Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-504/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) nümayəndəsi və vəkili X1 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 04.03.2022-ci il tarixli **********4694 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan, İsrailin “Origene Seeds LTD” şirkəti tərəfindən göndərilən qarpız toxumlarından ibarət malın sayı ******* ədəd, invoys dəyəri 28774,00 ABŞ dolları göstərilmişdir. Həmin dəyərə uyğun 5 % idxal rüsumu ödənilmişdir. Gömrük yoxlaması zamanı bəyan olunan qarpız toxumlarının faktiki sayının ******* olduğu məlum olmuşdur. Təqdim olunan El1732022 nömrəli proforma invoysa əsasən faktiki olaraq aşkar olunan 6 yer, 104,23 kq ******* ədəd qarpız toxumlarının dəyərinin 36784 ABŞ dolları olduğu məlum olmuşdur. Beləliklə, İsrailin "Origene Seeds LTD" şirkəti tərəfindən göndərilən 8010 ABŞ dolları dəyərində (AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 13617 manat) 285000 ədəd qarpız toxumu Şəxs MMC tərəfindən düzgün bəyan olunmamışdır. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə 00800-0055/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsi ilə bağlı Şəxs MMC barəsində 00800-005/22 saylı 28.03.2022-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokolu qanunsuz olmaqla əsassız sayırlar. Belə ki, Şəxs MMC ilə İsrailin “Origene Seeds LTD” şirkəti arasında 10.11.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İsrail şirkəti Şəxs MMC-nə 37774 ABŞ dolları dəyərində qarpız toxumu göndərməli idi. Göndəriləcək toxumun invoys dəyəri olan 37774 ABŞ dolları pul vəsaiti “Paşabank” vasitəsilə 22.01.2022-ci il tarixdə tam həcmdə ödənilmiş, 7 qutuda (yer) olmaqla cəmi 1800 paketdə qablaşdırılmış, ümumi çəkisi 119,3 kq olan qarpız toxumu 10 fevral 2022-ci il tarixli aviaqaimə ilə “DHL” xüsusi kuryer xidməti vasitəsilə ünvanlarına yola salınmışdır. Lakin 01.03.2022-ci il tarixdə gömrük zonasına göndərilən toxumun hamısı deyil, bir hissəsi - 104,0 kq-dan ibarət olan yük 6 qutuda (yerdə) daxil olmuşdur. Məlum olmuşdur ki, “DHL” xüsusi kuryer xidmətinin səhvi üzündən 7-ci qutudakı toxum başqa ölkəyə göndərilmişdir. Yükü müşayiət edən 10.11.2021-ci il tarixli invoysdan (qaimədən) görünürdü ki, ünvanlarına cəmi 37774 ABŞ dolları dəyərində qarpız toxumu yola salınmışdır. “DHL” xüsusi kuryer xidmətinin direktoru Şaiq Mansurov bu səhvi etiraf edərək 03 mart 2022-ci il tarixli məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsini məlumatlandırmış, faktiki daxil olmuş yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini xahiş etmişdir. Lakin faktiki daxil olmuş yükün onlara verilməsindən imtina olunmuş və həmin yükə yeni qaimə (invoysun) təqdim olunması tələb edilmişdir. Halbuki, Gömrük Komitəsi üzrə verilmiş 100/120 saylı 22 sentyabr 2014-cü il tarixli Sərəncama əsasən faktiki daxil olmuş yük “Komission açılış” yolu ilə gömrük baxışından keçirilərək onlara təqdim edilməli idi. Yəni faktiki daxil olmuş yükün dəyəri İnvoysa əsasən artıqlaması ilə göstərildiyi və dəyəri tam ödənildiyi halda onun gömrük baxışından keçirilməməsi üçün heç bir maneə olmamışdır. Gömrük orqanının tələbi ilə yük göndərən şirkətə faktiki daxil olmuş yükün əsl miqdarını bilmədən (gömrük orqanı faktiki daxil olmuş yükün miqdarı barədə nə onlara, nə də mal göndərən İsrail şirkətinə məlumat verməmişdir) yeni invoys göndərilməsi xahiş olunmuşdur. Faktiki daxil olmuş yükün dəqiq miqdarını bilməyən (çünkü onlar bunu yalnız yük açıldıqda müəyyən edilə bilərdilər) İsrail şirkəti göndərilmiş yeni invoysda yükün dəyərini 28774 ABŞ dolları göstərmişdir. Daha sonra 04.03.2022-ci il tarixdə onların müdaxiləsi olmadan, "xxxx" MMC tərəfindən poçt xidmətinin təqdim etdiyi bar-koda əsasən həmin məbləğdə yükün daxil olmasına dair bəyannamə tərtib edilmiş, lakin Gömrük açılışı zamanı faktiki daxil olmuş yükün dəyərinin 36784 ABŞ dolları olduğu müəyyən edilmişdir. Alıcı təşkilat Şəxs MMC-nin heç bir qəsdi və pis niyyəti olmadığı halda şirkətin inzibati xətaya yol verməsi barədə sözü gedən protokol tərtib olunmuş və daxil olmuş yükü hələ də ala bilməmişlər. Beləliklə, əslində onlara 36784 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. çünkü, qarpız əkini Azərbaycanda fevral-mart aylarından gec olmayaraq həyata keçirilir və növbəti ilin əkini üçün daxil olmuş qarpız toxumu artıq keyfiyyətini itirərək yararsız hala düşəcəkdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 37774 (otuz yeddi min yeddi yüz yetmiş dörd) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 22 yanvar 2022ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “DHL” xüsusi kuryer xidmətinin direktorunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı 03 mart 2022-ci il tarixli məktubun surətindən görünür ki, 10 fevral 2022-ci il tarixində ********** nömrəli aviaqaimə ilə Azərbaycana göndərilməli olan 7 yerli, ümumi çəkisi 119,3 kq, invoys dəyəri 37774,0 ABŞ dollardan ibarət olan yükün yalnız 6 yeri, 104 kq-dan ibarət olan yük Azərbaycana daxil olmuş, 7-ci yeri səhvən digər ölkəyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq həmin yükün 6 yerli olaraq rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “DHL” xüsusi kuryer xidmətinin direktorunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, 01 mart 2022-ci il tarixində ********** nömrəli aviaqaimə ilə “Origene Seeds” şirkətinə məxsus 6 yerdən ibarət, çəkisi 104 kq və invoys dəyəri 36784,00 ABŞ dolları ibarət olan yük onların şirkəti vasitəsi ilə Azərbaycan idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən 04.03.2022-ci il tarixli **********4694 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan, İsrailin “Origene Seeds LTD” şirkəti tərəfindən göndərilən qarpız toxumlarından ibarət malın sayı ******* ədəd, invoys dəyəri 28774,00 ABŞ dolları göstərilmişdir. Həmin dəyərə uyğun 5 % idxal rüsumu ödənilmişdir. Gömrük yoxlaması zamanı bəyan olunan qarpız toxumlarının faktiki sayının ******* olduğu məlum olmuşdur. Təqdim olunan El1732022 nömrəli proforma invoysa əsasən faktiki olaraq aşkar olunan 6 yer, 104,23 kq ******* ədəd qarpız toxumunun dəyərinin 36784 ABŞ dolları olduğu məlum olmuşdur. Beləliklə, İsrailin "Origene Seeds LTD" şirkəti tərəfindən göndərilən 8010 ABŞ dolları dəyərində (AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 13617 manat) 285000 ədəd qarpız toxumu Şəxs MMC tərəfindən düzgün bəyan olunmamışdır. İş materiallarına əlavə edilmiş “DHL” xüsusi kuryer xidmətinin direktorunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı 03 mart 2022-ci il tarixli məktubun surətindən görünür ki, 10 fevral 2022-ci il tarixində ********** nömrəli aviaqaimə ilə Azərbaycan Respublikasına göndərilməli olan 7 yerli, ümumi çəkisi 119,3 kq, invoys dəyəri 37774,0 ABŞ dollardan ibarət olan yükün yalnız 6 yeri, 104 kq-dan ibarət olan yük Azərbaycan Respublikasına daxil olmuş, lakin 7-ci yeri səhvən digər ölkəyə göndərilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Şəxs MMC tərəfindən mallar ölkə ərazinə daxil olanadək gömrük bəyannaməsi düzgün bəyan edilməmişdir. Lakin “DHL” xüsusi kuryer xidmətinin səhvi üzündən 7-ci qutudakı toxum başqa ölkəyə göndərilmişdir. Bu isə onu göstərir ki, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-504/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-504/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver