Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-495/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X5 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnikleytenantı X4, “xxxxxx” X3 (bundan sonra “xxxxxx” MMC) direktoru X6 iştirakları ilə “xxxxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 491.1, 491.3 və 496.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən xxxxxx" MMC-nin ünvanına Almaniyada yerləşən "MERCK KGAA" şirkəti tərəfindən**********0 nömrəli aviaqaimə ilə göndərilən ümumi invoys dəyəri 8778,30 avro (ümumi gömrük dəyəri 16502,35 manat), brutto çəkisi 554,8 kq, 80 yerdən ibarət olan “sodium xlorid, hidrogen xlorid, natrium hidroksid, sinkin xloridi, natrium sulfitləri, kalium nitrat, gümüş nitrat, qliserin, limonen, toluol, antrasen, sikloheksanol, urea, sadə dietil efiri, dietllamin və onun duzları, hidrazinin və ya hidroksilaminin üzvi törəmələri, boyaların istehsalında istifadə edilən piqmentlər, sulfat turşusu, ammonyakın suda məhlulu, natrium hidroksid, mis oksidlər, natrium və ya kalium bromidləri, ammonium karbonat, kalium permanqanat, kalium tiyosyanatı, xloroform, isopropil metil ketonu, ketonofenollar və ketonlar, C vitamini və onun törəmələri, qurğuşun folqalar, diaqnostik və ya laborator reagentlər" adlı mallar xx.xx.2019-cu il tarixdə **********9801 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 2(iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan müvəqqəti saxlanc müddəti xx/xx/024850 nömrəli, xx.xx.2019cu il tarixli məktub əsasında xx.xx.2020-ci il tarixədək uzadılmışdır; Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir.Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/005342 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən ünvan 1 m.37 ünvanında yerləşən “xxxxxx” MMC Almaniyadan **********0 nömrəli qaimə ilə gəlmiş 80 yer, 554,8 kq çəkidə 8778,30 avro dəyərində olan yükü xx.xx.2019-cu il tarixdə **********9801 sörğu nömrəli GB əsasında 120( bir yüz iyirmi) gün müddətində müvəqqəti saxlanca götürmüşdür. Yükə aid verilmiş saxlanc müddətinin başa çatmasına baxmayaraq yük rəsmiləşdirilməmişdir.xx.xx.2020-ci il tarixində “xxxxxx” MMC-nin ünvan 2 ünvanında yerləşən anbarında gömrük nəzarəti altında olan mallara gömrük baxışı keçirilərkən, **********9801 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 11013 manat dəyərində mallar barəsində qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla sərəncam verildiyi, anbardakı malların isə gömrük orqanının icazəsi olmadan yenidən qablaşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud Gömrük Məcəlləsinin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək, mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar.Beləliklə, “xxxxxx” MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozaraq, gömrük nəzarəti altında olan 11013 manat dəyərində mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparmış, gömrük orqanının müəyyən etdiyi saxlanc müddətinin başa çatmasına baxmayaraq, malları müvafıq gömrük proseduru altında yerləşdirməmiş, gömrük orqanının icazəsi olmadan yenidən qablaşdırılmışdır. Bu barədə “xxxxxx” MMC-nin barəsində DGK HNBGİ Əməliyyat və X5 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X7 tərəfindən xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 496.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında DGK HNBGİ Əməliyyat və X5 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, çəkiyə və yer sayına görə malların bölünməsi gömrük xidmətinin X1 idxalatçının yazılı və ya elektron müraciəti əsasında mümkün olduğu halda “xxxxxx” MMC rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciəti daxil olmamışdır. “xxxxxx” MMC-nin tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında “xxxxxx” MMC-nin direktoru X8 göstərdi ki,“xxxxxx” MMC prekursorların, güclü təsir edici və zəhərli maddələrin və malların idxalı, saxlanılması və satışı ilə məşğul olan şirkətdir. Cəmiyyətin fəaliyyəti yüksək keyfiyyət və standartlara uyğun olduğu üçün 2019-cu ildə İ80 9001-2015 X2 əldə etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL–254/2018 saylı xx.xx.2018-ci il tarixli Xüsusi lisenziyasına əsasən, “xxxxxx" MMC-yə Prekursorların idxalını həyata keçirməyə icazə verilmişdir Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin 121 saylı xx.xx.2019-cu il tarixli Xüsusi icazəsinə əsasən “xxxxxx” MMC-yə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən zəhərli maddələrin topdan dövriyyəsinə icazə verilmişdir “xxxxxx” MMC fəaliyyəti çərçivəsində aşağıda adları göstərilən dövlət və özəl müəssisələri üçün zəhərli maddələrin və prekursorların Azərbaycan Respublikasına idxalı barədə müqavilə bağlamış və müqavilə ilə idxal olunmuş malların vaxtı-vaxtında təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Bağlanmış Müqavilələrin şərtlərinə görə idxal olunmuş malların vaxtında təhvil verilməməsinə görə “xxxxxx” MMC-nin mülki məsuliyyət daşıması və zərər ödəməsi şərtləndirilmişdir.1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Aqrokompleksi” ilə bağlanmış 16.01 .2019-cu il tarixli 1601/19-M1 saylı alqı-satqı Müqaviləyə əsasən, 7 ədəd 2 adda olmaqla məhsul 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir. 2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə bağlanmış xx.xx.2019-cu il tarixli PCO15/2019 saylı alqı-satqı Müqaviləyə əsasən, 8 ədəd 3 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir.
3. “X10” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli NQ 021518/M1 saylı alqı-satqı Müqaviləyə əsasən, 20 ədəd 2 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir 4. Beynəlxalq Xəstəxana “xxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 251018/M-1 saylı alqı-satqı Müqaviləyə əsasən, 2 ədəd 1 adda məhsul olmaqla 4–6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir. 5. “xxxxxxxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli № 0701/19M5 saylı alqı-satqı müqaviləyə əsasən, 9 ədəd 2 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir. 6. “xxxxxxxxxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 1001/19-M3 saylı alqı-satqı müqaviləyə əsasən, 20 ədəd 1 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir.7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti ilə bağlanmış xx.xx.2019-cu il tarixli M2812/191 saylı alqı-satqı müqaviləyə əsasən, 2 ədəd 1 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvil verilməlidir. 8. ADA Universiteti ilə bağlanmış xx.xx.2019-cu il tarixli 10-2019/ADA/B saylı alqı-satqı Müqaviləyə əsasən, 34 ədəd 16 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində müddətində təhvil verilməlidir.9. “xxxxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli NQ 1001/19M1 saylı Müqaviləyə əsasən, 4 ədəd 1 adda məhsul olmaqla 4-6 həftə, maksimum 8 həftə müddətində təhvilverilməlidir.Yuxarıda qeyd olunan müqavilələr üzrə idxal olunan malların yalnız 2 (iki) ədədmalıngömrük rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin icazəsi tələb olunmuşdur:1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üçün nəzərdə tutulan “107024.2500 CHLOROFORM FOR ANALYSİS EMPARTA® ASC”;2. “xxxxxxxxxxxxxxxxxx” MMC üçün nəzərdə tutulan “102445.2500CHLOROFORM FOR ANALYSİS EMSURE® ACS, İSO, REAG. PH EUR”. Qeyd olunan mallar istisna olmaqla digər idxal olunan malların gömrük rəsmiləşdirilməsi üçün hər hansı icazə tələb olunmadığı üçün “xxxxxx” MMC gömrük orqanına müraciət etmişdir. Müraciətdə idxal olunmuş malları 2 hissəyə bölərək ayrı-ayrı bəyannaməlarlə rəsmiləşdirilməsi, icazə tələb olunan malların saxlanca yerləşdirilməsi, icazə tələb olunmayan digər malların isə “xxxxxx” MMC-yə təhvil verilməsi xahiş olunmuşdur. Lakin gömrük orqanından bildirilmişdir ki, idxal olunan mallar bir invoyslagəldiyi üçün onların hamısı yalnız 2 (iki) mal üçün müvafiq icazə əldə edildikdən sonra bir bəyannamə ilə rəsmiləşdirilməlidir.“xxxxxx” MMC tərəfindən “'e-gömrük”elektron sistem vasitəsilə 2 (iki) ayrı-ayrı gömrük bəyannamələrin verilməsi cəhdi nəticəsiz qalmışdır, çünki göstərilən məhsul sayı və çəki, “Yük gömrük bəyannaməsi””ndə və invoysda qeyd olunan müvafiq mal sayı və çəkisi iləuyğun gəlmədiyindən “sistem xətası” baş vermişdir. Bu səbəbdən də, idxal olunan malların hamısı müvəqqəti saxlanca götürülmüşdür.Malların saxlancda olan müddət ərzində “xxxxxx” MMC tərəfındən xx.xx.2019-cu il tarixli 76/19 saylı, xx.xx.2020-ci il tarixli 08/20 saylı, xx.xx.2020-ci il tarixli 45/20 saylı, xx.xx.2020-ci il tarixli 49/20 saylı, xx.xx.2020-ci il tarixli 50/20 saylı, xx.xx.2020-ci il tarixli 52/20 saylı və xx.xx.2020-ci iİ tarixli 57/20 saylı məktublarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmiş və 2 (iki) malın gömrük rəsmiləşdirilməsi üçün müvafıq icazənin verilməsi xahiş edilmişdir. “xxxxxx” MMC-dən başqa Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xx.xx.2019-cu il tarixli 1/12-3143 saylı, “xxxxxxxxxxxxxxxxxx” MMC isə xx.xx.2019-cu il tarixli 19-375 saylı məktublarla ayrı-ayrılıqda hərəsi özünə aid olan 1 (bir) malın gömrük rəsmiləşdirilməsi üçün icazə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişlər Azərbaycan Respublikası Baş Nazirinin Müavininin xx.xx.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üçün “107024.2500 CHLOROFORM FOR ANALYSİS EMPARTA® ACS” adlı məhsulun rəsmiləşdirilməsinə icazə verilmişdir. Qalan digər 1 (bir) mal üçün '“xxxxxx" MMC-nin və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinə etdiyi müraciətlər nəticəsiz qaldığı üçün və rəsmiləşdirilməsi üçün icazə tələb olunmayan digər malların Müqavilə üzrə təhvil verilmə müddətləri yaxınlaşdığı, habelə malların istifadəyə yararlılıq müddətləri bitməsinə az qaldığı səbəbindən dövlət və özəl müəssisələr mallarını “xxxxxx” MMC-dən tələb etdikləri üçün, malları vaxtında təhvil verilmədiyi halda “xxxxxx” MMC-yə məhkəmə qaydasında zərər tələb edəcəkləri ilə təhdid etdikləri üçün “xxxxxx” MMC məcburiyyət qarşısında qalaraq saxlancda olan və rəsmiləşdirilməsi üçün icazə tələb olunmayan malları Müqavilələrin tərəflərinə təhvil vermişdir.Məhkəməyə bildirir ki,rəsmiləşdirilməsinə icazə tələb olunan “xxxxxxxxxxxxxxxxx" MMC-yə məxsus 1 (bir) ədəd “102445.2500 CHLOROFORM FOR ANALYSİS EMSURE® ACS, İSO, REAG. PH EUR" adlı məhsul bu günə kimi müvəqqəti saxlancdadır və onun üzərində hər hansı sərəncam verilməmişdir. İnzibati xəta haqqında protokolda göstərilmiş “saxlanc müddətinin başa çatmasına baxmayaraq yük rəsmiləşdirilməməsi" və “müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar barəsində sərəncam verilməsi" xətaları “xxxxxx" MMC-nin hərəkətləri səbəbindən deyil, ondan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, “saxlanc müddətində malların rəsmiləşdirilməməsi" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu günə kimi dəfələrlə edilmiş müraciətlərin cavablandırılmaması dayanmışdır. 1 (bir) mala görə müvafiq icazə olmadığı üçün digər malların rəsmiləşdirməsi “sistem xətası" səbəbindən qeyri-mümkün olmuşdur.Bundan başqa, müqavilə üzrə malların vaxtında təhvil verilməməsi “xxxxxx” MMC-yə böyük məbləğlərdə zərər tələbi ilə nəticələnməsi, müqavilənin şərtlərinin pozulması "xxxxxx” MMC-nin işgüzar nüfuzuna ciddi xələl gətirməsi, habelə malların istifadəyəyararlılıq müddətlərinin bitmə təhlükəsi səbəbindən, “xxxxxx” MMC icazə tələb olunmayan həmin malları müqavilələrin tərəflərinə təhvil vermək məcburiyyətində qalmışdır.Həmçinin qeyd edir ki, icazə tələb olunmayan mallar müqavilələrin tərəfləri olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Aqrokompleksi”nə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, “xxxxxx” MMC-yə, Beynəlxalq Xəstəxana “xxxxxxxx” MMC-yə, ““xxxxxxxxx” MMC-yə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ADA Universitetinə təhvil verilmişdir və malların vaxtında təhvil verilməsi dövlət funksiyalarının səmərəli həyata keçirilməsinə maneçilik törətməsi və insanların, o cümlədən pasientlərin hüquqların pozulması təhlükəsi böyükdür.Hesab edirki, inzibati xəta haqqında göstərilmiş hər iki hal, “xxxxxx” MMC-nin birbaşa təqsiri və maraqları ucbatından deyil, inzibati xəta tərkibi olmadan və son zərurətlə əlaqədar baş vermişdir. Bu hallar Müqavilə tərəfləri olan dövlət və özəl müəssisələrin hüquqlarını, bu müəssisələrin xidmət göstərdiyi 3-cü şəxslərin həyat və sağlamlıqlarını, habelə dövlətin və ya cəmiyyətin mənafeyini üstün qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün baş vermiş və belə vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün olmamışdır. Bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdir. Ona görə də, “xxxxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 4961-cü maddələri ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası DGK HNBGİ Əməliyyat və X5 şöbəsinin rəis müavininin və “xxxxxx” MMC-nin direktorunun izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli gömrük baxış protokolundan görünür ki, “xxxxxx” MMC-nin ünvan 2 ünvanında yerləşən yerləşən anbarında gömrük nəzarəti altında olan mallara baxış keçirilmiş, orada 11013 manat dəyərində 48 ədəd hidrogen xloridi, 1 ədəd sinkin xloridi, 2 ədəd natrium sulfitləri, 1 ədəd gümüş nitrat, 1 ədəd qliserin, 1 ədəd limonen, 22 ədəd toluol, 1 ədəd antrasen, 2 ədəd sikloheksanol, 1 ədəd urea, 2 ədəd sadə dietil efiri, 1 ədəd dietllamin və onun duzları, 5 ədəd hidrazinin və ya hidroksilaminin üzvi törəmələri, 2 ədəd ammonyakın suda məhlulu, 10 ədəd natrium hidroksid, 1 ədəd mis oksidləri, 6 ədəd natrium və ya kalium bromidləri, 2 ədəd ammonium karbonat, 1 ədəd kalium permanqanat, 1 ədəd kalium tiyosyanatı, 4 ədəd xloroform, 1 ədəd isopropil metil ketonu, 1 ədəd ketonofenollar və ketonlar, 2 ədəd C vitamini və onun törəmələri, 11 ədəd qurğuşun folqalar, 8 ədəd diaqnostik və ya laborator reagentlər barəsində sərəncam verilmiş, lakin anbarda qalan digər mallar isə gömrük orqanının icazəsi olmadan yenidən qablaşdırılmışdır. AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin: 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2 və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətləri pozmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncanm verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 496.1-cimaddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir; 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. 1.0.35-ci maddəsinə əsasən malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsidir; 1.0.38. malların yoxlanması – malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən yerinə yetirilən hərəkətlərdir; 1.0.47-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük prosedurdur; 83.1.1-ci maddəsinə əsasən sərbəst dövriyyəyə buraxılanadək gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 265-ci maddəsinə əsasən gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi, ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xxxxxx" MMC-nin ünvanına Almaniyada yerləşən "MERCK KGAA" şirkəti tərəfindən **********0 nömrəli aviaqaimə ilə göndərilən ümumi invoys dəyəri 8778,30 avro (ümumi gömrük dəyəri 16502,35 manat), brutto çəkisi 554,8 kq, 80 yerdən ibarət olan “sodium xlorid, hidrogen xlorid, natrium hidroksid, sinkin xloridi, natrium sulfitləri, kalium nitrat, gümüş nitrat, qliserin, limonen, toluol, antrasen, sikloheksanol, urea, sadə dietil efiri, dietllamin və onun duzları, hidrazinin və ya hidroksilaminin üzvi törəmələri, boyaların istehsalında istifadə edilən piqmentlər, sulfat turşusu, ammonyakın suda məhlulu, natrium hidroksid, mis oksidlər, natrium və ya kalium bromidləri, ammonium karbonat, kalium permanqanat, kalium tiyosyanatı, xloroform, isopropil metil ketonu, ketonofenollar və ketonlar, C vitamini və onun törəmələri, qurğuşun folqalar, diaqnostik və ya laborator reagentlər" adlı mallar xx.xx.2019-cu il tarixdə **********9801 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 2 (iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan müvəqqəti saxlanc müddəti xx/xx/024850 nömrəli, xx.xx.2019-cu il tarixli məktub əsasında xx.xx.2020-ci il tarixədək uzadılmışdır; Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/005342 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən ünvan 1 m.37 ünvanında yerləşən “xxxxxx” MMC Almaniyadan **********0 nömrəli qaimə ilə gəlmiş 80 yer, 554,8 kq çəkidə 8778,30 avro dəyərində olan yükü xx.xx.2019-cu il tarixdə **********9801 sörğu nömrəli GB əsasında 120 ( bir yüz iyirmi) gün müddətində müvəqqəti saxlanca götürmüşdür. Yükə aid verilmiş saxlanc müddətinin başa çatmasına baxmayaraq yük rəsmiləşdirilməmişdir. xx.xx.2020-ci il tarixində “xxxxxx” MMC-nin ünvan 2 ünvanında yerləşən yerləşən anbarında gömrük nəzarət altında olan mallara gömrük baxışı keçirilmiş və **********9801 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 11013 manat dəyərində mallar barəsində qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla sərəncam verilmiş, anbardakı mallar isə gömrük orqanının icazəsi olmadan yenidən qablaşdırılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, “xxxxxx” MMC gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətləri pozmaqla, lazımi gömrük rəsmiləşdirilməsini yerinə yetirmədən qanunsuz əməliyyatlar aparmış və bununla da Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində və eyni zamanda həmin malları yenidən qablaşdırmaqla həmin Məcəllənin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda hüquqi şəxs malların saxlanca qoyulması və saxlanc qaydalarını (müddətlərini) pozmaqla həmin Məcəllənin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AzərbaycanRespublikasınınİXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “xxxxxx” MMC eyni vaxtda törətdiyi hər üç inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan“xxxxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 491.1, 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və ona 491.1-ci maddənin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “xxxxxx” MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmmasını nəzərə alaraq, “xxxxxx” MMC-nin inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 11013 manat məbləğin 30 faizi, yəni 3303,9 manat məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 26.2, 40, 43, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı :
“xxxxxx” MMC AzərbaycanRespublikasınınİXM-nin 491.1, 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirlibilinsin vəinzibati xətanın obyekti olan 11013 (on bir min on üç) manat məbləğin 30 (otuz) faizi, yəni 3303,9 (üç min üç yüz üç, doxsan) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Tərlan Əkbərov