Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-513/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) sahə inspektoru, polis mayoru Sinan Məmmədovun iştirakları ilə, xx xxx 1975-ci il l tarixdə Laçın rayonu Vağazin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu Vağazin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Xəzər RPİ 1-ci PŞ sahə inspektoru, polis mayoru Sinan Məmmədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında arvadı X2 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Sinan Məmmədov tərəfindən xx xxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Sinan Məmmədov göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında arvadı X2 döyərək xəsarət yetirmişdir. Bu barədə Şəxs barəsində tərəfindən xx xxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin ailə münaqişəli ailə kimi polisdə qeydiyyatdadır, Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur, hətta bundan əvvəl Şəxs tətbiq edilmiş inzibati cərimələrin heç biri ödənilməmişdir. Buna görə də Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 00:00 radələrində keçmiş əri Şəxs evə sərxoş halda gəlmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Adil onu döyərək xəsarət yetirmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, buna görə də Adilin barəsində qanunla nəzərdə tutulmuş qaydada ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, X3 onun keçmiş arvadıdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 00:00 radələrində sərxoş halda evə gəlmiş və arvadı Təzəgüllə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təzəgülü döyərək ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs barəsində hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekzpertizasının xx xxxxxx 2019-cu il tarixli 1378 saylı rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – üst dodağın selikli qişasının qansızması, sol baldırın qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1975-ci il l tarixdə Laçın rayonu Vağazin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu Vağazin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il tarixdə saat 17:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-513/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-513/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver