Məhkəmə qərarları › İş №3(003)-502/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-502/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-502/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən "Fedex” MMC-nin ünvanına Çindən daxil olmuş **********3 nömrəli aviaqaimə ilə müşaiyət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş, aparılan gömrük baxışı zamanı 4 (dörd) ədəd bağlamanın bir neçə halda tərkib hissəsinin təşkil edən malların oxşar cinsliliyi göndərən mağazaların əksər hallarda eyniliyi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığına dair şübhələr formalaşdırması barədə 22.02.2022-ci il tarixli 34/020/004274 nömrəli raportda qeyd edilmişdir. Beləliklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi X11 İdarəsi Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı vətəndaş Şəxs HNBGİ-nin X11 idarəsinin Təhqiqat şöbəsinə gələrək izahat vermişdir. Vətəndaş izahatında səs sistemlərinin alqı-satqı işi ilə məşğul olan “Proav” şirkətində layihə meneceri və "Whelp” şirktində isə menecer vəzifəsində çalışdığını, onun adına daxil olan bağlamada 3 ədəd səs ötürücü qurğunu “Arylic.com” internet səhifəsindən aldığını, eyni səs ötürücü qurğudan hər biri 3 (üç) sayda olmaqla birlikdə çalışdığı Aygün Kərimova, Ədalət Yusifov, Sərxan Lətifov üçün də eyni vaxtda sifariş verdiyini, bütün bu səs ötürücülərinə görə öz adına olan bank kartından ümumilikdə 758,40 ABŞ dolları pul ödədiyini, daha sonra həmin əməkdaşların onlara düşən məbləği ona nağd şəkildə verdiyini bildirmişdir. Araşdırma ilə əlaqədar X5, X7 və X3 da izahatı alınmışdır. Hər 3 vətəndaş eyni məzmunda izahat vermiş, yoldaşları Elmanın “Arylik.com” saytında olan endirimdən yararlanmağı təklif etdiyini, X5 və X7 hər biri 3 (üç) ədəd səs ötürücüsünə görə 180 ABŞ dolları pulu Elmana öncədən verdiklərini, X1nun isə səs öturücülərinə görə ödənişi hələ Elmana vermədiyini bildirmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs qeyri-səmimi izahat verərək məhsullara görə ödədiyi məbləği yoldaşlarından öncədən aldığını bildirmişdir. X1 səs ötürücü qurğulara görə heç bir pul ödəmədiyini, pulu məhsulu əlinə alan zaman ödəyəcəyini bildirmişdir. Bundan başqa Şəxs bir cihazın bir otaq üçün nəzərdə tutulduğunu və sifariş verdiyi 3 (üç) cihazın 3 (üç) otaqlı evin hər otağına quraşdırılaraq istifadə olunacağını bildirmişdir. Lakin cihazın qutusunun üzərində 1 (bir) ədəd səs ötürücü qurğunun çox zonalı bütün ev audio sisteminə qurulma imkanını özündə daşıdığı qeyd edilmişdir Həmçinin, bildirmək lazımdır ki, bütün bağlamalara baxış keçirilərkən məlum olmuşdur ki, bağlamaların üzərində alıcıların ünvanı eyni ünvan kimi qeyd olunmuşdur. Beləliklə, faktla bağlı aparılan araşdırma zamanı sifarişi Şəxs özünümüdafiə xarakterli izahat verdiyi qənaətinə gəlmək olar. Gömrük Məcəlləsinin 1.0.38 və 299-cu maddələrinin tələblərinə əsasən malların təyinatını, yəni şəxsi istifadə və ya istehlak məqsədləri üçün gətirildiyini yəqinləşdirməklə xassələri, miqdarı gömrük əməkdaşı tərəfindən təyin edilə bilər. Nəticədə Azərbaycan Respublikasının vətəndaşı Şəxs ümumi dəyəri 758 ABŞ dolları (04.03.2022-ci il tarixinə olan məzənnəyə əsasən 1288,6 manat) olan kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin X11 İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X8 tərəfindən 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503cü maddəsi ilə 00800-0047/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, şirkətləri səs sistemlərinin alqı-satqısı ilə məşğul olur. “Arylic.com” saytında səs ötürücünün 8 günlük bayram endirimində olduğunu və 3-lü setin qiymətinin 225 ABŞ dollarından 189,60 ABŞ dollarına endiyini görmüşdür. Bu barədə əməkdaşlarını məlumatlandırmışdır. X4, Ədalət Yusifov, Sərxan Lətifov ondan həmin əşyadan onlar üçün də sifariş etməsini xahiş etmişlər. O da 4 ədəd 3-lü set sifariş vermiş və öz kartından cəmi 758,40 ABŞ dolları ödəmişdir. Adları qeyd edilən əməkdaşları isə pulu ona nağd şəklində qaytarmışlar. Bundan başqa, bağlamaların üzərində olan ünvan onların işlədiyi şirkətin ünvanındır. Bağlamaların təhvil verilməsi üçün şirkətin ünvanını yazdığına görə ünvanlarında uyğunluq mövcuddur. Bütün bunların nəzərə alınaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Oktyabr 2013-cü il tarixli 305 saylı Qərarının 2.1.4-cü bəndinə əsasən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Məhkəmədə müəyyən olundu ki, Şəxs öz adına “Arylic.com” saytından 4 ədəd hər birinin qiyməti 189,60 ABŞ dolları dəyərində 3-lü set olan səs ötürücü sifariş vermiş və öz kartından cəmi 758,40 ABŞ dolları pul ödəniş etmişdir. Göründüyü kimi, Şəxs adına gələn malların dəyəri (758,40 ABŞ dolları məbləğində olan) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Oktyabr 2013-cü il tarixli 305 saylı Qərarının 2.1.4-cü bəndində göstərilən 300 ABŞ dolları limitini keçmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 758,40 (yeddi yüz əlli səkkiz, qırx) ABŞ dolları valyuta vəsaiti məbləğinin qırx faizi – 303,36 (üç yüz üç, otuz altı) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 18 aprel 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 303,36 (üç yüz üç, otuz altı) ABŞ dolları pul vəsaiti 515,71 (beş yüz on beş, yetmiş bir) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 758,40 (yeddi yüz əlli səkkiz, qırx) ABŞ dolları məbləğinin 40 (qırx) faizi, yəni 303,36 (üç yüz üç, otuz altı) ABŞ dolları olmaqla 515,71 (beş yüz on beş, yetmiş bir) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar