Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-476/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PBnin sahə rəisi, polis mayoru X1 iştirakları ilə xx xxxxxx 2002-ci il tarixdə Lerik rayonunun Lələdulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonunun Lələdulan kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə Südçülük sovxozu Mehriban qonşular küçəsi Yeni sahədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ 3-cü PB-nə dəvət olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər RPİ 3-cü PB-dən daxil olmuş xx xxxx 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 3-cü PB-nə gətirilmiş və orada onun narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Bundan sonra Şəxs həkim müayinəsindən keçməkdən ötrü Respublika Narkoloji Mərkəzinə göndərilmiş və alınmış xx xxxx 2021-ci il tarixli 841 №-li akta əsasən onun sidiyində OPİ (heroin) və THC (həşiş) aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən, əsasən də heroin və kokosdan istifadə edir. Əvvəllər işləyərək pul qazanmış və narkotik vasitə əldə etmişdir. Lakin son vaxtlar işləmədiyi və narkotik vasitə almağa pul tapmadığı üçün öz evlərindən müxtəlif qab-qacaq və konservləşdirilmiş ərzaq məhsullarını gizlicə götürüb satmış və əldə etdiyi pulun hesabına narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə elə saxlanılan gün – xx xxxx 2021-ci il tarixdə narkotik vasitəni qəbul etmişdir. xx xxxx 2021-ci il tarixdə Binə qəsəbəsi Südçülük sovxozu ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və 3-cü PB-nə gətirilmişdir. Sorğu-sual zamanı o, narkotik vasitə aludəçisi olduğunu etiraf etmiş və bu bəladan uzaqlaşmaqda ona köməklik göstərilməsini xahiş etmişdir. Əməlindən peşmandır. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli 841 №-li aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində OPİ (heroin) və MET (şüşə) aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdə saat 17:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 2002-ci il tarixdə Lerik rayonunun Lələdulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonunun Lələdulan kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə Südçülük sovxozu Mehriban qonşular küçəsi Yeni sahədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən “imza” Tərlan Əkbərov “düzdür” Məhkəmənin hakimi Tərlan Əkbərov BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 1044 Azərbaycan Respublikası Daxili İşlər Bakı şəhəri, Mərdəkan Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin qəsəbəsi, Telman küçəsi, 4 İnzibati həbs olunanların saxlanılma yerinin tel./faks: 454-33-28 rəisi, polis polkovnik-leytenantı “19” mart 2021-ci il cənab Ramin İmanova № 3(003)-476/2021 Hörmətli Ramin müəllim! Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Şəxs barəsində olan “19” mart 2021-ci il tarixli 3(003)-476/2021 №-li inzibati xəta haqqında qərarı icra olunması üçün onun şəxsiyyəti ilə birlikdə Sizə göndərilir. Qoşma: qərarın, protokolun surəti və Şəxs Xəzər RPİ tərəfindən verilmiş şəkilli Anket məlumatlarının əsli. Hörmətlə, Hakim Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-476/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-476/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver