Məhkəmə qərarları › İş №3(003)-5/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-5/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-5/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızınınsədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X3 etibarnamə üzrə nümayəndəsi və vəkili "Legal' Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023 cü ildən fəaliyyət göstərən "xxxx" MMC nin rəhbəri və təsisçisidir. Şirkəti işçi geyimlərinin satışı ilə məşğuldur 2023 cü ilin oktyabr ayının əvvəllərindən Məharət Mammadovla münasibəti yaranmış və onunla işləməyə başlamışlar. Qeyd etmişdir ki, xx.xx.2023 cü il tarixində onunla aralarında 10102023/1 saylı xidmət müqaviləsi imzalanmışdır. Daha sonra Məharət sahibkarlıqla bağlı işlər üzrə bəzi rəsmi öhdəliklərin hesabatların çox olduğunu və bununla bağlı çətinlik çəkdiyini bildirmişdir. Tərəfindən işçisi olması ona təklif edilmiş və xx.xx.2024 cü il tarixində onunla cəmiyyəti arasında əmək müqaviləsi bağlanmışdır. Lakin müvafiq dövlət qurumlarına bu burada məlumat verilsə də səhər saatlarından axşam saatlarınadək ona hüquqları izah edilmədən psixi gərginlik yaratmaqla günün sonunda da sonradan məlum olan mazmunda izahat imzaladılmışdır. Sübutları təqdim edilməsi üçün şərait yaradılmamış, Sübutları taqdim edilməsi ilə bağlı hüquqları təmin edilməmişdir. X7 Bakı şaher İdarəsinə görüşdə iştiraklarının təmin edilməsi ilə bağlı məktub ünvanlansada nəzərə alınmadan, müvafiq qurum tərəfindan inzibati tanbeh vermə haqqında MNN1613596 nömrəli xx.xx.2024 cü il tarixli qərar verilərək "xxxx" MMC-nin rəhbəri olaraq ona Azərbaycan Respublikasının İnzibati Xatalar Macallasinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə yazılmışdır. X8 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının tam şəkildə ləğv edilməsi və inzibati xəta haqqında iş üzra icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi və vəkili "Leqal" Vəkil Bürosunun vəkili Vəkil ərizəsində göstərilən xüsusatları təsdiqləyərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi ərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh ermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam erilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə mayəndəsi X17 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə qında qərarın məzmununa uyğun izahat verərək X13 tərəfindən Azərbaycan Respublikası M-nin 192.1-ci maddəsinin tələblərinə əsasən X13 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin və vəkilinin, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət Təqibindən Kəna İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixl qərarının surətindən görünür ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X13 ilə X10 arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, M.Məmmədov 10 oktyabr 2023-cü il tarixdən etibarən MMC üçün anbar üzrə müxtəlif növ malların daşınması və çatdırılması xidməl göstərəcəkdir. İş materiallarına əlavə edilmiş X5 "xxxx" MMC-nin direktoru X11 ünvanladığı 10 yanvar 2024-cü il tarixli ərizəni surətindən görünür ki, o, "xxxx" MMC-də anbardar vəzifəsinə işə qəbul edilməsini xahi: etmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli, 1001/24k-02 saylı əmri surətindən görünür ki, X10 "xxxx" MMC-də anbarda vəzifəsinə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X13 ilə X10 arasında bağlanmış 10 yanvar 2024-cü il tarixli əmə müqviləsinin surətindən görünür ki, X10 "xxxx" MMC-də anbardar vəzifəsinə işə götürülmüşdür, müqavilə 3 ay müddətinə (xx.xx.2024xx.xx.2024) bağlanmışdır, M.Məmmədovun işə başlama tarixi 10 yanvar 2024-cü il tarixi hesab edilmişdir. İş materiallarına əlavə edilmiş X1 orqan ünvanladığı 06 avqust 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, 10 oktyabr 2023-cü tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" MMC-də 10102023/1 saylı müqavil əsasında xidmət göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdar beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi 24 iyul 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri XəzərRayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar