Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-475/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Qubadlı rayonunun Qəzyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonunun Qəzyan kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 25 mart 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada 3cü Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən 26 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə MN № ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə sahə inspektoru, polis mayoru X6 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayan X1 RPİ 3-cü PŞ-nin növbətçi hissəsinə zəng edərək, keçmiş əri Şəxs ilə aralarında münaqişə olması barədə məlumat vermişdir. Bununla əlaqədar əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvana yaxınlaşaraq, Şəxs sakitləşməsini bildirmişlər. Lakin Şəxs sakitləşmək istəməmiş və hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamış, davamlı şəkildə ucadan nalayiq ifadələrlə həyat yoldaşını və polis əməkdaşlarını təhqir etmiş, onlar onu dəfələrlə intizama dəvət edib sakitləşdirmək istəsələr də, o, daha da aqressiv şəkildə həyat yoldaşına “sən polis çağırmısan, gör sənin başına nə oyun açacam” deyərək sözlə hədələmişdir. Buna görə də Şəxs tərəflərindən 3-cü PŞ-nə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı qismən etiraf edərək göstərdi ki, o, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq boşanmadığı həyat yoldaşı nevroz xəstəsidir, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır, həm də onlardan biri – 16 yaşlı qız övladı ürək xəstəsidir. Ailəliklə Qubadlı rayonundan məcburi köçkündürlər, ailəsinin yeganə qazanc gətirənidir, atası ikinci qrup əlildir. Həmin mübahisə adi bir anlaşılmazlıq üzündən baş vermiş, o da bərk əsəbiləşdiyi üçün arvadı ilə sözlə mübahisə etmişdir. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarına qarşı da əvvəlcə kobudluq etmiş, lakin müqavimət göstərməmiş, sonra isə səhvini başa düşərək onlarla birlikdə Xəzər RPİ 3-cü PŞ-nə gedib izahat yazmışdır. Əməlindən peşmandır, polis işçilərindən üzr istəmiş, arvadı ilə də barışmışdır. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1979-cu il tarixdə Qubadlı rayonunun Qəzyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonunun Qəzyan kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-475/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-475/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver