Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-519/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X5 Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında sahə müvəkkili Güloğlan Əhmədov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə qərar və protokol tərtib edilmiş və həmin qərara əsasən 400 manat cərimə olunmuşdur. Daha sonra qərar icra olunması üçün onun xəbəri olmadan Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsindən evinə məktub gələn zaman ora gedərək protokol yazılmadan öncə barışdıqlarını bildirmişdir. Daha sonra barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı 30 mart 2022-ci il tarixdə 1-ci Polis Şöbəsindən rəsmi qaydada almışdır. Qeyd edir ki, polis tərəfindən araşdırma düzgün aparılmamışdır. Belə ki, o qarşı tərəflə barışmış və bununla bağlı zərərçəkmiş şəxsin ərizəsi vardır. Həmin ərizə Xəzər rayon prokururluğu tərəfindən 1-ci PŞ-nə göndərilmişdir. Ona görə də onun barəsində qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək, sadaladıqları faktlara və qanunlara istinadən barəsində çıxarılmış qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Güloğlan Əhmədov izahat verərək şikayətin əsassız olduğunu bildirmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 19 iyun 2021-ci il tarixli, 656 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sol saidin, sağ bazunun, sol budun, hər iki baldırın qançırları, sağ saidin, sağ baldırın sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 4-5 gün törənmişlər, qərarda göstərilən xx.xx.2021ci il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 sentyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan X2 Xəzər rayon prokuroruna ünvanladığı ərizəsindən görünür ki, X4 şikayətçi deyil, ərizəsinin geri götürülməsini xahiş edir və aralarında barışıq olmuşdur. İş materiallarında olan X5 Xəzər rayon prokuroruna ünvanladığı ərizəsindən görünür ki, X3 ilə barışmışlar və aralarında heç b ir problem yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1.7-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikasının İXM-nin 60, 61 və 100-cü maddələrinin tələbləri pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, o rəsmi qaydada məlumatlandırılmamış və onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən inzibati xəta haqqında iş üzrə icraatda icraatın iştirakçılarının iştirakı təmin edilməmiş, bununla da işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərər çəkmiş şəxsin arasında barışığın olub-olmaması müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdığından şikayət təmin edilməli, X5 barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və o, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 60, 105, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və o, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-519/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-519/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver