Məhkəmə qərarları › İş №3(003)-49/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-49/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-49/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs 08 dekabr 1978-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, dörd uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 08 dekabr 2021-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 06:50də «BMW 728» minik markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 08 dekabr 2021-ci il tarixdə, saat 06:50 radələrində idarə etdiyi «BMW 728» minik markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Qala-Türkan yolunda YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və onun sərxoş olduğu müəyyən olunmuşdur. Lakin o, bir gün vvəl axşam saat 19-20 radələrində 1 banka «Gold» spirtli içkisini qəbul etmişdir. O, alkotesterlə razı olmadığını bildirdikdə YPX-nın əməkdaşı protokolda yalnız spirtli içki qəbul etdiyini, narkoloji və tibbi müayinəyə ehtiyac olmadığını yazacağı təqdirdə ona kömək edəcəyini demişdir. O, da YPX-nın əməkdaşının dediyi kimi protokola yazmışdır. Sonra YPX-nın əməkdaşı avtomobili cərimə meydançasına apardığı üçün o, həkimə gedib tibbi müayinədən getmək istədiyini demişdir. Lakin onu tibbi müayinədən keçirmədikləri üçün özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunan 08 dekabr 2021-ci il tarixli Alkotester məlumatından görünür ki, sərxoşluq dərəcəsi saat 08:40-da - 3,395 promildir. İş materiallarına əlavə olunan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/4443 nömrəli, 08 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs saat 09:45-də müayinə üçün müraciət etmiş və həkim rəyinə əsasən ayıqdır. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 17 yanvar 2022-ci il tarixli, 19/51-896 nömrəli məktubundan görünür ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 06:50 radələrində DYPİ-nin əməkdaşı tərəfindən alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 3,395 % göstəricinin olması, həmin tarixdə saat 09:45 radələrində Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdə müayinə zamanı sərxoşluq dərəcəsinin 0,00 promil olması normal haldır. Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,20-0,40 promil təmizlənir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, 08 dekabr 2021-ci il tarixli Alkotester məlumatına əsasən Şəxs sərxoşluq dərəcəsi 3,395 promil olduğu müəyyən olunmuşdur. O, alkotesterin nəticəsi ilə razılaşmadığı üçün YPX-nın əməkdaşı ona protokolda yalnız spirtli içki qəbul etdiyini, narkoloji və tibbi müayinəyə ehtiyac olmadığını yazacağı təqdirdə ona kömək edəcəyini demişdir. Ona görə də, o, YPX-nın əməkdaşı dediyi kimi protokola yazmışdır. Sonradan YPX əməkdaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs alkotesterin nəticəsi ilə razılaşmadığından özü gedib tibbi müayinədən keçmiş və Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/4443 nömrəli, 08 dekabr 2021-ci il tarixli aktda Şəxs saat 09:45-də müayinə üçün müraciət etdiyi və həkim rəyinə əsasən ayıq olduğu müəyyən edilmişdir. Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 17 yanvar 2022-ci il tarixli, 19/51-896 nömrəli məktubundan görünür ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 06:50 radələrində DYPİ-nin əməkdaşı tərəfindən alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 3,395 % göstəricinin olması, həmin tarixdə saat 09:45 radələrində Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdə müayinə zamanı sərxoşluq dərəcəsinin 0,00 promil olması normal haldır. Orqanizmindən alkoqolun miqdarının orta hesabla 1 saata yuxarı həddə olaraq 0,40 promil təmizləndiyini nəzərə alsaq belə Şəxs saat 06:50 radələrində alkoqolun konsentrasiyası 3,395 % olduğu halda 3 saat sonra saat 09:45-də alkoqolun miqdarı orqanizmindən 1,2 % təmizləndiyi halda onun ayıq olması mümkün deyildir. Göründüyü kimi Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331.1 və 333.3-cü maddələri ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar