Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-492/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən çıxarılmış 17 mart 2022-ci il tarixli qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. E.F.Hüseynova və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08 aprel 2022-ci il tarixdə məhkəməyə E.F.Hüseynovun ərizəsi daxil olmuşdur. Ərizədə şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, E.F.Hüseynovun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 118, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-492/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-492/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver