Məhkəmə qərarları › İş №3(003)-51/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-51/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-51/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 00800-00306/22 nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 25 olan Şəxs MMC-nin adına “YUMA MEDİCAL" LP şirkəti tərəfindən ***-*******1 nömrəli aviaqaimə əsasında göndərilən, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş “kosmetik və dəriyə qulluq vasitələri” adlı yükə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli və **********0691 sorğu nömrəli gömrük bəyannamələri üzrə sənədlərə yoxlama keçirilərkən, mal müşaiyət sənədlərində yükə dair iki hesab-faktura olduğu məlumolmuşdur. “YUMA MEDİCAL” LP şirkətinə aid olan xx.xx.2022-ci il tarixli YM150822-KOM nömrəli birinci hesab-fakturada **********02269 barkodu verilmiş 6 adda malın ümumi dəyəri 11851,60 ABŞ dolları, “BNC Korea” şirkətinə aid olan eyni tarixli və eyni nömrəli ikinci hesab-fakturada isə 3 adda malın ümumi dəyəri 11095,00 ABŞ dolları kimi qeyd olunmuşdur. “YUMA MEDİCAL” LP şirkətinə aid olan “YM150822-KOM” saylı, xx.xx.2022 tarixli invoys sənədində 1-ci mal mövqeyi üzrə 400 ədəd “TwAc Eyes” adlı malın 1 ədədinin dəyəri 5.40 ABŞ dolları, 2-ci mal mövqeyi üzrə 132 ədəd “TwAc 2.0” adlı malın 1 ədədinin dəyəri 13.80 ABŞ dolları, 3-cü mal mövqeyi üzrə 198 ədəd “TwAc 3.0” adlı malın 1 ədədinin dəyəri 15.00 ABŞ dolları qeyd olunduğu halda, “BNC Korea” şirkətinə məxsus olan “YM150822-KOM” saylı xx.xx.2022 tarixli invoys sənədində isə eyni malların, yəni 400 ədəd “TwAc 0.2-1F” adlı malın 1 ədədinin dəyəri 10.00 ABŞ dolları, 132 ədəd “TwAc 2.0 HO.5-3L” adlı malın 1 ədədinin dəyəri 20 ABŞ dolları, 198 ədəd “TwAc 3.0 H1.0-3B” adlı malın 1 ədədinin dəyəri 22.50 ABŞ dolları kimi əks olunmuşdur. xx.xx.2022-ci iltarixində Şəxs MMC tərəfindən həmin 6 adda yükə dair iki gömrük bəyannaməsi tərtib olunmuşdur. Belə ki, **********0689 saylı gömrük bəyannaməsində 3 adda "kosmetik və dəriyə qulluq vasitələri” adlı yükün invoys dəyəri 6951,60 ABŞ dolları, **********0691 saylı gömrük bəyannaməsində isə digər 3 adda “kosmetik və dəriyə qulluq vasitələri” adlı yükün invoys dəyəri 4900,00 ABŞ dolları kimi qeyd edilmişdir. Şəxs MMC-nin direktorunun müavini vəzifəsində işləyən Nümayəndə1 HNBGİ-nə əlyazma şəklində yazılı müraciət edərək, xx/xx/021961 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış, **********069 və **********0689 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallardan nümunələr götürülməsinə MMC-nin adından etiraz etmədiklərini bildirən öhdəlik sənədi əsasında, xx.xx.2019-cu il tarixli "xxxx" MMC-lə Şəxs MMC arasında tərtib edilmiş müqaviləyə uyğun olaraq nümunə götürülməsində iştirak edən "xxxx" MMC-nin əməkdaşı X5 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 65 və 158-ci maddələrinə, “Gömrük ekspertizasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 232 nömrəli qərarına və həmin qərarın 2 saylı əlavəsinə əsasən araşdırılma aparılması məqsədilə protokol tərtib edilərək malların hər birindən 2 ədəd olmaqla, cəmi 12 ədəd nümunə götürülmüş, müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar Şəxs MMC-nin sərəncamına verilmişdir. Araşdırma zamanı HNBGİ-nə təqdim edilmiş YM150822-KOM saylı invoys sənədində malların sövdələşmə qiyməti təhrif olunduğu üçün qeyd edilən kosmetik vasitələrin orta bazar qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 1900-013/0xx-xx/003795 saylı məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Eyni zamanada xx.xx.2022- ci il tarixdə 1900-013/0xx-xx/003809 saylı məktubla DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edilərək, Koreya Respublikasından Şəxs MMC-nin ünvanına göndərilən yükə dair ixrac bəyannaməsi və ona əlavə edilən invoys sənədinin təqdim edilməsi barədə Koreya Respublikasının gömrük orqanına müraciət olunması xahiş edilmişdir. xx.xx.2022-ciil tarixdə 1900-013/0xx-xx/003850 saylı məktubla "xxxx" MMC-yə ***-*******1 nömrəli aviaqaimə üzrə daşınmış yükə dair müşayətedici sənədlərin İncheon Aeroportunun (Koreya Respublikası) göndərilmə məntəqəsindən alınaraq HNBGİ-nə təqdim edilməsi ilə bağlı müraciət edilmişdir. "xxxx" MMC-nin 959-ÇS-SWW-SD nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunaraq HNBGİ-yə təqdim edilən Koreya Respublikasının gömrük orqanı tərəfindən verilən 139xx-xx-200585X nömrəli xx.xx.2022-ci il tarixli ixrac bəyannaməsində “BNC Korea Co” şirkəti tərəfindən göndərilən 400 ədəd “ TwAc 0.2-1F” adlı malın dəyəri 4000 ABŞ dolları, 132 ədəd “ TwAc 2.0 HO.S-3L” adlı malın dəyəri 2640 ABŞ dolları, 198 ədəd “ TwAc 3.0 H1.0-3B” adi malın dəyəri 4455 ABŞ dolları olmaqla, ümumilikdə 3 adda malın dəyəri 11095,00 ABŞ dolları kimi, 13523-22-OS0036X nömrəli xx.xx.2022-ci il tarixli ixrac bəyannaməsində isə “Jetema Co” LTD şirkəti tərəfindən göndərilən 100 ədəd “X13” adlı malın dəyəri 1368 ABŞ dolları, 300 ədəd “X14” adlı malın dəyəri 4140 ABŞ dolları, 200 ədəd “Phillex Sub-Q Plus” adlı malın dəyəri 2772 ABŞ dolları olmaqla, 3 adda malın dəyəri 8280,00 ABŞ dolları kimi qeyd olunmuşdur. Koreya Respublikasının xx.xx.2022-ci il tarixdə verdiyi mənşə sertifikatında “TwAc” markalı məhsulların ixracatçısı kimi göstərilən “BNC Korea İNC” şirkəti müşayiətedici sənədlərdə aşkar olunan “YM150822-KOM” saylı xx.xx.2022 tarixli ikinci invoys sənədində və 139xx-xx- 200585X nömrəli xx.xx.2022-ci il tarixli ixrac bəyannaməsində ixracatçı kimi, Koreya Respublikasının xx.xx.2022-ci il tarixdə verdiyi mənşə sertifikatında “Phillex” markalı məhsulların ixracatçısı kimi göstərilən “Jetema Co” LTD şirkəti isə 135xx-xx-080036X nömrəli xx.xx.2022-ci il tarixli ixrac bəyannaməsində ixracatçı kimi qeyd olunmuş və sözügedən hər iki mənşə sertifikatlarında məhsullarınalıcısı bilavasitə Şəxs MMC göstərilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, idxal olunan malların gömrük dəyərini bu Qanunun 13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinəuyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilən xx.xx.2022-ci il tarixli, 9/6835 saylı ekspert rəyinə əsasən, DGK HNBGl-nin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1900- 013/0xx-xx/004215 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli invoys (qaimə) sənədlərinə əsasən gömrük ödənişləri nəzərə alınmaqla təqdim olunmuş kosmetik vasitələrin xx.xx.2022-ci il tarixə olan orta bazarqiyməti təxminən 60758,20 manat müəyyən edilmişdir. “HNBGİ-nin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsində isə hesablamalar nəticəsində bazar qiyməti 60758,20 manat olan kosmetik vasitələrin gömrük dəyəri 37311,59 manat, gömrük ödənişləri 13461,84 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs MMC-nin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş “kosmetik və dəriyə qulluq vasitələri” adlı yükə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********0689 saylı və **********0691 saylı gömrük bəyannamələri üzrə 180 manat əməliyyat haqqı gömrük rüsumu, 4202,98 manat ƏDV-nin ödənildiyini nəzərə alaraq, 6056,70 gömrük borcu yaranmışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 00800-00306/22 nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(003)-51/2023 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(003)-51/2023 saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov apellyasiya qaydasında şikayət verərəkhəmin qərarın ləğv edilməsini və inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edilməsinixahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-808/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(003)- 51/2023 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, istənilən yük təyyarə ilə Azərbaycan Respublikası ərazisinə gələn zaman yükün sənədləri qovluq şəklində həmin təyyarənin ekipaj üzvləri tərəfindən gömrük əməkdaşlarına təqdim edilir. Gələn yüklərə dair sənədlər həmin qovluğun içində olur və qovluq da müdaxilə olunmaması üçün plomblanmış vəziyyətdə olur. Gömrük əməkdaşı birbir qaimədə qeyd olunan şirkətlər üzrə sənədləri barkoda əlavə edir. Həmin sənədlərə heç bir müdaxilə mümkün deyildir. Gömrük əməkdaşının vəzifəsi isə gələn sənədlərə dəyişiklik edilmədən “VAİS” elektron sistemə əlavə etməkdən ibarətdir. Şəxs MMC ilə bağlı sənədlərin rəsmiləşdirilməsi zamanı isə məlum olmuşdur ki, iki ədəd invoys mövcuddur. İnvoysun birində umumiləşdirilmiş şəkildə iki mal partiyasına aid mallar qeyd olunub, digərində isə yalnız üç mala aid mallar qeyd olunmuşdur. Lakin aparılan araşdırılma zamanı məlum olmuşdur ki, ilk üç partiya ikinci invoysun üç partiyası ilə (adları, sayı, yeri sayı) eynilik təşkil edir. Lakin qiymətləri isə fərqlidir. Bu isə şübhə doğurmuşdur. Belə ki, birinci invoysda “Yuma Medical” LP-nin ilk üç adda mal sayı 400 ədəd, qiyməti isə 5.40 dollar qeyd olunmuşdur. İkinci invoysda malın sayı 400 ədəddir, qiyməti isə 10 dollardır. Bu uyğunsuzluq səbəbindən raport yazılaraq material təhqiqat şöbəsinə təqdim edilmişdir. Sonradan gömrük bəyannaməsi üzrə sənədlər tələb edilmiş və əldə edilmişdir. Həmin sənədlərin araşdırılması zamanı məlum olur ki, Şəxs MMC tərəfindən yük gəlməmişdən öncə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə invoysun yanlış verilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Mallar ikinci invoys deyil, birinci invoysa uyğun şəkildə rəsmləşdirilməlidir. Bu səbəbdən yükə baxış keçirilərək mallardan nümunələr götürülmüşdür. Mallar aidiyyəti üzrə əmtəəşünaslıq ekspertizasına verilmişdir. Eyni zamanda daşıyıcı şirkətə, yəni "xxxx" MMCyə rəsmi şəkildə sorğu verilmişdir. Həmin sorğuya cavabda isə bildirilmişdir ki, yükün müşayət sənədlərin qiyməti ikinci invoysda qeyd olunan qiymətdir. Sorğuya cavab alındıqdan sonra həmin məktub invoysda qeyd olunan malların orta bazar qiymətinin müəyyən olunması üçün ekspertizaya təqdim edilmişdir. Ekspertiza zamanı isə hazırkı invoys qiymətləri və Şəxs MMC-nin təqdim etdiyi invoys qiymətlərinə əsasən malın orta bazar qiyməti, bundan sonra isə malın gömrük dəyəri müəyyən edilmişdir. Sonradan maliyyə sorğusu verilmiş və Şəxs MMC tərəfindən gətirilən bəyannamələr üzrə ödənilən ödənişlərdən əlavə iki bəyannamə üzrə 6056,70 manat gömrük ödənişindən yayınma faktı aşkar edilmişdir. Bu səbəbdən də inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin iş üzrə əsas narazılığı ondan ibarət olmuşdur ki, götürülən nümunələr MMCyə qaytarılmalıdır. Həmin mallar hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsində saxlanılır. Yekun qərar verildikdən sonra Şəxs MMC-yə qaytarılacaqdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 göstərdi ki, Şəxs MMC-nin barəsində toplanmış inzibati xəta haqqında materialda qeyd edildiyi kimi, sözü gedən mallar 08 sentyabr 2022-ci il tarixdə MMC tərəfindən GB**********0689 və GB**********0691 sorğu nömrəli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilmişdir. 12 sentyabr 2022-ci il tarixdə mallar sərbəst dövriyyə buraxılmışdır. 13 sentyabr 2022-ci il tarixdə isə saat 10:30 radələrində mallar sifarişə əsasən broker tərəfindən Karqo Anbarından götürülərək Şəxs MMC-nin anbarına daşınmışdır. Qeyd olunan yüklərin 08 sentyabr 2022-ci il tarixdə gömrük orqanına müvafiq gömrük bəyannamələri ilə bəyan edilməsi Şəxs MMC tərəfindən “Gömrük Məcəlləsi”nin müddəaları əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış və 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na uyğun həyata keçirilmişdir. Həmçinin, Gömrük Məcəlləsinin 148-ci (Bəyannaməçi) maddəsi ilə bəyannaməçi kimi üzərilərinə düşən bütün vəzifələr tam icra edilmişdir. Rəsmiləşdirilməyə təqdim olunmuş bəyannamə və sənədlərin düz olması və gömrük rüsum və ödənişləri kimi ödəniləcək GB**********0689 nömrəli gömrük bəyannaməsi üzrə 4395,93 manat, GB**********0691 nömrəli gömrük bəyannaməsi üzrə isə 3080,01 manat olması X3 və Dövlət Gömrük Komitəsinin internet saytının “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş - “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərində də öz əksini tapmışdır. Deməli, Şəxs MMC-nin ünvanına daxil olmuş həmin malların gömrük rəsmiləşdirilməsi başa çatmış, gömrük borcu olmamış və mallar buraxılışa verilmişdir. Şəxs MMC-nin bəyan etdiyi mallarla əlaqədar qanunvericilikdə qadağalar və məhdudiyyətlər olmamışdır, gömrük bəyannaməsindəki məlumatlar gömrük orqanı tərəfindən yoxlanılmış və heç bir nöqsan, qüsur aşkar edilməmişdir, gömrük rüsum və ödənişləri də dərhal tam ödənilmişdir, gömrük borcu olmamışdır. Buna görə də Gömrük Məcəlləsinin 162-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar 12 sentyabr 2022-ci il tarixdə buraxılmışdır. Gömrük orqanından GB**********0689 və GB**********0691 nömrəli gömrük bəyannamələri, bəyannamələrlə birlikdə təqdim etdikləri sənədlər və ya ödədikləri gömrük rüsumu, yığım və ödənişləri ilə bağlı hüquqi şəxsin ünvanına hər hansı bir irad, yazılı bildiriş, tələb, pretenziya, məktub və ya digər sənədlər daxil olmamışdır. Lakin gömrük orqanın hansısa vəzifəli şəxsinin qanunsuz sifarişi, şifahi göstərişi ilə malların buraxılışından sonra gömrük dəyəri ilə bağlı qanunsuz yoxlama başlamışdır. Həmin qanunsuz yoxlamanın nəticəsində Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin nümunənin götürülməsi ilə bağlı tərtib olunan protokol da yalnışdır. Belə ki, həmin protokol meyidin qəbirdən çıxarılması (eksumasiyası) maddəsinə əsaslanaraq tərtib olunmuşdur. Protokol CPM-nin maddəsinə əsaslanmışdır. 06 (altı) ədəd malla bağlı hər birindən 02 (iki) ədəd nümunə olmaqla, ümumilikdə 12 ədəd nümunə götürülmüşdür. Nümunələrin götürülməsi ilə əlaqədar tərtib olunan protokolda nümunələrin hansı məqsədlə bağlı götürülməsi qeyd olunmamışdır. Dəqiq olaraq bilinmir ki, bu cinayət işidir, yoxsa cinayət xarakaterli materialdır və həmin nümunələr nə məqsədlə götürülür. Orda hal şahidi də yoxdur, amma guya ki video çəkiliş olunub. Video çəkilişi də məhkəməyə göndərilmişdir. Həmin video çəkilişi kəsib qəsdən montaj ediblər. Video çəkilişin nə tarixi bilinir, nə də ki, axıra qədər həmin video çəkiliş aparılmamışdır. Həmin video çəkilişin heç bir hüquqi əsası yoxdur. Tərtib olunan protokol qanunsuz və əsassızdır. Qanunsuz protokol üzrə nümunə götürüb ekspertiza təyin olunub. Ardıcıllıqla nə həyata keçirilibsə, hamısı qanunsuz və əsassızdır. Gömrük orqanı qanunvericiliyin tələblərinə riayət etmədiyi halda, onun tərəfindən aparılan yoxlamanın hüquqi nəticəsi də ola bilməz. Aparılan araşdırma gömrük məcəlləsinə əsasən aparılmalıdır. Ekspertiza təyin olunmasına əsas olarsa, gömrük ekspertizası aparmalı idi. İnzibati xətanın yeri, tarixi, aşkar olunduğu vaxtı, kim tərəfindən aşkar olunması və hansı formada aşkar olunması ilə bağlı nə inzibati xəta haqqında protokolda, nə də ki, inzibati materialda hər hansısa bir qeyd aparılmamışdır. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol AR İXM-nin 505-ci maddəsinə əsasən tərtib olunmuşdur. Həmin maddədə qeyd olunur ki, gömrük ödənişləri ilə bağlı yaranmış borcun ödənilməsindən yayındığı təqdirdə tərtib olunur. Borc mövcud deyil. İnzibati xəta qanun pozulduğu təqdirdə yaranır. Şəxs MMC-nin hansı qanunu hansı hərəkət və ya hərəkətsizliyi ilə pozduğu müəyyən deyildir. Beynəlxalq konvensiyalara və Azərbaycan Respublikası gömrük qanunvericiliyinə əsasən, üçüncü şəxsə tərəflərin razılığı olmadan və ya məhkəmə qərarı olmadan gömrük orqanının kommersiya sirrini daşıyan məlumatlar verilə bilməz. Lakin hazırki işdə gömrük orqanı Koreya Respublikasına həmin sənədlərin verilməsi ilə bağlı müraciət etmişdir. Həmin məlumatları Koreya Respublikasının gömrük orqanı vermir, lakin guya ki, daşıyıcı aviaşirkət Koreya Respublikasının gömrük orqanına müraciət edir və Koreya Respublikası həmin kommersiya sirri təşkil edən məlumatları daşıyıcı şirkətə verir. Əlbəttə ki, həmin məlumatların daşıyıcı şirkət tərəfindən alınması real və mümkün deyil. Daşıyıcı şirkətin təqdim etdiyi sənədlərə baxanda həmin sənədlərin çoxunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin möhürü olduğunu görmək mümkündür. Bu hal həmin sənədlərin Koreya Respublikasından alınmadığını sübut edir. Belə ki, yüklə birlikdə sənədlər ölkə xaricindən gəldiyi zaman daşıyıcı şirkət həmin sənədləri özündə saxlayır və həmin daşıyıcı şirkət də həmin sənədlərin surətini çıxarıb AR gömrük orqanına vermişdir. Guya ki, aşkar olunmuş əlavə ixrac bəyannamələrinə gəldikdə isə həmin bəyannamələr gömrük orqanı tərəfindən qurama yollarla düzəldilmişdir. Həmçinin həmin qurama yollarla düzəldilmiş ixrac bəyannaməsinə baxdıqda bəyannamədə nə Şəxs MMC-nin adı var, nə də ki, malın Şəxs MMC-yə göndərilməsi ilə bağlı hər hansı qeyd mövcud deyildir. Həmçinin Koreya Respublikasında ixrac bəyannaməsi kağız daşıyıcıda olmur, eyni zamanda həmin Respublikanın daxili sənədi sayılır. İş materiallarından da görünür ki, gömrük orqanı inzibati xəta haqqında protokolu tərtib edərkən əsaslandığı sənədlərin heç birinin əslini məhkəməyə təqdim etməmişdir. Təqdim etdiyi sənədlər kserosurət şəklindədir və mənşəyi bilinmir. Həmin sənədlərin həqiqi olmasını təsdiq edə bilməmişdir. Gömrük orqanının Şəxs MMC barəsində bu cür hərəkətlərin edilməsində qəsd mövcuddur. Belə ki, gömrük orqanı bir neçə ildir Şəxs MMC-dən qiymətlərin süni şəkildə qaldırılmasını qanunsuz olaraq tələb edilir. Gömrük orqanı malı buraxmayıb, bəyannaməni geri qaytardığı təqdirdə hüquqi şəxs Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onların iddiası təmin edilmişdir. Bu hal dəfələrlə baş vermişdir. İnzibati Məhkəmə də öz qərarında göstərir ki, gömrük orqanının hərəkətləri qanunsuzdur, mallar ölkəyə buraxılmalıdır. Onlar məhkəmənin qərarına əsasən malları buraxmışlar. Bir dəfə də Şəxs MMC tərəfindən artıq pul ödənilmişdir, həmin pul gömrük orqanından geri alınmışdır. Hazırda belə həmin pul Şəxs MMC-nin hesabındadır. Bundan başqa, gömrük nəzarətində malı bəyan edən zaman mal gömrük nəzarətində olur. Gömrük nəzarəti zamanı mal və malla əlaqədar bütün sənədlər, ödənişlər yoxlanıldıqdan sonra mal buraxılır. Gömrük borcu qaldığı təqdirdə mal buraxıla bilməz. Əgər gömrük malı buraxsa belə, şərti buraxılış edə bilər. Həmin zaman MMC-yə ödənişlərin edilməsi ilə əlaqədar vaxt qoyulur. Şəxs MMC-də isə elə bir hadisə baş verməmişdir. Elektron gömrük sisteminin çıxarışı da tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışda da Şəxs MMC-nin borcu olmadığı qeyd olunmuşdur. Mal buraxılışa verildikdən sonra gömrük orqanı qanunsuz araşdırmaya başlamışdır. Ona görə ki, mal buraxılışa verildikdən sonra ancaq gömrük dəyəri və digər məsələlərlə bağlı audit şəklində yoxlanıla bilər. Bu halda isə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən vəzifəli şəxsin qərarı olmalı və həmin yoxlama müvafiq reyestrdən keçirilməlidir. Gömrük orqanı da yoxlama qanunsuz olduğundan, həmin yoxlamanı reyestdən keçirə bilməmiş və ya keçirməmişdir. Yoxlamanı reyestrdən keçirmədən gömrük orqanı əsassız və qanunsuz yoxlamaya başlamışdır. AR CPM-nin maddələrinə əsaslanıb nümunə götürmüşdür. Əgər nümunə götürülən mal qaçaq malın predmeti olsaydı, bəli, bu halda həmin malların nümunələri AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilməli və malların daxili bazar qiyməti öyrənilməli idi. Qaçaqmalçılıq maddəsi ilə MMC-yə cinayət işi başlanıla bilərdi və ya inzibati araşdırma aparıla bilərdi. Amma Şəxs MMC-nin malları qanuni gəlib deyə, bu, artıq həmin malların nümunələrini AR Ədliyyə Nazirlyinin Ekspertiza Mərkəzinə verə bilməzdi. Əgər gömrük orqanı həmin malların gömrük dəyərini müəyyən etmək istəyirdisə, həmin malların nümunələrini gömrük ekspertizasına göndərməli idi. Bu hal AR Gömrük Məcəlləsində qeyd edilmişdir. Protokolda da qeyd olunub ki, gömrük ekspertizasının keçirilməsi qaydalarına əsasən hər mal üzrə 02 (iki) nümunə götürülmüşdür. Əgər mallar gömrük ekspertizası üçün götürülübsə, həmin mallar AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilməsi sual doğurur. Ümumiyyətlə, daxili bazar qiymətinin gömrük ekspertizasına aidiyyəti yoxdur. Əgər 02 (iki) invoys vardırsa, qiyməti müəyyən etmək lazımdırsa, müqaviləyə baxılmalıdır. Həmçinin əvvəl gələn malların invoyslarına da baxıb müəyyən etmək mümkündür. Həmçinin ikinci kommersiya invoys sənədi Şəxs MMC-də heç bir öhdəlik yaratmır. Gömrük orqanının Şəxs MMC-yə qarşı etdiyi bu hərəkətlər ağlasığmazdır. Orda iki bəyannamə vardır. Lakin hər bəyannamə üzrə Şəxs MMC-nin borcunun nə qədər təşkil etdiyi müəyyən edilməmişdir. ƏDV üzrə borc müəyyən edilməmişdir. Gömrük rüsumu üzrə borc müəyyən edilməmişdir. Bununla bağlı hər hansısa bir qeyd yoxdur. Qanuni tələb ibarət idi ki, borc müəyyən edilmişdirsə, gömrük orqanı MMC-yə bildiriş verməli idi. Həmin bildirişdə Şəxs MMC-nin nə qədər borcu olması qeyd olunmalı idi. Əgər Şəxs MMC borcu ödəməsə, onda bu borcun ödənilməsindən yayınmaya gətirib çıxara bilərdi. Gömrük qanunvericiliyində də qeyd olunmuşdur ki, müəyyən olunmuş müddət ərzində gömrük borcu ödənilməlidir. Ödənilmədiyi təqdirdə isə "xxxx" hesablanmağa başlanılır. Sonradan gömrük orqanı banka müvafiq sənədlər göndərməklə MMC-nin bank hesabına həbs qoydurub həmin borcu MMC-nin bank hesabından sildirə bilərdi. Şəxs MMC-nin depozit hesabında pul mövcuddur. Həmin pulu da silə bilərdi. Əgər MMC-nin depozit hesabında və yaxud digər bank hesabında pulu yoxdursa, gömrük orqanı pulu ala bilmirsə, bu zaman AR İXM-nin 505-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etməli idi. Başqa heç bir halda Şəxs MMC barəsində AR İXM-nin 505-ci maddəsi ilə protokol tərtib oluna bilməzdi. Gömrük orqanının Şəxs MMCdən hər hansı borcun ödənilməsi ilə bağlı tələb olmamışdır. Əgər gömrük orqanı Şəxs MMC-ni malları düzgün bəyan etməməkdə itiham edirsə, bu artıq AR İXM-nin 482-ci maddəsinin tərkibinə daxildir. Həmçinin qeyd edilməlidir ki, gömrük orqanı Şəxs MMC-yə rəsmi olaraq bildiriş verməmişdir. Çünki bildiriş Şəxs MMC-yə verilən kimi MMC gömrük orqanının qanunsuz tələbi ilə əlaqədar olaraq inzibati məhkəməyə şikayət edəcəkdir. Bu səbəbdən də gömrük orqanı araşdırma apardığı müddət ərzində MMC-yə heç bir sənəd təqdim etməmişdir. Götürmə protokolu isə çoxsaylı müraciətlərdən sonra alınmışdır. İnzibati xəta haqqında işin başlanması haqqında qərardad isə ümumiyyətlə verilməmişdir. İnzibati xəta haqqında protokol isə hüquqi şəxsin nümayəndəsinin işlə yekunda tanış olduğu zaman verilmişdir. Hansı ki, həmin protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib olunmalı idi, hüquqları izah edilməli idi. Həmin pozuntularla bağlı müvafiq qeydləri protokolda qeyd edilmişdir. Bu hal özü inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olaraq tərtib olunmasının bir nümunəsidir. Həmçinin protokol tərtib edilərkən gömrük orqanı Şəxs MMCnin ərizə və vəsatətlərinə də baxmamış və cavablandırmamışdır. Hazırkı tarixə elektron gömrük sistemindən edilmiş çıxarışda qeyd olunub ki, Şəxs MMC-nin heç bir borcu yoxdur. Həmçinin qeyd edilməlidir ki, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra belə Şəxs MMC-nin ünvanına sifariş etdiyi eyni mallar eyni qiymətlərlə ölkəyə 3 dəfə daxil olmuş və heç bir problem olmadan sərbəst dövriyyə buraxılmışdır. 14 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə cənab X9 Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildikdən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə qarşı qərəzli münasibətə və qanunsuz hərəkət və hərəkətsizliyə son qoyulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, gömrük orqanı məhkəməyə yükün müşayiətedici sənədlərində aşkar olunmuş kserosurət şəklində olan “BNC Korea İNC” şirkətinin “YM150822-KOM” saylı xx.xx.2022 tarixli ikinci invoys sənədinin və istinad etdiyi Koreya ixrac gömrük bəyannamələrinin əsillərini təqdim etməmişdir. Lakin Şəxs MMC-si malları Koreya Respublikasından göndərən “YUMA MEDİCAL" LP-nin tərtib etdiyi və mallarla birlikdə göndərdiyi “YM150822-KOM” saylı xx.xx.2022 tarixli invoysun, həmçinin həmin invoysun əsasında tərtib etdiyi və gömrük orqanı tərəfindən qəbul edilərək təsdiq olunmuş idxal gömrük bəyannamələrinin əsillərini məhkəməyə təqdim etmişdir. Həmin sənəddən görünür ki, Şəxs MMC-nin ünvanına GEL.TWAC EYES - 400 ədəd – bir ədədinin qiyməti 5,40 ABŞ dolları, TWAC 2.0 – 132 ədəd, bir ədədinin qiyməti – 13,80 ABŞ dolları, TWAC 3.0 – 198 ədəd, bir ədədinin qiyməti 15 ABŞ dolları, GEL.X13 – 100 ədəd, bir ədədinin qiyməti 7 ABŞ dolları, X14 – 300 ədəd, bir ədədinin qiyməti 8 ABŞ dolları, PHİLLEX SUB-Q PLUS – 200 ədəd, bir ədədinin qiyməti 9 dollar olmaqla, ümumi dəyəri 11851,60 ABŞ dolları olan yük göndərilmişdir. Bütün qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan satıcı “Yuma Medicial” LP şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 11KOMP/2021 saylı, 09 mart 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Yuma Medicial” LP “TWAC” ticarət markasının sahibi və qlobal distribyutorudur, Azərbaycan Respublikası ərazisinə çatdırılmaları həyata keçirmək hüququna malikdir. Bu növ məhsul üçün hesab-faktura göndərə və ödənişləri qəbul edə bilər. Həmin müqavilənin 1-ci bəndində əsasən “satıcı” invoysda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir, “alıcı” isə malları qəbul edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “TWAC” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələrə uyğun saxlanılmış və TWAC EYES - 5,40 ABŞ dolları, TWAC 2.0 – 13,80 ABŞ dolları, TWAC 3.0 - 15 ABŞ dolları kimi təsdiq edilmişdir. Müqavilənin ümumi dəyəri 55000 ABŞ dolları təşkil edir. “Yuma Medicial” LP şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 11KOMP/2021 saylı, 09 mart 2021-ci il tarixli müqaviləyə 31 mart 2022-ci il tarixli 1 saylı Əlavə razılığın surətindən görünür ki, həmin müqavilənin etibarlılıq müddəti 31 dekabr 2023-cü il tarixədək uzadılmış və müqavilə qiymətləri dəyişdirilmədən saxlanılaraq, bir daha həmin qiymətlər təsdiq edilmişdir. İş materiallarında olan “Yuma Medicial” LP tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli YM150822-KOM saylı invoys sənədinin surətindən görünür ki, Şəxs MMC-nin ünvanına GEL.TWAC EYES - 400 ədəd – bir ədədinin qiyməti 5,40 ABŞ dolları, TWAC 2.0 – 132 ədəd, bir ədədinin qiyməti – 13,80 ABŞ dolları, TWAC 3.0 – 198 ədəd, bir ədədinin qiyməti 15 ABŞ dolları, GEL.X13 – 100 ədəd, bir ədədinin qiyməti 7 ABŞ dolları, X14 – 300 ədəd, bir ədədinin qiyməti 8 ABŞ dolları, PHİLLEX SUB-Q PLUS – 200 ədəd, bir ədədinin qiyməti 9 dollar olmaqla, ümumi dəyəri 11851,60 ABŞ dolları olan yük göndərilmişdir. İş materiallarında olan satıcı “Yuma Medicial” LP şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 12KOMP/2021 saylı, 09 mart 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Yuma Medicial” LP “Phillex” ticarət markasının sahibi və qlobal distribyutorudur, Azərbaycan Respublikası ərazisinə çatdırılmaları həyata keçirmək hüququna malikdir. Bu növ məhsul üçün hesab-faktura göndərə və ödənişləri qəbul edə bilər. Həmin müqaviləsinin 1-ci bəndində əsasən “satıcı” invoysda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir, “alıcı” isə malları qəbul edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Phillex” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələlərə uyğun saxlanılmış və X13 – 7 ABŞ dolları, X14 – 8 ABŞ dolları, PHİLLEX SUB-Q PLUS –9 dollar kimi təsdiq edilmişdir. Müqavilənin ümumi dəyəri 55000 ABŞ dolları təşkil edir. “Yuma Medicial” LP şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 12KOMP/2021 saylı, 09 mart 2021-ci il tarixli müqaviləyə 31 mart 2022-ci il tarixli 1 saylı Əlavə razılığın surətindən görünür ki, həmin müqavilənin etibarlılıq müddəti 31 dekabr 2023-cü il tarixədək uzadılmış və müqavilə qiymətləri dəyişdirilmədən saxlanılaraq, bir daha həmin qiymətlər təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş kommersiya sənədinin surətindən görünür ki, satıcı “BNC Korea İNC” şirkəti alici Böyük Britaniyanın “Yuma Medical” LP-nə 15 avqust 2022-ci il tarixli YM150822-KOM saylı invoys sənədi əsasında Şəxs MMC-yə göndərilməsi üçün 3 adda mal ümumi dəyəri 11095 ABŞ dolları olan yük satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “Yuma Medicial” LP tərəfindən göndərilən kosmetik və dəriyə qulluq vasitələri: GEL.TWAC EYES - 400 ədəd, TWAC 2.0 – 132 ədəd, TWAC 3.0 – 198 ədəd, 2022 istehsallı, karton qablaşdırmada olan 37 kq çəkidə ümumi dəyəri 6951,60 ABŞ dolları məbləğində mallar Koreya Respublikasından Azərbaycan Respublikasına idxal edilərək, bəyan edilmişdir. Mallar bəyan olunarkən xx.xx.2022-ci il tarixli, YM150822-KOM saylı invoys sənədi təqdim olunmuşdur. Mallar xx.xx.2022-ci il tarixdə gömrük nəzarətindən buraxılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********0691 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “Yuma Medicial” LP tərəfindən göndərilən kosmetik və dəriyə qulluq vasitələri: GEL.X13 – 100 ədəd, X14 – 300 ədəd, PHİLLEX SUB-Q PLUS – 200 ədəd, 2022 istehsallı, karton qablaşdırmada olan 30 kq çəkidə ümumi dəyəri 4900 ABŞ dolları məbləğində mallar Koreya Respublikasından Azərbaycan Respublikasına idxal edilərək, bəyan edilmişdir. Mallar bəyan olunarkən xx.xx.2022-ci il tarixli, YM150822-KOM saylı invoys sənədi təqdim olunmuşdur. Mallar xx.xx.2022-ci il tarixdə gömrük nəzarətindən buraxılmışdır. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən gömrük orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, ərizəçi Şotlandiyadan onların şirkətinin adına gələn yükün (qaimə **********1, 12 yer, 88 kq) üzərində invoysun səhv göndərildiyini, həmin yükü YM150822-KOM saylı, xx.xx.2022-ci il tarixli total dəyəri 11851,60 ABŞ dolları olan invoys əsasında rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan gömrük bəyannaməsi üzrə elektron çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli və **********0691 sorğu nömrəli gömrük bəyannamələri üzrə Şəxs MMC-yə göndərilmiş mallar xx.xx.2022-ci il tarixdə saat 17:36 və 17:37-də gömrük nəzarətindən buraxılmışdır. İş materiallarında olan “Yuma Medicial” LP şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış 09 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, “Yuma Medicial” LP şirkətindən Şəxs MMC-nin ünvanına göndərilmiş YM150822-KOM nömrəli invoys üzrə yükün qəbul edilməsi zamanı gömrük əməkdaşları tərəfindən aşkar olunduğu iddia edilən “ticari hesab-faktura (kommersiya invoysu)” adlı sənədlə bağlı bildirilmişdir ki, həmin “kommersiya invoysu”nun nə Şəxs MMC, nə də “Yuma Medicial” LP şirkəti ilə heç bir əlaqəsi yoxdur. Yük Azərbaycan Respublikasına 09 mart 2021-ci il tarixli 11KOMP2021 saylı müqaviləyə və 31 mart 2022-ci il tarixli Əlavəyə, həmçinin 09 mart 2021-ci il tarixli 12 KOMP2021 saylı müqaviləyə və 31 mart 2022-ci il tarixli 1 saylı Əlavəyə, habelə yükü müşayiət edən YM150822-KOM saylı invoysa və ***-**** 9091 saylı aviaqaiməyə uyğun olaraq göndərilib. Yüklə birlikdə göndərilən başqa sənədlər onlar tərəfindən nəzərdə tutulmayıb. YM150822-KOM saylı invoysa əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı ünvanına GEL.TWAC EYES - 400 ədəd – bir ədədinin qiyməti 5,40 ABŞ dolları, TWAC 2.0 – 132 ədəd, bir ədədinin qiyməti – 13,80 ABŞ dolları, TWAC 3.0 – 198 ədəd, bir ədədinin qiyməti 15 ABŞ dolları, GEL.X13 – 100 ədəd, bir ədədinin qiyməti 7 ABŞ dolları, X14 – 300 ədəd, bir ədədinin qiyməti 8 ABŞ dolları, PHİLLEX SUB-Q PLUS – 200 ədəd, bir ədədinin qiyməti 9 ABŞ dolları dəyərində 6 adda məhsullar göndərilmişdir. Yuxarıda qeyd olunan məhsulların nəzərə alınmasını və YM150822-KOM nömrəli invoys əsasında yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi xahiş olunmuşdur. İş materiallarında əlavə olunmuş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı Nurlan Babazadə tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixli “tədqiqat üçün nümunə götürülməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 86, 134 və 237-ci maddələri rəhbər tutularaq 2 ədəd “cosmetik product TwAc Eyes” adlı, 2 ədəd “cosmetik product TwAc 2.0” adlı, 2 ədəd “cosmetik product TwAc 3.0” adlı, 2 ədəd “cosmetik product X13” adlı, 2 ədəd “X15 Plus” adlı və 2 ədəd “cosmetik product Phillex SUB-Q Plus” adlı, ümumilikdə 12 ədəd mal qablaşdırılaraq götürülmüşdür. Yoxlama 12 sentyabr 2022-ci il tarixdə saat 17:15də başlamış, saat 17:18-də qurtarmışdır. Tədqiqatda Azərbaycan Respublikası DGK “Azterminalkompleks” Birliyindən HNBGİ ƏTİ Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhkim olunmuş gömrük inspektoru X7 və Şəxs MMC-nin yüklərinin rəsmiləşdirilməsini həyata keçirən "xxxx" MMC-nin əməkdaşı X8 iştirak etmişlər. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli, 9/6835 saylı ekspert rəyindən görünür ki, DGK-nin HNBGİ-nin xx.xx.2022-ci il tarixli, 1900-013/0xxxx/004215 nömrəli ekspertiza mərkəzinə təqdim etdiyi məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli invoys (qaimə) sənədlərinə əsasən gömrük ödənişləri nəzərə alınmaqla təqdim olunmuş kosmetik vasitələrin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 60758,20 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İş materiallarında olan OX5 saylı, 20 sentyabr 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabından YM150822- KOM nömrəli invoys sənədi əsasında “Yuma Medicial LP” şirkətinin bank hesabına 11851,6 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarında əlavə olunmuş Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış 08 sentyabr 2022-ci il tarixli ərzədə Şotlandiyadan Şəxs MMC-nin adına gələn yükün (qaimə **********1, 12 yer, 88 kq) üzərində invoys səhv göndərildiyi qeyd edilmiş və həmin yükün YM150822-KOM nömrəli, 15 avqust 2022-ci il tarixli, total dəyəri 11851,60 ABŞ dolları olan invoys əsasında rəsmiləşdirilməsi xahiş edilmişdir. İş materiallarında əlavə olunmuş "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş 959-ÇS-SWW-SD saylı, 04 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ***-*******1 nömrəli aviaqaimə ilə daşınan yük barədə "xxxx"MMCdən tələb olunan sənədlərin surəti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Həmin məktub Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 10 may 2022-ci il tarxli, xx/xx/024032 nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan “BNC” Koreya İnc. şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 03 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Twac” ticari markası və məhsulları “Yuma Medicial” LP-yə məxsusdur və bu məhsullar yalnız sonuncunun sifarişi ilə və yalnız onun üçün istehsal olunur. Buna görə də onlar “Twac” məhsullarının qiymətlərinin müəyyən edilməsi, satışı və ya ixracı kimi prosesləri həyata keçirmirlər və buna haqları yoxdur. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, “Yuma Medicial” LP şirkəti tərəfindən Şəxs MMC-nin adına GEL.TWAC EYES - 400 ədəd, TWAC 2.0 – 132 ədəd, TWAC 3.0 – 198 ədəd, GEL.X13 – 100 ədəd, X14 – 300 ədəd, PHİLLEX SUB-Q PLUS 200 ədəd olmaqla 6 adda “kosmetik və dəriyə qulluq vasitələri”ndən ibarət olan mallar xx.xx.2022-ci il tarixli **********0689 saylı və **********0691 saylı gömrük bəyannamələri üzrə bəyan edilmişdir. Həmin mallar üzrə tələb olunan gömrük rüsumu və ödənişlər tam ödənilmiş və mallar 12 sentyabr 2022-ci il tarixdə sərbəst dövriyyə buraxılmışdır. Lakin gömrük orqanı tərəfindən gömrük bəyənnamələri üzrə sənədlərə dair yoxlama keçirilərkən mal müşayiət sənədlərində yükə dair iki hesab-faktura olması əsası ilə araşdırma başlanılmışdır. Belə ki, “Yuma Medicial” LP şirkətinə aid olan xx.xx.2022-ci il tarixli YM150822-KOM nömrəli birinci hesab-fakturada 6 adda malın ümumi dəyəri 11851,60 ABŞ dolları, “BNC Koreya” şirkətinə aid olan eyni tarixli və eyni nömrəli ikinci hesabfakturada isə 3 adda malın ümumi dəyəri 11095 ABŞ dolları kimi qeyd olunduğu əsas göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin adına “Yuma Medicial” LP şirkəti tərəfindən ***-*******1 nömrəli aviaqaimə əsasında göndərilən, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş “kosmetik və dəriyə qulluq vasitələri” adlı yükə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli və **********0691 sorğu nömrəli gömrük bəyannamələri üzrə ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayınılmadığı, gömrük ödənişlərinin tam məbləğdə ödənildiyi, sərbəst dövriyyəyə buraxılaraq, alıcının sərəncamına verildiyi, bununla da barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Republikası İXM-nin 505-ci maddəsinin tərkibi olmadığı müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan “BNC Koreya” şirkətinə aid olan xx.xx.2022-ci il tarixli hesab-fakturanın təqdim olunmasına istinad etsə də, lakin “BNC Koreya” şirkəti ilə Şəxs MMC arasında birbaşa hər hansı bağlılığın olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin “Yuma Medicial” LP şirkəti 09 sentyabr 2022-ci il tarixli məktubla gömrük orqanına müraciət ünvanlayaraq, Şəxs MMC-nin ünvanına göndərilmiş YM150822-KOM nömrəli invoys üzrə yükün qəbul edilməsi zamanı gömrük əməkdaşları tərəfindən aşkar olunduğu iddia edilən “ticari hesab-faktura (kommersiya invoysu)” adlı sənədin nə Şəxs MMC, nə də “Yuma Medicial” LP şirkəti ilə heç bir əlaqəsi olmadığını təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli və **********0691 sorğu nömrəli gömrük bəyannamələri üzrə Şəxs MMC tərəfindən bəyan edilmiş “TWAC” və “PHİLLEX” ticarət markalarının sahibi və qlobal distribyutoru “Yuma Medicial” LP ticarət şirkətidir və şirkət həmin malların Azərbaycan Respublikası ərazisinə çatdırılmasını həyata keçirmək hüququna malikdir. Həmin malların alqı-satqısına dair alıcı Şəxs MMC ilə “satıcı” “Yuma Medicial” LP şirkəti arasında müqavilələr bağlanılmış, alqı-satqı müqaviləsinin predmeti olan malların dəyəri tərəflər arasında bağlanmış müqavilələrin 2.1-ci bəndində konkret olaraq müəyyən edilmiş və həmin müqavilələrin müddəti müqavilələrə 1 saylı Əlavələr ilə uzadılaraq, müəyyən edilmiş məbləğlər bir daha təsdiq edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********0689 sorğu nömrəli və **********0691 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş YM150822-KOM saylı invoysda göstərilmiş qiymətlər, alıcı Şəxs MMC ilə “satıcı” “Yuma Medicial” LP şirkəti arasında bağlanmış 09 mart 2021-ci il tarixli 11KOMP2021 saylı müqavilə və 31 mart 2022-ci il tarixli Əlavə, həmçinin 09 mart 2021-ci il tarixli 12 KOMP2021 saylı müqavilə və 31 mart 2022-ci il tarixli 1 saylı Əlavədə göstərilən malların növləri və həmin mallara dair müəyyən edilmiş qiymətlər ilə eynilik təşkil edir. Şəxs MMC tərəfindən gömrük ərazisinə gətirilmiş malların gömrük dəyəri əsas üsul olaraq təsbit edilmiş malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi üçün sənədlər gömrük orqanına təqdim edilmişdir. Malların bəyan edilməsi zamanı təqdim edilmiş YM150822-KOM nömrəli invoys sənədində göstərilmiş malların növ və qiymətləri ilə sövdələşmə qiymətini müəyyən edən müqavilələrdə təsbit olunmuş mallar və həmin malların qiyməti uyğunluq təşkil etməsinə baxmayaraq, gömrük orqanı Şəxs MMC-yə aidiyyəti təsdiq edilməyən “BNC Koreya” şirkətinə aid olan xx.xx.2022-ci il tarixli hesab faktura əsasında həmin malların qiymətlərinin təhrif olunduğu əsası ilə araşdırma başlanılmasını, həmin araşdırma zamanı malların gömrük dəyərinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.1 və 322.1.8-ci maddələrinə əsasən malların gömrük dəyərinin təyin olunması gömrük ekspertizasının aparılmasının məqsədinə aiddir. Həmin Məcəllənin 322.4-cü maddəsinə əsasən gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. Qanunvericiliklə gömrük orqanının gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı gömrük ekspertizası təyin edilməsi hüququ təsbit edilmişdir. Lakin yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsinin ilkin və əsas üsulu malların sövdələşmə qiyməti ilə müəyyən edilməsidir. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, yuxarıda sadalanan üsullar hər biri ardıcıl olaraq, hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük orqanı isə mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra onların gömrük dəyərinin müəyyən edilməsi üçün birbaşa ekspertiza təyin etməklə qanunun tələblərinə riayət etməmiş, qanunla müəyyən edilmiş ardıcıllığı pozaraq, “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmçinin gömrük orqanı tərəfindən mallar gömrük nəzarətində olan zaman malların üzərindən 12 sentyabr 2022-ci il tarixdə nümunələr götürülmüş, buna dair müvafiq protokol tərtib olunmuş, həmin nümunələr ekspertiza tədqiqatında istifadə olunmuşdur. Nümunə götürüldükdən sonra isə həmin mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı halda malların sərbəst dövriyyə buraxılması bəyannaməçi tərəfindən qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini təsdiq edən haldır. Bəyannaməçi tərəfindən gömrük orqanına gömrük ödənişləri ödənilərək, mallar sərbəst dövriyyəyə buraxdıqdan sonra həmin malların gömrük ödənişlərinin müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılması başa düşülən deyildir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. Həmçinin iş materiallarından görünür ki, **********0689 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixdə saat 17:32-də ödəniş üsulu seçilmiş, xx.xx.2022ci il tarixdə, saat 16:47-də gömrük bəyannaməsi təsdiq edilmiş və xx.xx.2022-ci il tarixdə, saat 17:37-də yük buraxılmışdır. İş materiallarına əlavə edilmiş tədqiqat üçün nümunə götürülməsi haqqında protokoldan görünür ki, “cosmetik product TwAc Eyes” adlı, 2 ədəd “cosmetik product TwAc 2.0” adlı, 2 ədəd “cosmetik product TwAc 3.0” adlı, 2 ədəd “cosmetik product X13” adlı, 2 ədəd “X15 Plus” adlı və 2 ədəd “cosmetik product Phillex SUB-Q Plus” adlı,ümumilikdə 12 ədəd mal qablaşdırılaraq tədqiqat üçün götürülmüşdür. Yoxlama 12 sentyabr 2022-ci il tarixdə saat 17:15-də başlamış, saat 17:18-də qurtarmışdır. Malların yoxlanılması, prob və nümunələrin götürülməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158-ci maddəsi ilə tənzimləndiyi halda, tədqiqat üçün nümunə götürülməsi haqqında 12 sentyabr 2022-ci il tarixli protokolun tərtib edilməsinə əsas olaraq aidiyyəti olmayan Azərbaycan Respublikası CPM-nin 237-ci maddəsinə (meyitin qəbirdən çıxarılması (ekskumasiya)) istinad olunmuşdur. Həmçinin həmin protokolda yoxlamanın cəmi 3 dəqiqə ərzində aparılaraq, başa çatdırılması göstərilmişdir. Bu isə sözügedən protokolun formal əsaslarla tərtib olunmasına dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Yuma Medicial” LP şirkəti 09 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məktubla müraciət edərək yüklə birlikdə göndərilən başqa sənədlərin onlar tərəfindən göndərilmədiyini göstərmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ***-*******1 nömrəli aviaqaimə ilə daşınan yük barədə "xxxx" MMC-dən tələb olunan sənədlərin surətinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsinə dair "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş 959-ÇS-SWW-SD saylı, 04 oktyabr 2022-ci il tarixli məktub Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 10 may 2022-ci il tarxli, xx/xx/024032 nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin məktub və ona əlavə edilmiş müvafiq sənədlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Həmin məktubda əlavə olunmuş sənədlərin adları göstərilməmişdir. Məktubda sənədlərin surətinin əlavə olundugu göstərilmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, ehtimal edilən inzibati xəta 2022-ci ilin sentyabr ayı ərzində törədilməsinə baxmayaraq, yuxarıda adıçəkilən məktub və ona əlavə edilmiş sənədlər may ayında HNBGİ-də qeydiyyyatdan keçmişdir. Həmçinin məktub və ona əlavə edilmiş sənədlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:

1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınması öz təsdiqini tapmadığından, onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 55.1 və 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqat üçün nümunə götürülmüş 2 ədəd “Cosmetik product TwAc Eyes” adlı, 2 ədəd “Cosmetik product TwAc 2.0” adlı, 2 ədəd “Cosmetik product TwAc 3.0” adlı, 2 ədəd “Cosmetik product X13” adlı, 2 ədəd “X15 Plus” adlı və 2 ədəd “Cosmetik product Phillex SUB-Q Plus” adlı, ümumilikdə 12 ədəd mal qanuni sahibi Şəxs MMC-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış - 2 ədəd “Cosmetik product TwAc Eyes” adlı, 2 ədəd “Cosmetik product TwAc 2.0” adlı, 2 ədəd “Cosmetik product TwAc 3.0” adlı, 2 ədəd “Cosmetik product X13” adlı, 2 ədəd “X15 Plus” adlı və 2 ədəd “Cosmetik product Phillex SUB-Q Plus” adlı, ümumilikdə 12 ədəd mal qanuni sahibi Şəxs MMC-nə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar