Məhkəmə qərarları › İş №3(003)-503/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-503/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-503/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 14.03.2022-ci il tarixli, 34/020/005796 nömrəli, 14.03.2022-ci il tarixli, 34/020/005797 nömrəli və 14.03.2022-ci il tarixli, 34/020/005798 nömrəli 14.03.2022-ci il tarixli raportlara əsasən HNBGİ ƏTİ Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Belə ki, həmin raportlara əsasən "xxxx" MMC-nin ünvanına X1 ***-*******1 nömrəli aviaqaimə ilə Allahyar Bayramlı, Nurlan Mədətov, Eldar Xəlilov adlarına 4 ədəd "xxxx" MMC-nin ünvanına **********1 nömrəli aviaqaimə ilə Pərviz Məmmədzadə və Vüqar Fətəliyev adlarına 4 ədəd "xxxx" MMC-nin ünvanına ***-*******0 nömrəli aviaqaimə ilə Aydın İsifov, Usub Fərəcov, Nicat Qasımlı, Elvin Seyidov adlarına 5 ədəd bağlama daxil olmuş və müşayiət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş aparılan gömrük baxışı zamanı bağlamaların bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, göndərən mağazanın eyniliyi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. Araşdırma zamanı yuxarıda adları qeyd edilən şəxslərlə bağlamalardakı qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. HNBGİ Təhqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs, Allahyar Bayramlı, Eldar Xəlilov, Pərviz Məmmədzadə, Aydın İsifov, Usub Fərəcov, Nicat Qasımlı, Elvin Seyidov adlarına gələn bağlamaların ona məxsus olduğunu bildirmişdir. Şəxs izahatına əsasən müəyyən olunmuşdur ki, 14.03.2022-ci il tarixli 34/020/005796 nömrəli, 14.03.2022-ci il tarixli 34/020/005797 nömrəli və 14.03.2022-ci il tarixli 34/020/005798 nömrəli raportlarda adları çəkilən Allahyar Bayramlı, Eldar Xəlilov, Pərviz Məmmədzadə, Aydın İsifov, Usub Fərəcov, Nicat Qasımlı, Elvin Seyidov adlarına gələn bağlamalar Şəxs osğluna məxsusdur və kommersiya xarakteri daşıyır. Beləliklə, araşdırma nəticəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların gömrük dəyəri 1199,346 ABŞ dolları (17.03.2022-ci il tarixinə olan məzənnəyə əsasən 2038,8882) manat təşkil etmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 17 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0045/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu bildirdi. Əməlindən peşmandır və məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1199,35 (bir min bir yüz doxsan doqquz, otuz beş) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi – 359,80 (üç yüz əlli doqquz, səksən) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 14 aprel 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 359,80 (üç yüz əlli doqquz, səksən) ABŞ dolları pul vəsaiti 611,66 (altı yüz on bir, altmış altı) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1199,35 (bir min bir yüz doxsan doqquz, otuz beş) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 359,80 (üç yüz əlli doqquz, səksən) ABŞ dolları olmaqla 611,66 (altı yüz on bir, altmış altı) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar