Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-484/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X4 nümayəndəsi, vəkil X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X5 iştirakları ilə X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən barəsində əsassız olaraq inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi tərtib olunmuş 00800-0046/22 saylı protokol və 17 mart 2022-ci il tarixli 00800-0049 saylı qərar ilə təqsirli bilinərək inzibati qaydada inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 8990 manat cərimə olunmağı barədə qərarın əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 nümayəndəsi, vəkil X3 şikayəti müdafiə edərək göstərdi ki, 02 mart 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən X4 barəsində əsassız olaraq inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi 00800-0046/22 saylı protokol tərtib olunmuş və 17 mart 2022-ci il tarixli 00800-0049 saylı qərar ilə İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri əsasında inzibati qaydada inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 8990 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar rəsmi qaydada 19 mart 2022-ci il tarixdə təqdim edilmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixində, saat 13:00 radələrində S7 6468 saylı Bakı-Volqaqrad aviareysi ilə gedən Rusiya Federasiyası vətəndaşı X9 nəzarətə götürülmüşdür. Baxış keçirilərkən üzərindən və əl çantasından ümumilikdə 1.450000 rus rublu aşkar edilmişdir. X4 qərarda qeyd edildiyi kimi pul vəsaitini gizlətmək fikri olmamışdır. Onun məqsədinin qərarda qeyd edilməməsi isə uzun illərdi Rusiyada olduğu üçün ona deyəilənlərin mahiyyətini anlamaması olmuşdur. X9 nəvəsi X6 xəstəliyi ilə əlaqədar olaraq özünə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Qurtuluş 93» yaşayış kompleksində inşa edilmiş 96 nömrəli binanın 2-ci blok sahəsi 43,4 kv.m olan 11 sentyabr 2019-cu ildə almış olduğu mənzili 18 fevral 2022-ci il tarixdə 26000 manata satmış və həmin pul vəsaiti onun qanuni vəsaiti olduğundan məsqədi yalnız digər təhlükəli hallardan qorunmaq üçün saxlanc yerlərində keçirtmək olmuşdur. Araşdırma getdiyi vaxtda isə X4 əri X2 keçirdiyi üçün dünyasını dəyişmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X10 şikayəti qəbul etməyərək göstərdi ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixində, saat 13:00 radələrində S7 6468 saylı Bakı-Volqaqrad aviareysi ilə gedən Rusiya Federasiyası vətəndaşı X9 nəzarətə götürülmüşdür. Leyli Aslanova gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmiş, elektron və ya yazılı formada bəyan etməmişdir. Leyli Aslanova gömrük və pasport nəzarət zonasını keçərək steril zonaya daxil olmuşdur. Otaqda keçirilmiş şəxsi yoxlama zamanı Leyli Aslanovanın əynindəki buzqalterin altından gömrük nəzarətindən gizlədilmiş 160 ədəd hər biri 5000 rus rublu nominalında pul əskinasları olmaqla, ümumilikdə 800000 rus rublu aşkar olunmuşdur. Daha sonra sərnişinə əl çantasında olan valyutanı təqdim etmək təklif olunmuş və o, özünə məxsus boz rəngli çantanın içərisində olan tünd qırmızı rəngli pul kisəsindən əvvəlcədən gömrük orqanına təqdim etməmiş, şifahi, elektron və yazılı formada bəyan edilməmiş 100 ədəd hər biri 5000 rus rublu nominalında pul əskinasları olmaqla, ümumilikdə 500000 Rus rublu, qara rəngli pul kisəsindən isə 30 ədəd hər biri 5000 rus rublu nominalında pul əskinasları olmaqla, ümumilikdə 150000 Rus rublunu çıxarıb gömrük orqanına təqdim etmişdir. Aşkar olunmuş 1.450000 rus rublu qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Faktla bağlı onun tərəfindən araşdırma aparılmış və X4 barəsində 17 mart 2022-ci il tarixdə 00800-0046/22 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarla X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 8990 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın qanuni və əsaslı olduğunu, şikayətin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 8990 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmədə müəyyən olundu ki, 02 mart 2022-ci il tarixində, saat 13:00 radələrində S7 6468 saylı Bakı-Volqaqrad aviareysi ilə gedən Rusiya Federasiyası vətəndaşı X9 gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu 1.450000 rus rublu əvvəlcədən gömrük orqanına təqdim etməmiş, elektron və ya yazılı formada bəyan etməmişdir. Buna görə də, X4 barəsində 17 mart 2022-ci il tarixdə 00800-0046/22 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Hava NəqliyyatındaBaş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarla X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 8990 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Hava NəqliyyatındaBaş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas yoxdur və şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X9 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarı 19 mart 2022-ci il tarixdə rəsmi qaydada əldə etmiş və 28 mart 2022-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli 00800-0049 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-484/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-484/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver