Məhkəmə qərarları › İş №3(003)-507/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-507/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-507/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs firmasının direktoru X1 iştirakı ilə, Şəxs firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı X2 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx xxxxxx 2019-cu il tarixli protokola əsasən Şəxs firmasına məxsus “Saboil” obyektinin üzərində və yanında Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Abşeron küçəsində müvafiq icazə, texniki şərtlər pasportu və icarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs firmasının direktoru X4 göstərdi ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə Şəxs firmasına məxsus “Saboil” obyektinin üzərində və yanında Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Abşeron küçəsində müvafiq icazə, texniki şərtlər pasportu və icarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə xəbərdalıq edilmiş, lakin firmanın maliyyə imkanı olmadığı üçün reklamın müəyyən hissəsi firmanın işçilərinin köməkliyi ilə dərhal həmin tarixdə saat 16:40 radələrində sökülmüş və mobil telefon vasitəsilə şəkili çəkilmiş və Dövlət Reklam Agentliyinin Bakı X3 əməkdaşlarına göndərilmişdir. Daha sonra o, fəaliyyət göstərdiyi obyektin üzərində yerləşdirilmiş reklam lövhəsi ilə bağlı Bakı Şəhər Reklam İdarəsi ilə müqavilə bağlanılaraq xx xxxxxx 2019-cu il tarixdə 861720 nömrəli qaimə faktura alınmış və 297,36 manat yayım haqqı, 40 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilən hal aradan qaldırılmışdır. Bu səbəbdən də Şəxs firması barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,inzibati məsuliyyətə cəlb etmə müddəti kecdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan olan MN seriyalı ******* saylı, xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şəxs firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay kecənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri ücün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorculuğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il kecənədək verilə bilər. Həmin Məçəllənin 53.0.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa catdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Şəxs firmasına məxsus “Saboil” obyektinin üzərində və yanında Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Abşeron küçəsində müvafiq icazə, texniki şərtlər pasportu və icarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı X5 tərəfindən Şəxs firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* saylı, xx xxxxxx 2019-cu il tarixli protokol tərtib edilmişdir. Mövcud qanunvericiliyə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay kecənədək verilə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ Şəxs firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar