Məhkəmə qərarları › İş №3(003)-496/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-496/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-496/2020 12.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, “xxxxxx” x1 (bundan sonra MMC-nin) direktoru x2 iştirakları ilə “xxxxxx” MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən “xxxxxx” MMC-nin ünvanına Çin Xalq Respublikasından 59B98110/59B98210 nömrəli nəqliyyat vasitəsilə 2020YJ0001 nömrəli invoys sənədi əsasında daxil olmuş və **********3270 sorğu nömrəli 19.03.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 2020,00 kq “Həcmi 10 kqquru paltardan çox olan maşınlar” yüklərinin XİF MN üzrə hansı təsnifat kodu ilə sinifləşdiyini və təsvirinin müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə 1400-012/002-25/220012 saylı məktub ilə müraciət olunmuş həmin idarədən “2200-012/003-25/001941 saylı 25.03.2020-ci il tarixli cavab məktubunda sözü “gedən malların XİF MN üzrə 845020 0000 alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən edilmişdir.Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə “xxxxxx” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və x3 şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/009402 saylı 02.04.2020-ci il tarixli raportla şorğu verilmiş həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil 34/012/009531 saylı 03.04.2020-ci il tarixli raportda **********3270 saylı 19.03.2020-ci il tarixli bəyannaməsi ilə bəyan edilmiş 2020 kq “həcmi 10 kq quru paltarlardan çox olan maşınlar” yükünün XİFMN üzrə ********** saylı kod altında siniflədirildiyi təqdirdə ödənilməli olan əlavə gömrük ödənişlərinin məbləği idxal rüsumu üzrə 1530 manat ƏDV üzrə 275,40 manat cəmi 1805,40manat məbləğində əlavə ödənişlərin ödənilməli olduğu qeyd olunmuşdur. Bu barədə “xxxxxx” MMC-nin barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və x3 şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı x4 tərəfindən 06.05.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında “xxxxxx” MMC-nin nümayəndəsi x5 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu bildirdi və hazırda ilk dəfə törətmiş olduğu inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyi üçün inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunun izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “xxxxxx” MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, “xxxxxx” MMC-ninəməlində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:

1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarına əlavə edilmiş 20 mart 2020 və 26 mart 2020-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, “xxxxxx” MMCdövlət büdcəsinə 1882,02 manat və 1532,30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. İnzibati xətanı törətmiş şəxs “xxxxxx” MMC Gömrük ödənişlərini ödədiyini, yəni ilk dəfə törətmiş olduğu inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edirəm ki, “xxxxxx” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – “xxxxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyinə görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar