Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-485/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx xxxxxx 2021-ci il tarixdə X3 idarə etdiyi “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan Şəxs idarə etdiyi “Toyota” markalı **-LY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə eyni zolaqda hərəkət olan Şəxs idarə etdiyi “Toyota” markalı **-LY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə o, həm bədən xəsarəti almış, həm də avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilini bir neçə ustaya aparsa da, artıq həmin avtomobilin təmirinin mümkün olmadığı bildirilmişdir. Avtomobilinə dəyən ziyan 8000 manatdan artıq olsa da, sığorta ona 5000 manat ödəmişdir. Avtomobil bazarında bu cür avtomobili təxminən 12000 manata almaq mümkündür. Vəziyyətdən çıxış yolu kimi həmin avtomobili və sığortadan ona verilmiş 5000 manat məbləği də Şəxs təqdim edərək ona həmin maşının eynisini almağı təklif edir, lakin o, bu təklifi qəbul etməmişdir. Şəxs bu məsələnin həlli üçün bundan əvvəl dəfələrlə görüşmələrini təklif etsə də, o, onun telefonlarına cavab verməmişdir. Ailəsinin yeganə qazanc yeri olan avtomobilinin tamamilə yararsız hala düşməsi nəticəsində indiyə qədər piyada qalmışdır, ona dəymiş ziyan isə indiyə qədər ödənilməmişdir. O, bundan böyük mənəvi sarsıntı keçirir və dəymiş ziyanın ödənilməsindən ötrü bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəkdir. Buna görə də Şəxs şikayətçidir və ona müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə eyni zolaqda hərəkət olan “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə arxadan gələrkən ona uzaq vuran işıqları yandırıb-söndürərək yol verilməsini istədikdə, həmin sürücü sağa dönmə əməliyyatı yerinə yetirərkən əyləcdən istifadə etdiyi üçün o da öz növbəsində əyləcdən istifadə etməsinə baxmayaraq, onun idarə etdiyi avtomobil həmin avtomobilin arxa hissəsinə çırpılmışdır. Hüseynalı Babayev xəsarət aldığını bildirsə də həmin vaxt avtomobildən düşərkən onda hər hansı xəsarətin olmadığını düşünmüşdür. Zərərçəkmiş şəxsin idarə etdiyi “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək məqsədilə müvafiq ustalarla məsləhətləşmiş, onlar həmin avtomobilin təmirinin təxminən 3000 manata mümkün olacağı barədə fikir bildirmişlər. Bu barədə zərərçəkmiş şəxsə bildirdikdə, o, özü bir neçə usta ilə məsləhətləşdiyini, onların həmin maşının təmirinin mümkün olmayacağını dediklərini bildirərək onun üçün təzə avtomobil almağı tələb etmişdir. Onun sığortası zərərçəkmiş şəxsə 5000 manat ödəmişdir. Qalan məsələlərin də razılaşdırılması ilə bağlı zərərçəkmiş şəxslə danışıqlar aparacaqdır. Onu da qeyd edir ki, hadisə vaxtı özünə məxsus avtomobilə və sağlamlığına da ciddi zərər dəymişdir, əməliyyat olunaraq müalicə olunduğuna görə telefon zənğlərinə vaxtlı-vaxtında cavab verə bilməmişdir. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi əməlindən peşmandır. Bunu nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 174 saylı rəyində görünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ və sol baldırın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud-çanaq oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X4 və Ortopediya İnstitutuna müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2021-ci il tarixli qərardan müəyyən olunur ki, xx xxxxxx 2021-ci il tarixdə X3 idarə etdiyi “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə eyni zolaqda hərəkət olan Şəxs idarə etdiyi “Toyota” markalı **-LY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Rio” markalı **-NN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə törətdiyi əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-485/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-485/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver