Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-491/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək göstərdi ki, onun inzibati xəta haqqında protokoldan mədumatı olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi protokolu 07 mart 2022-ci ildə ona göndərmiş, o isə həmin protokolu 12 mart 2022-ci ildə almışdır. Onun günahı olmadığı halda qərəzli formada onun barəsində protokol tərtib edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı ona yaxınlaşaraq bu qurumuş kolu kimin kəsdiyini soruşmuş, o isə əsəbi olduğundan özü kəsdiyini demiş və nə dediyini soruşmuşdur. Əslində qurumuş üzüm tənəyini o, kəsməmiş və yuxudan durub həyətə düşəndə tənəyin yerdən 50 sm kəsildiyini görmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi X9 bildirdi ki, 22 fevral 2022-ci il tarixdə Rauf Nağıyev adlı şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edərək ünvan 1aylı binanın qarşısında olan 1 ədəd üzüm kolunun həmin binada yaşayan adını bilmədiyi şəxs tərəfindən kəsildiyini demişdir. Bununla bağlı Rauf Nağıyev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət olunaraq ondan izahat alınmışdır. Həmin şikayət əsasında qeyd olunan ünvana getmiş və ünvan 1aylı binanın qarşısında olan 1 ədəd yaş köküstə bioloji inkişafdakı üzüm kolunun 40-50 sm kəsilərək məhv edilməsi aşkar olunmuşdur. X6 üzüm kolunu kəsdiyini bildirsə də, protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Buna görə də, onun barəsində 24 fevral 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 qərar qəbul edilmək üçün idarəyə dəvət olunsa da, gəlməklən imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 14 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 22 fevral 2022-ci il tarixdə Rauf Nağıyev adlı şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edərək ünvan 1aylı binanın qarşısında olan 1 ədəd üzüm kolunun həmin binada yaşayan adını bilmədiyi şəxs tərəfindən kəsildiyini demişdir. Bununla bağlı 23 fevral 2022-ci il tarixdə ünvan 1aylı binanın qarşısına getmiş və Rauf Nağıyev kəsilmiş üzüm kolu ilə yanaşı ağacı kəsən şəxsin evini göstərmişdir. İlk öncə X6 üzüm kolunu kəsdiyini etiraf edərək cəzasını çəkməyə hazır olduğunu bildirsə də, ona qanunvericilik və cərimə olunacağı bildirildikdən sonra səs-küy salaraq izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid X5 şahid X3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi X9 tərəfindən tərtib edilmiş 24 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən ünvan 1aylı binanın qarşısında olan 1 ədəd yaş köküstə bioloji inkişafdakı üzüm kolunun 40-50 sm kəsilərək məhv edilməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 14 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1aylı binanın qarşısında olan 1 ədəd yaş halda üzüm kolunun kəsilməsi aşkar olunduğundan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min beş min manat miqdarında cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X6 tərəfindən ünvan 1aylı binanın qarşısında olan 1 ədəd yaş köküstə bioloji inkişafdakı üzüm kolunun 40-50 sm kəsilərək məhv edilməsi aşkar olunduğundan barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi X9 tərəfindən 24 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 14 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarıa əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Bundan başqa X6 MN seriyalı ******* nömrəli, 14 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 12 mart 2022-ci il tarixdə almış, 20 mart 2022-ci il il tarixdə şikayəti tərtib edərək rabitə orqanına təqdim etmiş və 30 mart 2022-ci il tarixdə şikayət məhkəməyə daxil olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-491/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-491/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver