 saylı, xx.xx.2022-ci il tarixli **********700 saylı yük gömrük bəyannamələrindən görünür ki, invoys dəyəri 12035,78 ABŞ dolları olan mallar təkrar idxal olunmuş. Nəticə olaraq xx.xx.2022-ci il tarixli **********3108 saylı GB yalnız 1 ədəd MPS- 43, s/n 6906 invoys dəyəri 3238.00 ABŞ dolları (invois N-1431, xx.xx.2021 7-ci sətir) olan mal bir qədər gecikmə ilə Azərbaycan Respublikasına çatdırılmışdır. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi yaranan anlaşılmamazlıq aradan qaldırılmış və mallar ölkəyə tam şəkildə daxil olmuşdur. Belə olan halda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar