Məhkəmə qərarları › İş №3(003)-490/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-490/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-490/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, X1 vəkili X7, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X2 tərəfindən 11 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X2 tərəfindən 11 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə Şikayət təmin olunmuş, X3 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə xitam verilmişdir. 09 avqust 2022-ci il tarixdə qeyd olunan qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X6 şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında X1 vəkili X11 göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdirinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. 28 dekabr 2021-ci il tarixli protokola əsasən guya Leyla Qocayeva Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,1298 ha torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Halbuki protokolda göstərilənlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 01 oktyabr 2018-ci il tarixli çıxarışından görünür ki, 150.8 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Həmin evdə hazırda yaşayış yoxdur. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,1298 ha torpaq sahəsində hər hansı qeyri-yaşayış obyekti inşa etməmişdir. Bundan başqa, torpaq sahəsindən məqsədli olaraq istifadə etmədikdə Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi tətbiq oluna bilər. Belə bir hal isə olmamışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,1298 ha torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə etdiyinə görə X3 barəsində 28 dekabr 2021-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Torpaq sahəsi yaşayış evinin tikintisi üçün verildiyindən orada sonradan qeyri-yaşayış sahəsi fəaliyyət göstərirsə onda torpaqdan təyinatı üzrə istifadə edilməsi hesab olunmur. Bu səbəbdən də tərəflərindən qəbul edilmiş qərarın qanuni, şikayətin isə əsassız olduğunu hesab edir və rədd olunmasını məhkəmədən xahiş etdi. Şikayəti araşdırıb, şikayətçinin vəkilinin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 01 oktyabr 2018-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi Hövsan Südçülük sovxozu ünvanında xüsusi mülkiyyətdə olan 0,1298 ha torpaq sahəsində yerləşən 150.8 kv.metrdən ibarət 68 nömrəli fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,1298 ha torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə etdiyinə görə X8 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, çıxarışda göstərilən tikiliyə baxış keçirilmiş, eni 13/11,20 m.olan tikilidən ibarətdir. Həmin tikiliyə bitişik mübahisə predmeti olan 100 kv.metrdən ibarət olan tikili mövcuddur. Tikilinin çıxarışı olan tikili ilə arası açıqdır və ümumi zal təşkil edir. Hündürlüyü 3 metr 20 sm təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 18.1-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18.2-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,1298 ha torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə etdiyinə görə X3 barəsində 28 dekabr 2021-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 01 oktyabr 2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi Hövsan Südçülük sovxozu ünvanında xüsusi mülkiyyətdə olan 0,1298 ha torpaq sahəsində yerləşən 150.8 kv.metrdən ibarət 68 nömrəli fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Həmçinin, məhkəmə və proses iştirakçıları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi Hövsan Südçülük sovxozu ünvanına baxış keçirilmişdir. Baxış zamanı çıxarışda göstərilən tikilinin eninin 13/11,20 m, həmin tikiliyə bitişik mübahisə predmeti olan 100 kv.metrdən ibarət olan tikili mövcud olduğu müəyyən edilmişdir. Mübahisə predmeti olan tikili ilə çıxarışı olan tikilinin arası açıqdır və ümumi zal təşkil edir. Hündürlüyü 3 metr 20 sm-dir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əssən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsaən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi Hövsan Südçülük sovxozu ünvanında xüsusi mülkiyyətdə olan 0,1298 ha torpaq sahəsində yerləşən 150.8 kv.metrdən ibarət 68 nömrəli fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində qeyri-yaşayış obyekti yox, fərdi yaşayış evi kimi qeydə alınmışdır. Fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaka mübahisə predmetinə aid olan bitişik tikilinin isə qeyri yaşayış topraq sahləri kateqoriyaları üçün nəzərdə tutulan qeyri tikiliyə aid olması sübuta yetirilmir. Belə ki, həmin tikilinin kənd təsərüffatı obyekti kimi, sənayə kateqoriyasına aid olan və ya digər kateqoriyalardan olan torpaq sahələri üçün nəzərdə tutulan tikli olması müəyyən edilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarında inzibati xəta üzrə şahidlərin dindirilməsi göstərilsə də, lakin inzibati xətalar haqqında işdə şahid qismində dindiriləcək şəxs müəyyən edilməmiş, həmçinin, şahidin dindirilməsi ilə bağlı hər hansı vəsatət daxil olmamışdır. Belə olan halda X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X8 fərdi yaşayış evinin qeyri-yaşayış obyekti olaraq fəaliyyət göstərməməsini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.1, 105.1, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar