Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-486/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN N-1370152 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolunda yerləşən “TT Club”da X3 döymüşdür. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X1 Cavad adlı şəxs tərəfindən döyülməsinə dair HK- 1/2603 sayda qeydiyyata alınmış şikayət ərizəsinə 3-cü PŞ-də baxılmışdır. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, təxminən bir ay bundan öncə vətəndaş X4 işlədiyi “TT” Bilyard klubunun sahibi Cavad adlı şəxslə arasında borc pul üstündə mübahisə yaranmış və bu mübahisə zamanı sonuncu onun baş nahiyəsinə piyvə bakalı ilə vuraraq təpə nahiyəsinin hematomasından ibarət müayinədən 9-10 gün əvvələ uyğun gələn dərəcəsi təyin edilməyən bədən xəsarət yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1434 nömrəli müvafiq ekspert rəyi, həmçinin zərərçəkmiş X1 ərizə və izahatı ilə öz təsdiqini tapmışdır. Bundan başqa barəsində şikayət olunan Şəxs izahatı alınması məqsədilə 3-cü PŞ-nə təmin edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən material üzrə cinayət işinin başlanması xx.xx.2022-ci il tarixdə rədd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi əlamətləri yaranmışdır. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ 3-cü Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “TT” bilyard klubunda ofisiant işləmişdir. 29 sentyabr 2022-ci il tarixdə həmin klubun icarədarı Şəxs ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Şəxs stolun üstündəki pivə bakalı ilə onun baş nahiyyəsinə zərbə endirmişdir. Hadisə baş verən zamanı klubda kənar şəxslərdə olmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1797/2022 saylı xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyası xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsini özündə ehtiva edir. Hazırki iş materiallarından müəyyən edilmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “TT” bilyard klubunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zəminində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs stolun üstündəki pivə bakalı ilə zərərçəkmiş şəxsin baş nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs təhqiqat orqanına verdiyi izahatında hadisə zamanı ətrafda kənar şəxslərin olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə zərərçəkmiş şəxslə yalnız mübahisə etdiyini qeyd edərək, öz növbəsində mübahisə zamanı ətrafda kənar şəxslərin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Göründüyü kimi hazırki iş üzrə əməl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozmaqla törədilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı hadisə baş verən zaman həmin məkanda hadisənin iştirakçılarından əlavə digər şəxslərin olduğu müəyyən edilmişdir. Lakin təhqiqat orqanı tərəfindən həmin şəxslərin müəyyən edilərək onların izahatlarının alınması istiqamətində heç bir istintaq hərəkətləri görülməmişdir. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət tərkibi oduğu ehtimalından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-486/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-486/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver