Məhkəmə qərarları › İş №3(003)-494/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-494/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-494/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə 03 avqust 1995-ci ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 mart 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 17 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində X2 üz nahiyyəsindən zərbə vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən 31 yanvar 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Fərid Hüseynli tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, X3 onun yaxın qohumudur. Mahir 2021-ci ilin iyulavqust ayında onun cibindən 500 manat pul oğurlamışdır. Bundan başqa iyul-avqust ayında Mahir 200 manat dəyərində bir quzu oğurlamışdır. Həmçinin Mahir sonuncu dəfə onların evində olarkən dostu Hüseyndən 330 manat pul oğurlamışdır. O, bu oğurluqlarla bağlı polisə şikayət etdiyini bildirdikdə Mahir onu qabaqlamaq üçün 17 yanvar 2022-ci il tarixdə polisə zəng edərək onun Mahiri döydüyünü demişdir. O, 17 yanvar 2022-ci il tarixdə, saat 20-21 radələrində Mahirlə görüşsə də, Mahiri vurmamışdır və onda olan xəsarətlərin hansı şəraitdə yaranmasını bilmir. Həmin vaxt Mahir içkili vəziyyətdə olmuşdur. Təqsirinin olmadığını bildirərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində olarkən qohumu Seymur onun qarşısını kəsərək onun oğurluq etdiyini deyərək Anar adlı şəxslə birlikdə onu döymüşlər. Həmin vaxt Seymur iki dəfə sifətindən vurmuşdur. Aralarında barışıq olmadığını bildirərək Şəxs həblə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokolla və iş materialları əsasında sübuta yetirilir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 58 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – alının, sol almacıq nahiyyəsinin nöqtəşəkilli qansızmaları, sol qaşın sıyrığı, sağ əlin qançırı küt əşya (əşyalar) təsirindən törəmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 17 yanvar 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar