Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-489/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar Xəlilova (Axundova) Leyla Bəxtiyar qızının iştirakları ilə X5 xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu X8 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən 23 noyabr 2018-ci il tarixdən başlayaraq 08 may 2009-cu il təvəllüdlü X1 və 04 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub X6 ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 15 fevral 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Xəzər rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərardadı ilə X5 məcburi gətirilməsi qərara alınmışdır. Borclu çağırışlara gəlmədiyindən 14 may 2020-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. Xəzər rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Xəzər rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonra 2021-ci ilin mart ayında 4000 manat ödəniş olunmuşdur. Borclu tələbkara olan aliment borcundan 2021-ci ilin aprel ayında 500 manat, may ayında 500 manat, iyul ayında 100 manat, avqust ayında 350 manat, sonuncu dəfə isə 2021-ci ilin noyabr ayında 500 manat ödəniş etmiş və hazırda 6260 manat borcu vardır. Öz hərəkətləri ilə X8 qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkarla aliment borcu ilə bağlı razılığa gəlmişdir. Məhkəmə iclasında tələbkar Xəlilova (Axundova) Leyla Bəxtiyar qızı göstərdi ki, borclu 2021-ci ilin mart ayında 4000 manat olmaqla ümumilikdə 7000 manat aliment ödəmişdir. 2021-ci ilin noyabr ayından sonra heç bir ödəniş etməmişdir. Məhkəmədə işə baxılan müddətdə borclu ilə alimentlə bağlı razılığa gəldiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında borclu X8 göstərdi ki, o, uşaqlarına baxır və maddi cəhətdən köməklik edir. Məhkəmədə işə baxılan müddətdə tələbkar ilə alimentlə bağlı razılığa gəldiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 23 noyabr 2018ci il tarixdən başlayaraq 08 may 2009-cu il təvəllüdlü X1 və 04 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub X6 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Xəlilova (Axundova) Leyla Bəxtiyar qızının 04 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X8 ilə alimentlə bağlı razılığa gəldiyindən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, X8 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkarla aliment barədə razılığa gəlmiş və tələbkar inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-489/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-489/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver