Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-516/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru X5 iştirakları ilə X2 inzibati xəta haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, 15 fevral 2022-ci il tarixdə 136 saylı marşrut avtobusundan düşərkən sahə inspektoru X7 ondan maskanı taxmasını tələb etmiş və onu 1-ci Polis şöbəsinə aparmışdır. Orada maskanı taxaraq polis şöbəsinə daxil olmuşdur. Onun üç uşağı var və uşaqların saxlanması üçün aliment ödəyə bilmir, rəsmi heç bir yerdə işləmir. İşlə təmin olunması üçün «Dost» mərkəzində qeydiyyata düşmüşdür. Buna baxmayaraq fəhləlik edərək uşaqların saxlanması üçün onların anasına hər ay 300 manat aliment ödəymişdir. Lakin 1 ildir ki, alimentin hər ay 100 manatı yığılıb qalmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru X7 göstərdi ki, 15 fevral 2022-ci il tarixdə X6 136 saylı marşrut avtobusunda şəhər istiqamətində hərəkətdə olarkən tibbi maskadan istfiadə etmədiyindən onun aşağı düşməsini tələb edərək barəsində EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında 1-ci Polis şöbəsinin rəisi Habil Həsənovun EPQ seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bundan başqa portalda X2 Ucar rayon Polis şöbəsi tərəfindən axtarışda olması müəyyən edildiyindən onu aparıb 1-ci Polis şöbəsinə təhvil vermiş və onun Ucar rayon Polis şöbəsinə verilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən şikayətin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru X7 tərəfindən tərtib edilmiş EXP seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 15 fevral 2022-ci il tarixdə X1 qəsəbəsi, stansiya deyilən ərazdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, karantin dövründə X6 tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru X7 tərəfindən EXP seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X2 15 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan həmin günü məlumatı olmuş, lakin qərardan şikayəti məhkəməyə 31 mart 2022-ci il tarixdə təqdim etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 inzibati xəta haqqında qərarın ləğvinə dair şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-516/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-516/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver