Məhkəmə qərarları › İş №3(003)-511/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-511/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-511/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Bakı şəhəri BPİ X3 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis sıravisi X1 tərəfindən 19 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 sentyabr 2020-ci il tarixdə “BMW 523” minik markalı **-SF-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda avtomobili idarə etmişdir. Bakı şəhəri BPİ X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2020-ci il tarixli, İXP ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. 10 dekabr 2020-ci il tarixdə qeyd olunan qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X3 İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 13 sentyabr 2020-ci il tarixdə, saat 06 radələrində idarə etdiyi “BMW 523” minik markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Mərdəkan körpüsünün yanında Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. YPX əməkdaşı alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamış və onun içkili olduğunu bildirmişdir. O, alkotesterlə razı olmadığını bildirdikdə YPX-nın əməkdaşı protokolda alkotesterlə razı olduğunu, pivə içdiyini və həkimə getməyə ehtiyac olmadığını yazacağı təqdirdə ona kömək edəcəyini demişdir. O da YPX-nın əməkdaşının dediyi kimi protokola yazmışdır. Sonra YPX-nın əməkdaşı avtomobili cərimə meydançasına aparacağını demişdir. O, bununla razı olmamış və sərxoş olmadığı üçün avtomobilin qaytarılmasını və həkimə gedib tibbi müayinədən getmək istədiyini demişdir. Belə ki, o, bir gün əvvəl saat 19 radələrində iki bakal pivə içmişdir ki, onda səhərisi günü sərxoşluğun olması mümkün deyildir. Lakin onu tibbi müayinədən keçirmədikləri üçün özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan 13 sentyabr 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,418 promil olması (saat 06:13) aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 13 sentyabr 2020-ci il tarixli, 1/2348 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğunun 0,00 promil olması aşkar edilmişdir. Tibbi müayinə saat 08:00-da keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 13 sentyabr 2020-ci il tarixdə “BMW 523” minik markalı **-SF-*** qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsində hərəkətdə olarkən saxlanılmış, onun içkili olub-olmamağı “alkotester” adlanan aparatla yoxlanılmış, yoxlama zamanı onun sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs protokola “həkimə getməyə ehtiyac yoxdur, alkotesterin göstərici faizi ilə 0,418 % tanış razıyam, səmimi etiraf edirəm spirtli pivə içib maşın sürmüşəm, bir daha spirtli içki içib maşın sürməyəcəyimə söz verirəm” sözlərini qeyd etmişdir. Şəxs protokola öz xətti ilə həmin sözləri yazarkən onun aldadılması və ya ona hədə-qorxu gəlinməsi müəyyən edilməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sonradan saat 08:00-da Səhiiyə Nazirliyi “ Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 13 sentyabr 2020-ci il tarixli, İXP ******* saylı protokol əsaslıdır. Belə ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda Şəxs özü içkili olduğunu etiraf edərək izahat yazmışdır. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilk müayinə 06:131-də, sonrakı müayinə isə 08:00-da keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsulliyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulduğundan Şəxs sərxoş halda inzibati xəta törətməsini məhkəmə məsuliyyəti ağırlaşdıran hal hesab etmir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün muddətinə Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar