Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-477/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs ƏlX3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, subay, deməsinə görə 1 az yaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 bildirdi ki, ƏlX6 oğlu sosial şəbəkə vasitəsilə mətbəx mebeli düzətdirməsi adı ilə Şəxsla tanış olmuş, sonrada evə dəvət etmiş, mebeli göstərmiş və ilkin olaraq 300 manat pul vermişdir. Şəxs vədinə əməl etməyərək mebeli quraşdırmamışdır. Qeyd olunanlarla bağlı müvafiq protokol tərtib edilmişdir. Hazırda da Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, o mebel ustasıdır. Sexi yoxdur, lakin evlərdə düzəldir. “İnstaqram” sosial şəbəksində səhifəsi var. Aydın Ələkbərov həmin səhifə vasitəsilə əlaqə saxlamış və ona mətbəx mebelinin lazım olduğunu bildirmişdir. Bundan sonra Aydın yaşadığı evdə ölçülər aparmışdır. Bundan sonra Aydın ona bildirmişdir ki, pulu kreditlə ödəməyə biləcəkdir. O da problemin olmadığını, lakin ilkin olaraq 300 manatın ödəməli olduğunu, qalan hissəni isə 2 ay müddətində hər ay 250 manat ödəməklə qaytara biləcəyini bildirmişdir. Bu barədə razılaşma 2023-cü ilin dekabr ayında olmuş, mebeli dekabr ayının sonunda təhvil verməli olmuşdur. Uşağı əməliyyat olmuş və Aydına 3-4 gün səbirli olmasını xahiş etmişdir. Uşağı əməliyyat olunandan sonra 1 həftə evdən çölə çıxa bilməmişdir. Daha sonra Aydın ona bildirmişdir ki, başqa usta tapmış və mebeli həmin ustaya yığdırır. Bundan sonra o bildirmişdir ki, düzəltiyi mebeli başqa şəxsə satıb əldə etdiyi pulun hesabına Aydından aldığı 300 manat pulu qaytaracaqdır. Hazırda Aydına düzəltdiyi mebeli başqa şəxsə kreditə satmış və bu barədə Aydına bildirmişdir. Buna baxmayaraq Aydın onun barəsində polisə şikayət etmişdir. İzahatında həmçinin bildirdi ki, Aydının sifariş etdiyi mebel dekabr ayının sonunda hazır olmuş, lakin uşağı əməliyyat olduğundan mebeli yerində quraşdıra bilməmişdir. Hazırda aldığı pulu 3 günə qaytara bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs ƏlX6 oğlu izahatında bildirdi ki, xx.xx.2023-cü ildə Şəxs onun evinə gələrək mebelin yerini ölçmüş və ondan ilkin olaraq 300 manat pul almışdır. Cavanşir ona bildirmişdir ki, dekabr ayının 20-si mebel hazır olaracaqdır. Həmin tarixdə Cavanşirlə telefonla əlaqə saxlamış, Cavanşir mebelin bəzi detalları hazır olmadığını və ayın 25-ə hazır olacağını bildirmişdir. Ayın 25-də günü onunla əlaqə saxlamış, Cavanşir ona uşağının əməliyyat olacağını və Gəncə apardığını bildirmiş və dekabr ayının 30-u gələcəkdir. 30 dekabrda Cavanşirlə əlaqə saxlamış, Cavanşir ona bildirmişdir ki, mebelin hissələri düzgün kəsməyiblər, ona görə yanvar ayın 3-ə qalmışdır. Yanvar ayının 3-cü Cavanşirlə əlaqə saxlamış, Cavanşir ona yaxın qohumunun vəfat etdiyini, ona görə gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra ondan pulun qaytarmasını tələb etmişdir. Daha sonra isə başqa şəxslərə sifariş vermişdir. Həmçinin bildirdi ki, Cavanşir ona mebelin hazır olması, başqa şəxsə satması, həmin şəxsdən pul adıqdan sonra aldığı pulu ona qaytarcağı barədə deməmişdir. Yanvar ayının 3-də mebelə görə verdiyi pulu tələb edərək başqa şəxsə sifariş verdiyi bildirmişdir. Bundan sonra isə onun telefon zənglərinə cavab verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 2023-cü ilin noyabr ayında Aydın Əkbərova qarşı dələduzluq edərək xırda talama hərəkətləri etmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - “inzibati qaydada tutma haqqında” AZA 021715 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Yaqubov X1 Aydın Rafiq oğluna özünü mebel ustası kimi təqdim edib sonuncu üçün mətbəx mebeli hazırlamaq adı ilə ilkin olaraq 300 manat, qalan hissəni isə 2 ay müddətində hər ay 250 manat ödəməsi barədə razılaşıb əvvəlcədən həmin vədinə əməl etmək niyyəti olmadan Aydın Ələkbərovu aldadaraq sonuncunun 300 məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-ci maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və o, inzibati qaydada tutulduğundan məhkəmə iclasında azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-477/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-477/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver