Məhkəmə qərarları › İş №3(003)-478/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-478/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-478/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirirək, müəyyən etdim: Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırdıqdan sonra hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, EQ 21878675 nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:06-da “OPEL VİTA” minik markalı, 10VC254 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş intizibati xətanı törətməsinə görə barəsində 50 manat məbləğində cərimə edilmə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yuxarıda qeyd olunan qərar qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan onu icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, EQ 21878675 nömrəli protokol əsasında tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilməmişdir. Bununla da müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərtkibi mövcuddur. Lakin, işin hallarından görünür ki, Şəxs inzibati məsuliyyət cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar aiddir və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən bu xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci mddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İş materiallarından müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə həmin tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasında barəsində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan onu icra etməmişdir. Şəxs inzibati məsuliyyətə cəlb etmə müddətinin qərarın qanuni qüvvəyə minməsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol xx.xx.2024-cü il tarixdə tərtib edilməklə baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Ona görə də hesab edirəm ki, Şəxs inzibati məsuliyyət cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Göstərilənlərə əsasən və yuxarıda sadalanmış qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar