Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-507/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs 17 fevral 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 08 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 09:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «BMW 320» minik markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 27 noyabr 2021-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ DYPŞ-nin polis mayoru Əli Xəlilov tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 15 sentyabr 2021-ci il tarixdə, saat 09:30-da nəqliyyat sürücülük vəsiqəsi olmadan idarə etdiyi «BMW 320» minik markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Mərdəkan şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Mərdəkan körpüsünə çatarkən idarəetməni itirmiş və körpü üzərində qurulmuş metal kostruksiyaya dəyərək bədyən xəsarəti almışdır. Hadisə nəticəsində X1 Agentliyinə 1132,80 manat ziyan dəymişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 Agentliyinə maddi ziyan dəymişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqnda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi və İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmiş, lakin onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı 27 noyabr 2021-ci il tarixdə verildiyindən və həmin vaxtdan 3 aydan çox müddət keçdiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-507/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-507/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver