Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-487/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 15 fevral 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Goranboy rayon Məhkəməsinin 1(045)-46/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən 102335,42 manat məbləğində pul vəsaiti Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə borcunu könüllü ödəməsilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. xx.xx.2015-ci il tarixdə Şəxs ilə "xxxx" MMC arasında 6 ay ərzində hər ay aylıq 100 manatdan az olmamaq şərtilə və 6 ay ərzində yalnız bir dəfə 10000 manatdan az olmamaqla ödənişin həyata keçirilməsinə dair barışıq sazişi imzalanmışdır. Bu səbəbdən xx.xx.2015-ci il tarixdə icra sənədi üzrə icraat dayandırılmışdır. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınmış və icra sənədinin icrasını dolayısı şəkildə icra etməmişdir. 01.04 2022-ci il tarixdə tələbkar icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icraatın təzələnməsi xahiş edilmiş və müvafiq qərarla icra sənədi üzrə icraat təzələnmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclu icra şöbəsinə gəlməkdən yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə gətirilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcu birdəfəlik ödəməyə maddi imkanının çatmadığını, lakin borcu ödəməkdən yayınmadığını və həmin borcun 3000 manat məbləğində olan hissəsinin üç gün ərzində tələbkarın xeyrinə ödənilməsi ilə bağlı tələbkar ilə razılıq əldə edildiyini qeyd etmiş və bu səbəbdən ona icra sənədi üzrə tələbi icra etməsi üçün müəyyən qədər vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon Məhkəməsinin 1(045)-46/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 102335,42 manat məbləğində pul vəsaiti Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Goranboy rayon Məhkəməsinin 1(045)-46/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir.. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Əli-zadə X3 rayon Məhkəməsinin 1(045)-46/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Y.Cəfərov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, icra sənədi üzrə tələbin kifayət qədər böyük məbləğdə olmasını və uzun müddət icra edilməməsini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum həddə inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-487/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-487/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver