Məhkəmə qərarları › İş №3(003)-472/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-472/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-472/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 497-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən ABŞ-ın “Sikorsky Commercial” İnc şirkəti ilə bağlanan müqaviləyə əsasən **********6 nömrəli aviaqaimə ilə xx.xx.2021-ci il tarixli 1448 nömrəli invoysa əsasən invoys dəyəri 2416 ABŞ dolları (gömrük dəyəri 4107,20 AZN) olan 1 yer, netto çəkisi 4,72 kq olan 1 ədəd “S92A” tipli hava gəmisində nasazlıqlar barəsində məlumat verən qurğu, PN: 270-2723-080, SN: 0252” adlı qurğu təmir məqsədilə ABŞ-a göndərilmişdir. Yük MMC-nin adından xx.xx.2021-ci il tarixli **********0811 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur və xx.xx.2022-ci il tarixədək müəyyən olunmuş müddətə qədər “xaricdə emal” xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, xaricdə emal müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.7-ci bəndinə uyğun müraciət edilməmiş və ya növbəti gömrük prosedurunda yerləşdirilməmişdir. Şəxs MMCnin nümayəndəsi X2 izahatında bildirmişdir ki, ABŞ-ın “Sikorsky Commercial” İnc şirkəti ilə bağlanan müqaviləyə əsasən **********6 nömrəli aviaqaimə ilə xx.xx.2021-ci il tarixli 1448 nömrəli invoysa əsasən invoys dəyəri 2416 ABŞ dolları (gömrük dəyəri 4107,20 AZN) olan 1 yer, netto çəkisi 4,72 kq olan 1 ədəd “S92A” tipli hava gəmisində nasazlıqlar barəsində məlumat verən qurğu, PN: 270-2723-080, SN: 0252” adlı qurğu təmir məqsədilə ABŞ-a göndərilmişdir. Yük MMC-nin adından xx.xx.2021-ci il tarixli **********0811 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur və xx.xx.2022-ci il tarixədək müəyyən olunmuş müddətə qədər “xaricdə emal” xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, qeyd olunan müddət ərzində təmir işləri başa çatmadığına görə sözügedən qurğu Şəxs MMC tərəfindən təkrar idxal edilməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə 00800- 00067/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, “Sikorski” şirkətində malın ləngiməsinə səbəb ABŞ X1 icazəsi ilə əlaqədardır və sözügedən şirkət malın gec göndərilməsi barədə gec xəbərdar etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaların (bundan sonra məntdə - Qaydalar) 7.1-ci maddəsinin tələblərinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Şəxs MMC normativ akta qeyd edilən son müddəti aşmamış, malın xaricdən gətirilməsindən yayınmamış, və bu məqsədi güdməmiş yükun vaxtında gəlmədiyindən xəbər tutan kimi dərhal 14/44-GS/ASGHSA/LŞ saylı xx.xx.2023-cü il tarixli məktubla gömrük orqanına müraciət etmişdir. Azərbaycan Respublikası DGK HGBGİ xx.xx.2023-cü il tarixli 34/012/002713 saylı raportundan görünür ki, iş izrə icraat müəssisənin yuxarıda qeyd edilən məktubundan sonra başlanılmış, yəni məktub baxılmamış saxlanılmışdır. Müəssisənin Qaydaların 7.7-c maddəsinin tələblərinin pozulması barədə gömrük Orqanın fikri ilə əlaqədar bildiririk ki, sözügedən bəndin icazədə göstərilmiş müddət bitdikdən Sonra edilmiş müraciətlərə baxılmaması, yəni gecikmə ilə əlaqədar xaricdə emal olunan malın müqqətaratı ilə bağlı müraciətə qadağa qoyulması tələbi ümumiyyətlə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra məntdə — GM) tələblərinə ziddir. GM 200.1-ci maddəsinin tələblərinə görə xaricdə emal xüsusi gömrük proseduru altnda yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir, GM 200.4-cü maddəsinin tələblərinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. Beləliklə, GM 200.4-cü maddəsinin əsas tələbi ondan ibarətdir ki, təkrar idxal 2 illik müddətindən artıq olmasın. Buna görə Qaydaların 7.7.-ci bəndində olan icazə müddəti ötürülmüş, lakin 2 il həddində olan mal üzrə müraciətlərə ümumiyyətlə baxılmaması şərti GM qeyd edilən maddi normanın tələbinə ziddir. Beləliklə, Şəxs MMC müddəti ötmüş, lakin 2 il müddət çərçivəsində olan mal üzrə müvafiq məktub göndərmiş və həmin mal Azərbaycan Respublikasına təkrar idxal olunmuşdur. Yalnız Qaydaların 7.7-ci bəndindəki qadağaya görə müvafiq rəsmiləşdirmə aparılmamışdır. Həmin hallar işin materialları ilə təsdiq edilmişdir. Buna görə də Qaydaların 7.7.-ci bəndindəki sonrakı müraciətlərin baxılma qadağası ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hesab edir ki, "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11-ci maddəsi ilə normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya prinsipinə görə GM 200-ci maddəsinin tələbləri tətbiq edilməlidir. İnzibati xəta hadisəsi olmadığı üçün həmin İXM-nın 53.1.1-ci maddəsinin tələblərini əsasən başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 yanvar 2023-cü il tarixli email yazışmadan görünür ki, Şəxs MMC mailto:marc.d.gherlone@lmco.comElektron ünvan mail ünvanına müraciət edərək, əgər təmir müddəti çox uzun çəkər isə, mübadilə üçün fond səviyyəsini təsdiqlənməsini xahiş etmiş, əks təqdirdə bu gecikmələr əlavə gömrük xərclərinə səbəb ola biləcəyinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş19 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə YGB-nin uzadılması ilə bağlı müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə **********0811 sorğu nömrəli gömrükbəyannaməsi ilə (ümumi gömrük dəyəri 4107.20 AZN, netto çəki 4.72 kq) yük xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün 6 fevral 2014-cü il tarixli, 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7.7-ci bəndinə uyğun müraciət edilməmiş və ya müvafiq Qərara uyğun olaraq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli email yazışmadan görünür ki, Şəxs MMC mailto:marc.d.gherlone@lmco.comElektron ünvan mail ünvanına müraciət edərək, təmir barədə məlumat verilməsi ilə bağlı müraciət etmiş və malların 1 ildən artıq müvəqqəti rejimdə aparılması barədə gömrükdən sorğu daxil olduğu barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli email yazışmadan görünür ki, təmir şirkətində FAA sənədləşmə problemi olduğu üçün təmir gecikdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs MMC tərəfindən malların emal edilməsi qaydasının pozulmasını hesab etmiş və sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtbi etmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC müddəti ötmüş, lakin 2 il müddət çərçivəsində olan mal üzrə müvafiq məktub göndərmiş, lakin təmir müddətinin uzanması barədə məlumat verilməsi ilə bağlı müraciət etmiş və malların 1 ildən artıq müvəqqəti rejimdə aparılması barədə gömrükdən sorğu daxil olduğu barədə xəbərdarlıq etmişdir, lakin gömrük orqanı tərəfindən müraciətinə baxılmadan inzibati xəta hqqında iş üzrə icraat başlanılmışdır. Həmin hallar işin materialları ilə təsdiq edilmişdir. Şəxs MMC normativ akta qeyd edilən son müddəti aşmamış, malın xaricdən gətirilməsindən yayınmamış və hazırda həmin mal Azərbaycan Respublikasına təkrar idxal olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaların 7.1. Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Qaydaların 7.7-ci bəndinə əsasən İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. İşin halları ilə müəyyən olundu ki, “Sikorski” şirkətində malın ləngiməsinə səbəb ABŞ X1 icazəsi ilə əlaqədardır və sözügedən şirkət malın gec göndərilməsi barədə gec xəbərdar etmişdir və bu səbəbdən də Şəxs MMC gömrük orqanına 19 yanvar 2023-cü il tarixdə icazə müddətinin daha 1 il müddətinə uzadılması ilə bağlı müraciət etmişdir. Göründüyü kimi bu hal ASG Helicopter Services” MMC-nin nümayəndələrinin iradəsindən asılı omayan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi yaranan anlaşılmamazlıq aradan qaldırılmış və mallar ölkəyə tam şəkildə daxil olmuşdur. Belə olan halda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar