Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-488/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 iştirakı ilə 19 noyabr 1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə 1 uşağı olan, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 21də qeydiyyatda olan və yaşayan X5 haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 30 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Q.N.Şərifi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X4 xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq X7 verilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi aidiyyatı üzrə Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Borclu Q.N.Şərifi əvvəllər aliment borcunu ödəsə də, sonradan ödəniş etməmişdir. Borclu icra şöbəsinə dəvət olunmuş, lakin o, şöbəyə gəlsə də izahat verməkdən imtina edərək şöbəni tərk etmişdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə borclu X5 barəsində axtarış elan edilmişdir. Halhazırda borc məbləği 9.840 manat təşkil edir. Borclu Q.N.Şərifi bu gün saat 11:00-da polis əməkdaşları vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Q.N.Şərifi qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu X10 göstərdi ki, o, əvvəllər məhkəmə qətnaməsini icra etmişdir. Sonradan tələbkarla barışmış və onlar bir müddət birgə yaşadıqdan sonra təkrar ayrılmışlar. xx.xx.2022-ci il tarixdə o, 150 manat məbləğində ödəniş etmişdir. 9.840 manat məbləğində olan borcu hər ay 200-300 manat olmaqla (aliment ödənişindən əlavə) ödəniş etməyə hazırdır. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 göstərdi ki, uşağı xəstədir, yırtıq və anginadan əməliyyat olunmalıdır. Əməliyyat üçün 3000-5000 manat məbləğində pul vəsaiti lazımdır. Onun isə buna imkanı yoxdur. O, borcun tam ödənilməsini tələb edir, əks halda borclunun həbs olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, X4 xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq X7 verilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilən Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi aidiyyəti üzrə Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Q.N.Şərifinin icra sənədi üzrə borcu 9.840 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Bununla da, Q.N.Şərifi icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Q.N.Şərifi məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Q.N.Şərifinin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Q.N.Şərifi şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan tam icra etməməsini, icra məmurunun çağırışlarından yayınmasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.N.Şərifi xx.xx.2022-ci il tarixə saat 11:00 radələrində polis əməkdaşları tərəfindən Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Q.N.Şərifinin barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 30 mart 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-488/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-488/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver