Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-487/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X2 xx xxxxxx 1988-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük yaşayış massivi fərdi evdə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 mart 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Soxvozunda yerləşən evində həyat yoldaşı X3 döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən 03 mart 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, bağban olmaqla ayda 400 manat gəlir əldə edir.Əliyeva İradə ilə 2012-ci ildə nigaha daxil olmuşlar və bu nigahdan onların iki azyaşlı uşaqları vardır.İradə onu qısqandığına görə evlərində daimi olaraq mübahisələr baş verir.xx.xx.2022-ci il tarixdə Zirə qəsəbəsində yaşadığı evdə arvadı Əliyeva İradə qısqanclıq zəmnində onunla mübahisə etmişdir. Mübahisə zamanı o, İradəni vurmamış, döyməmişdir.İradə onu çaydanla vurmaq istəyərkən o, İradənin qolundan tutaraq itələmiş və İradə yerə yıxılmışdır.Mübahisədən sonra İradə uşaqları ilə birgə evdən getmiş və sığınacaqda məskunlaşmışlar.O, isə bugünə kimi yaşadıqları Zirə qəsəbəsində yerləşən evdə tək yaşayır. O, polisin çağırışı ilə bugün saat 09:00-da 1-ci PŞ-nə gəlmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 göstərdi ki, əri bütün gün sosial şəbəkələrdə vaxtını keçirdir və uşaqlarının gözü qarşısında qadınlarla ünsiyyətdə olur. Bu səbəbdən ailələrində daimi olaraq mübahisələr baş verir.xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Zirə qəsəbəsində yaşadıqları evdə əri Şəxs ilə aralarında mübahisə olmuşdur.Mübahisə zamanı əri Oruc onu çarpayıdan yerə çırpmış, boğmağa başlamış, əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Bu hadisədən sonra, o, uşaqları ilə birgə evdən çıxmış və sığınacaqda məskunlaşmışlar. Əməlinə görə ona ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi, “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 190 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İ.A.Əliyevanın bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın, alt çənə nahiyəsinin, sağ saidin, sağ əlin sıyrıqları, sağ çiyin nahiyəsinin nöqtəşəkilli qansızmaları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlininn ağırlığını, məsuliyyətini yüngülləşdirən halı, bağban işləyərək ayda 400 manat gəlir əldə etdiyini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir.Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 30 mart 2022-ci il tarixdən saat 09:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-487/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-487/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver