Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-48/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Qəhrəman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin inzibati tənbeh vermə haqqında 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin inzibati tənbeh vermə haqqında 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 göstərdi ki, Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin yolnəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru X10 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə tətbiq edilmişdir. Qeyd etdiyi əsaslara görə həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, o, idarə etdiyi “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobillə 01 dekabr 2022-ci il tarixdə saat 11:11 radələrində Binə qəsəbəsinin girişində körpü istiqamətində gedib geri dönüş etmək məqsədi ilə hərəkət rdərkən zolağı düzgün seçməyən **-TG-*** dövlət nömrə nişanlı 190 saylı marşrut xətt avtobusunun sürücüsü qəza vəziyyəti yaratsa da, nədənsə Xəzər RPİ DYPŞ-nin polis mayoru X13 təqsirkar sürücüyə deyil, ona 40 manat cərimə yazmışdır. Baş verən hadisə barəsində müxtəlif saytlar “zolağı düz seçməyən avtobus sürücüsü qəza törətdi” başlıqlı yazılar belə dərc etmişlər. Həmin vaxt çox həyəcanlı olduğundan DYPŞ əməkdaşının protokola imza etməklə bağlı təklifini qəbul etmişdir. Lakin sonradan baş vermiş hadisənin videoyazısına baxdıqda qəza vəziyyətini qarşı tərəfin törətdiyini və onun zərərçəkən tərəf olduğunu görmüşdür. Ona görə də şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru X13 izahatında göstərmişdir ki, qeyd olunan hadisə yerinə özü getmiş və kamera görüntülərini çıxartmışdır. “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobillə “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobus eyni istiqamətdə hərəkət etdiyindən, “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 onun sağ tərəfində hərəkətdə olan avtobusa yol verməli idi. Bundan başqa, avtobus sola dönmə əməliyyatını həyata keçirsə də, şikayətçi idarə etdiyi avtomobillə sola dönmə əməliyyatını həyata keçirməmiş, düzünə istiqamətdə olarkən avtobusu vurmuşdur. Baş vermiş inzibati xətanı törətməkdə X5 təqsirli olması müəyyən olunduqdan sonra onun barəsində 01 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib etmişdir. Xəyalə Quliyeva protokola etiraz etmədiyindən, həmin protokol əsasında Xəyalə Quliyevanın barəində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən edən 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə yol-nəqliyyat hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edildi ki, yol iki zolaqdan ibarətdir. “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 dönmə əməliyyatını həyata keçirmək üçün sağdan sola ikinci hərəkət zolağında dayanmışdır. Onun avtomobilinin qarşısında və arxa hissəsində bir avtomobil olmuşdur. Bu zaman “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü X2 ikinci zolaqdan gələrək sola dönmə əməliyyatını həyata keçirmək üçün “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin qarşısında dayanmış və dönmə əməliyyatını həyata keçirməyə hazırlaşan avtomobilin yanında dayanmışdır. “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil və “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobus eyni zamanda dönmə əməliyyatını həyata keçirməyə başlamışlar. “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobus dönmə əməliyyatını həyata keçirərək digər hərəkət zolağında sağdan birinci yola dönmüş, “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil də sağdan birinci hərəkət zolağına dönmək istəyərkən düzünə istiqamətdə “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və Xəzər RPİ DYPŞ-nin nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ DYPŞ tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizası ilə bağlı 16 fevral 2023-cü il tarixli 8/402 saylı Rəyindən görünür ki, a) məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Opel-Zafira” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; b) məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Daevvoo BS 090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə iclasında X7 şikayətinin əsaslı olduğunu sübut edə bilmədi, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bildi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmaması barədə şikayəti əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin inzibati tənbeh vermə haqqında 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin inzibati tənbeh vermə haqqında 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-48/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-48/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver