Məhkəmə qərarları › İş №3(003)-471/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-471/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-471/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin EQ 16425181 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 və X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdim X2 və X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin İXM-in 339.1-1-ci maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2023-cü ildə inzibati xəta törədildiyi və EQ16425181 nömrəli protokol yazıldığı və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi bardə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.2 və 129.1.3-cü maddələrinə əsasən kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin EQ 16425181 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 və X1 şikayət verilsədə şikayətə onların yaşadığı yer üzrə baxılması barədə vəsatət əlavə edilməmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin EQ 16425181 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından isə görünür ki, inzibati xətanın törədilməsi yeri kimi Bakı şəhəri, Zabrat qəsəbəsi, Montin ərazisi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayətə Xəzər Rayon Məhkəməsinə baxılması üçün əsas olmadığından şikayətə baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin EQ 16425181 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 və X1 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Baş Dövlət Yol Polisi İdarəsinin EQ 16425181 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 və X1 tərəfindən verilmiş şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar